«Maliyyə» kafedrası «DÖVLƏt büDCƏSİNİn layiHƏSİNİn təRTİBİ»



Yüklə 42,46 Kb.
səhifə1/10
tarix10.01.2022
ölçüsü42,46 Kb.
#109308
  1   2   3   4   5   6   7   8   9   10

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ

__________________________________________________________________


«Maliyyə» kafedrası

«DÖVLƏT BÜDCƏSİNİN LAYİHƏSİNİN TƏRTİBİ »
mövzusunda
R E F E R A T

Kurs:

Qrup: №

Fakultə: «Magistratura»
Yerinə yetirdi:

Elmi rəhbər:

BAKI 2002

P L A N

GİRİŞ
1. Dövlət büdcəsinin mahiyyəti, iqtisadi əhəmiyyəti və rolu.

2. Dövlət büdcəsi layihəsinin tərtibi prosesi və büdcə təqvimi.

3. Dövlət büdcəsinin layihəsi ilə birlikdə hazırlanan və təqdim olunan sənədlər.

Ədəbiyyat

GİRİŞ

Dövlət büdcəsi dövlət maliyyəsinin mühüm tərkib hissəsdir. Büdcə ingilis sözü olub, XVIII əsrdən maliyyə kateqoriyası kimi iqtisadi leksikona daxil olmuşdur. Büdcə əsasən maliyyə göstəricilərinin birliyi – məcmusu deməkdir (vergilər, dövlət krediti, dövlət xərcləri). Büdcə vasitəsilə vəsailərin cəlb olunması və xərclənməsi, bölgüsü həyata keçirilir.


Azərbaycan Respublikası dövlət büdcəsinin məqsədi ölkənin iqtisadi, sosial və digər strateji proqramlarının həlli, dövlətin funksiyalarının həyata keçirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada maliyyə vəsaitinin toplanmasını və istifadəsini təmin etməkdir.
Dövlət büdcəsi layihəsinin tərtibi prosesi növbəti büdcə ilinə 11 ay qalmış başlanır və büdcə layihəsinin Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edildiyi günədək olan dövrü əhatə edir.
Dövlət büdcəsinin həyata keçirilməsi üçün ən vacib olan şərtlərdən biri bu büdcənin dövlət orqanları tərəfindən mərkəzləşdirilmiş pul fondu kimi təsdiq edilməsidir. Maliyyə ilinin sonunda büdcəni icra edənlər dövlət xərcləri və gəlirlərinin miqdar və mənbələrinin proqnozlaşdırılan şəkildə icrası barədə hesabat verirlər. Maliyyə ili başlamamışdan əvvəl yeni maliyyə ilinin gəlir və xərcləri proqnozlaşdırılır. Bu proqnozlar əsasında növbəti ilin büdcəsi tərtib və təsdiq edilir.
Dövlət büdcəsinin gəlirlərinin icrasını təmin edən orqanlar və büdcədən maliyyələşən təşkilatlar təlimata uyğun olaraq hazırlanmış büdcə layihəsini cari ilin iyul ayının 1- dək müvafiq icra hakimiyyəti orqanlarına təqdim edirlər.
Dövlət büdcəsinə bütün daxilolmalar və ödəmələr, büdcədənkənar dövlət fondlarına haqlar (ödənişlər), büdcədənkənar dövlət fondları, dövlət təminatı ilə aparılmış kreditlər üzrə əməliyyatlar və digər dövlət əməliyyatları qanunvericiliklə müəyyən edilmiş qaydalara uyğun olaraq dövlət xəzinədarlığı vasitəsilə icra edilir.

Yüklə 42,46 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin