Dövlət büdcəsinin göstəriciləri:
Azərbaycan Respublikasının 2003-cü il dövlət ğüdcəsinin gəlirləri 6092000,0 milyon manat, xərcləri 6423000,0milyon manat məbləğində təsdiq edilir.
Dövlət büdcəsi kəsirinin yuxarı həddi 331000,0 milyon manat məbləğində müəyyən edilməklə aşağıdakımaliyyələşdirmə mənbələri hesabına örülür:
(milyon manatla)
Daxili maliyyələşdirmə 180000,0
o cümlədən:
özəlləşdirmədən daxilolmalar 130000,0
qısamüddətli dövlət istiqraz
vərəqələrinin satışından
daxil olan vəsait 40000,0
dövlətdaxili uduşlu istiqraz
vərəqələrinin satışından daxil olan vəsait 10000,0
Xarici maliyyələşdirmə 151000,0
Azərbaycan Respublikasında istehsal edilən və qiyməti tənzimlənən məhsulların ixracı zəmanı əhsulların kontrakt (satış) qiyməti ilə (ixrac xərcləriçıxılmaqla) respublikadaxili müəssisə topdansatış qiyməti arasındakı fərqdən dövlət büdcəsinə 25% həcmində ödənişlər müəyyən edilir.
2003-cü ildə Azərbaycan Respublikasının dövlət büdcəsinin mərkəzləşdirilmiş gəlirləri aşağıdakı mənbələrdən göstərilən normativlər üzrə ayırmalar hesabına foralaşır:
Bakı şəhəri üzrə gəlirlər 88,67%
Azərbaycan Respublikasının ərazisinə
gətirilən allara əlavə dəyər vergisi
(Naxçıvan Muxtar Respublikasının
gömrük orqanları tərəfindən
toplanınanlardan başqa) 100%
Azərbaycan Respublikasının ərazisinə
Gətirilən mallara aksizlər (Naxçıvan
Muxtar Respublikasının gömrük
orqanları tərəfindən toplanınanlardan başqa) 100%
Gömrük püsumları (Naxçıvan Muxtar
Respublikasının gömrük orqanları tərəfindən
toplanınanlardan başqa) 100%
Yol vergisi (Naxçıvan Muxtar
Respublikasının gömrük orqanları tərəfindən
toplanınanlardan başqa) 100%
Dövlət əmlakının icarəyə
verilməsindən daxilolmalar 100%
Xaricdən alınan cari və əsaslı ödənişlər 100%
Xarici dövlətərin hökümətlərinə
verilmiş kreditlər üzrə daxilolmalar 100%
Banklardan alınan dividendlər 100%
Milli bankın mənfəətindən daxilolmalar 100%
Dövlət Neft Fondundan daxilolmalar 100%
Aksiz markaların satışından daxilolmalar 100%
Büdcədən verilmiş kreditlər üzrə daxilolmalar 100%
Dövlət zəmanəti ilə verilmiş
kreditlərdən daxilolmalar 100%
Büdcə hesabına ödənilmiş dövlət
zəmanətli kreditlər üzrə daxilolmalar 100%
Təkrar borc sazişləri üzrədaxilolmalar 100%
«Aqrarkredit» Qapalı Səşhmdar Cəmiyyətinin
problemləri kreditləri üzrə daxilolmalar 100%
Dövlət büdcəsinin mərkəzləşdirilmiş
xərclərindən maliyyələşən təşkilatların
büdcədənkənar daxilolmaları 100%
Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlirəri 28500,0 milyon manat, xərcləri 172238,1 milyon manat olmaqla, gəlir və xəclərini tənzimləmək üçün dövlət büdcəsindən ayrılan dotasiya 143738,1 milyon manat məbləğində müəyyən edilir.
Naxçıvan Muxtar espublikasının büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar gəlirləri 4431,9 milyon manat, xərcləri 4431,9 milyon manat üəyyən edilir.
Azərbaycan Respublikasının digər şəhərlər və rayonlarının yerli gəlirləri 605785,3 milyon manat, yerli xərcləri 1472741,1milyon manat olmaqla, yerli gəlir və xərcləri tənzimləmək üçün mərkəzləşdirilmiş xərclərdən ayrılan vəsait 866955,8 milyon manat müəyyən edilir.
Həmin şəhər və rayonların yerli xərclərindən maliyyələşən təşkilatların bülcədənkənar gəlirləri 28336,9 milyon anat, xərcləri 28336,9 milyon manat müəyyən edilir.
Büdcə ili ərzində büdcədən maliyyələşlirilən təşkilatlara nəzərdə tutulmuş məcburi dövlət sosial sığorta haqları üzrə vəsaitlər Dövlət Sosial Müdafiə Fondunun orqanlarına tam məbləğdə daxil olmazsa, nəzərdə tutulmuş və faktiki hesablanmış məcburi dövlət sosial sığorta haqları arasındakı fərq qədər mərkəzləşdirilmiş xərclərdən Dövlət Sosial Müdafiə Fonduna yönəldilən transferin məbləği artırılmaqla köçürülür.
Büdcə daxilolmalarının vəsaitindən asılı olmayaraq əmək haqqı, əmək haqqına üstəlik, pensiya, başqa sosial müavinətlər və ödənişlər, dövlətin daxili və xarici borclarına xidmətlə bağlı xərclər, dərman və ərzaq alınması xərc maddələri müdafiə olunmuş xərc maddələri hesab olunur.
Dövlət büdcəsinin xərcləri (müdafiə olunmuş xərc maddələri istisna olmaqla) cəlirlərin daxil olmasından asılı olaraq və kəsirin müəyyən olunmuş həddi nəzərə alınmaqla maliyyələşdirilir.
Dövlət zəmanəti ilə investisiya layihələri üzrə 2003-cü ildə istifadə ediləcək xarici kreditlərin həcmi 780310,9 milyon manat müəyyən edilir. Müəyyən icra hakimiyyəti orqanı 1992-96-cı illərdə dövlət büdcəsi kəsirinin örtülməsi məqsədi ilə istifadə etdiyi Azəraycan Respublikası Milli Bankının 345,2 milyard manat mərkəzləşdirilmiş kredit resursunu qaytarmaq üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi şərtlər əsasında uzunmüddətli və güzəştli dövlət qiymətli kağızlarını buraxaraq Milli Bankda yerləşdirilməsini təmin etsin. Azərbaycan Respublikasının Daxili dövlət borcunun limiti 550000,0 milyon manat, xarici dövlət borcunun limiti 1010000,0 milyon manatmüəyyən edilir.
Enerji və qaz sektoru üzrə alınan yanacaq üçün ödənilməyən məbləğə görə dövlət büdcəsi dövlət büdcəsi hesabına bu sektorlara ediləcək dolayı subsidiyaların limiti müvafiq olaraq 1500800,0 milyon manat və 97800,0 milyon manat müəyyən olunmaqla icmal büdcənin həm gəlir həm də xərc hissəsinə daxil edilib sətirlə əks etdirilir.
Bu qanun 2003-cü il yanvarın 1-dən qüvvəyə minir.
Ədəbiyyat
1. B.A. Xankişiyev «Büdcə prosesi və büdcə təsnifatı» Bakı – 2002
2. A.M. Kərimov, N.R. Quliyev «Maliyyə» Dərslik, Bakı –2001
3. S.Məmmədov «Maliyyə» Bakı-1997
4. «Büdcə sistemi haqqında Azərbaycan Respublikasının Qanunu»
2002-ci il
5. «Azərbaycan» qəzeti «Azərbaycan Respublikasının 2003-ci ilin dövlət büdcəsi haqqında qanun».
Dostları ilə paylaş: |