3. Dövlət büdcəsinin layihəsi ilə birlikdə hazırlanan və təqdim olunan sənədlər. Növbəti büdcə ili üzrə dövlət büdcəsi ilə bağlı aşağıdakı sənədlər müvafiq icra hakimiyyəti orqanı tərəfindən Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edilir:
- növbəti büdcə ili üzrə dövlət büdcəsi haqqında qanun layihəsi və qanun layihəsinə dair izahat;
- Azərbaycan Respublikasının növbəti büdcə ili və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri;
- büdcə-vergi siyasətinin əsas istiqamətləri;
- dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilməsi nəzərdə tutulan proqramlar;
- büdcə gəlirləri təsnifatının funksional, iqtisadi və təşkilati təsnifatların paraqrafları səviyyəsində gəlirlərin və xərclərin layihəsi;
- dövlət borcları və dövlət zəmanəti ilə digər öhdəliklərə dair məlumat;
- növbəti il üzrə icmal büdcəsinin layihəsi;
- Azərbaycan Respublikasının ərazisi üzrə toplu maliyyə balansı;
- qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq olunması əzərdə tutulduğu hallarda övbəti büdcə ili üzrə büdcədənkənar dövlət fondlarının büdcələri haqqında qanun layihələri;
- növbəti büdcə ili üzrə gəlirlərin ötən ilin faktiki və cari ilin gözlənilən nəticələri ilə, habelə xərclərin funksional, iqtisadi və təşkilati təsnifatlar üzrə müqayisəsi;
- funksional, iqtisadi və təşkilati təsnifatın paraqrafları səviyyəsində cari ilin dövlət səviyyəsində cari ilin dövlət büdcəsinin gözlənilən icrasının vəziyyəti;
- cari ilin icmal büdcəsinin gözlənilən icrasına dair məlumat;
- büdcədənkənar əməliyyatlara dair icmal hesabat;
- keçən büdcə ilində faktiki və cari büdcə ilində gözlənilən maliyyələşdirmə mənbələri barədə hesabat;
- müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən digər sənədlər;