Növbəti büdcə ili üzrə dövlət büdcəsinə dair sənədlərin Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edilməsi.
Növbəti büdcə ili üzrə dövlət büdcəsi haqqında qanun layihəsi ona əlavə edilmiş digər sənədlərlə birlikdə cari ilin oktyabr ayının 15-dən gec olmayaraq Azərbaycan Respublikasının Konstitusiyasının 109-cu maddəsinin ikinci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının Milli Məclisinin müzakirəsinə və təsdiqinə təqdim edilir.
Dövlət büdcəsi haqqında qanun layihəsinin dərc edilməsi.
Növbəti il üçün dövlət büdcəsinin layihəsi Azərbaycan Respublikasının Milli Məclisinə daxil olduğu tarixdən 10 gün ərzində mətbuatda dərc edilir.
Dostları ilə paylaş: |