«Maliyyə və maliyyə institutlari» kafedrası «Valyuta ehtiyatları və xarici borc siyasəti» fənninin proqrami



Yüklə 48,71 Kb.
tarix17.01.2017
ölçüsü48,71 Kb.
#431
növüMühazirə


AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ

«Maliyyə və maliyyə institutlari»

kafedrası

«Valyuta ehtiyatları və xarici borc siyasəti» fənninin

PROQRAMI
(060401 Dünya iqtisadiyyatı ixtisası üzrə təhsil alan magistrlər üçün)

Azərbaycan Respublikası Təhsil Nazirli­yinin 08.12.2015-ci il tarixli “Tədris vəsait­lərinə nəşr hüququnun (qrif) verilməsi mə­sələlərinin tənzimlənməsi barədə” 1108№-li əmrinə və Azərbaycan Dövlət Iqtisad Universitetinin Tədris-metodiki şurasının 22.01.2016-cı il tarixli, 03 saylı protokoluna əsasən nəşr olunur.
BAKI – 2016



Tərtib edənlər:

i.e.n., dosent Z.H.İbrahimov

i.e.d., prof. Z.F.Məmmədov

h.f.d. M.A.Abbasbəyli

i.f.d. F.F.Mürşüdlü

i.f.d. S.V.Fərzəliyeva


Redaktor:

i.e.d., prof. Z.F.Məmmədov

Rəyçilər:

«Maliyyə və maliyyə institutlari» kafedrasının professoru,

i.e.d. A.E.Kərimov

Azərbaycan Beynəlxalq Bankının

baş mütəxəssisi, i.f.d. R.Ə.Xuduzadə





«Valyuta ehtiyatları və xarici borc siyasəti» fənni üzrə mühazirə

və seminar saatlarının bölgüsü


Sıra

№-si


Mövzuların adı

Mühazirə

Seminar

1

2

3

4



Qloballaşma şəraitində beynəlxalq valyuta münasibətləri və valyuta bazarları

2

2



Ehtiyat valyutaları və onların formalaş­masını müəyyən edən amillər

4

4



Regional ehtiyat valyutaları

2

2



Valyuta kursu və xarici valyuta ilə əməliyyatlar

2

2



Beynəlxalq ehtiyatlar: həcmi, strukturu və idarə edilməsi

4

4



Dünya valyuta sistemi. İslahatların nəzəri konsepsiyaları

4

4



Xarici ticarətin maliyyələşdirilməsi və borclar

2

2



Kapitalın beynəlxalq miqrasiyası nəzəriyyələri

2

2



Beynəlxalq borc böhranı

4

4



Tədiyə balansının təhlili

2

2



Xarici borcun tənzimlənməsi

2

2




Cəmi:

30

30


GİRİŞ
Dünya maliyyəsi-maliyyə və beynəlxalq biznes sahəsində dinamik inkişaf edən istiqamətlərdən biridir. Müasir dünyada maliyyə bazarı həqiqətən də qloballaşmışdır. Maliyyəni və ya beynəlxalq biznesi öyrənmək istəyində olanlar, dünya maliyyəsi sahəsində zəruri hazırlıqları olmadan bazarın müasir hadisə və meyllərini dərk edə bilməzlər.

Dünya maliyyəsində-maliyyə infrastrukturunun daha çox beş qarşılıqlı əlaqədə olan sahəsinə diqqət ayrılır. Birincisi, bu sahə özündə dünya maliyyə mühitini, başlıca olaraq dünya pul sistemini əks etdirir. İkincisi, burada dünya maliyyə bazarları, o cümlədən valyuta bazarı və dünya istiqraz bazarı tədqiq olunur. Üçüncüsü, bu sahə beynəlxalq bank işini öyrənir. Dördüncüsü, burada beynəlxalq korporasiyaların maliyyəsi tədqiq olunur. Nəhayət, beşincisi beynəlxalq portfelin idarə olunması məsələləri öyrənilir.

Yuxarıda qeyd olununlar, məhz «Valyuta ehtiyatları və xarici borc siyasəti» fənninin əlahiddə olaraq öyrənilməsini şərtləndirmişdir.

Mövzu 1. Qloballaşma şəraitində beynəlxalq valyuta münasibətləri

və valyuta bazarları
Qloballaşma təsərrüfat həyatının inkişafında yeni mərhələ kimi. Dünya iqtisadiyyatının qloballaşması prosesi: institusional sistem və ilkin şərait. Qlobal­laşmanın inkişafında transmilli korporasiyaların və bankların rolu.

Valyuta münasibətləri və valyuta bazarları. Beynəlxalq valyuta münasi­bət­lərində qızılın rolu. Valyuta məhdudiyyətləri. Konvertasiyalı valyutaya keçid. Dünya valyuta bazarları. Avrovalyuta bazarı.

Azərbaycan Respublikasının valyuta bazarı.
Mövzu 2. Ehtiyat valyutaları və onların formalaşmasını müəyyən

edən amillər
Ehtiyat valyutasının müəyyən edilməsi. Beynəlxalq Valyuta Fondunun valyuta təsni­fatı. SDR (xüsusi borclanma hüquqları) mexanizmi. Beynəlxalq hesablaş­malarda ehtiyat valyutalarının funksiyaları.

Ehtiyat valyutaların yaranması. Ehtiyat valyutalarının nəzəri modelləri. Ehti­yat valyutaların funksiyalarının modelləşdirilməsi. Ehtiyat valyutasına olan məcmu tələb modeli.


Mövzu 3. Regional ehtiyat valyutaları
Valyuta blokları və valyuta zonaları. Regional ehtiyat valyutasının müəyyən edilməsi. Regional valyutaların rolunun kəmiyyət qiymətləndirilməsi. Regional valyutalar tədavül və tədiyə vasitəsi kimi.

Avro-dünya ehtiyat valyutası kimi.


Mövzu 4. Valyuta kursu və xarici valyuta ilə əməliyyatlar
Valyuta kursu və onun iqtisadi proseslərlə qarşılıqlı əlaqəsi. Valyuta kursunun formalaşmasının qanunauyğunluqları. Beynəlxalq hesablaşmalar və valyuta kursu. Valyuta bazarı və valyutaların kotirovkası. Xarici valyuta ilə əməliyyatlar.

Valyuta arbitrajı və müddətli sövdələşmələr. Valyutanın alıcıdıq qabiliyyəti pariteti.

Valyuta kursunun tənzim olunması.

Mövzu 5. Beynəlxalq ehtiyatlar: həcmi, strukturu və idarə edilməsi
Qızıl valyuta ehtiyatlarının qiymətləndirilməsi. Valyuta ehtiyatlarının istifadə istiqamətləri və üsulları. Valyuta ehtiyatlarının idarə olunmasının təkmilləş­dirilməsi.

Valyuta ehtiyatlarının idarə olunmasında xarici menecerlərin rolu.



Mövzu 6. Dünya valyuta sistemi. İslahatların nəzəri konsepsiyaları
Dünya pul sisteminin rolu. Rəsmi valyuta ehtyiatları. İqtisadiyyatın xarici valyutaya olan ehtiyacı. Valyuta intervensiyası. Swap əməliyyatları.

Pul tədavülünün marksist konsepsiyası. Dünya pulunun neometallist konsepsiyası. Neokeynsian baxış. Monetarizm və üzən məzənnə konsepsiyası.

Yamayka valyuta sistemi.
Mövzu 7. Xarici ticarətin maliyyələşdirilməsi və borclar
İnkişafın qlobal konsepsiyaları. İnkişaf etməkdə olan ölkələrin maliyyələş­dirilməsi.

Xarici ticarətin maliyyələşdirilməsi metodları. Xarici ticarətin maliyyələş­dirilməsində risklər. Valyuta riski. İnflyasiya riski. Faiz dərəcəsinin dəyişməsi riski. Bazar riski. Ödəniş riski.


Mövzu 8. Kapitalın beynəlxalq miqrasiyası nəzəriyyələri
Kapitalın beynəlxalq miqrasiyasının ənənəvi nəzəriyyələri. Kapitalın beynəl­xalq axınlarının müasir nəzəriyyələri.

Kapitalın beynəlxalq hərəkəti və xarici borc.


Mövzu 9. Beynəlxalq borc böhranı
Borc böhranının ilkin şərtləri. Böhranın yaranması və inkişafı. Xarici borcların strukturu və dinamikası. Borc böhranının aradan qaldırılması təcrübəsi.

Borclu ölkələrin antiböhran tədbirləri.


Mövzu 10. Tədiyə balansının təhlili
Tədiyə balansı-dünya təsərrüfat əlaqələrinin ifadəsi kimi. İqtisadi amillər və tədiyə balansı. Tədiyə balansının göstəriciləri və onların təsnifləşdirilməsi.

Tədiyə balansı saldosunun hesablanması.

Tədiyə balansına təsir edən amillər. Tədiyə balansının tənzim olunmasının əsas metodları.
Mövzu 11. Xarici borcun tənzimlənməsi
Xarici borcun tənzimlənməsinin müasir sisteminin formalaşdırılması. Borclar probleminin həllində yeni yanaşmalar.

Borcların azaldılması üsulları. İnkişaf etməkdə olan ölkələrdə institusional-struktur dəyişiklikləri.



Makroiqtisadi sabitləşdirmə tədbirləri. İslahatların aparılmasında beynəlxalq maliyyə-kredit təşkilatlarının rolu.
Tövsiyə olunan ədəbiyyatlar


  1. Z.F. Məmmədov, Beynəlxalq valyuta-kredit münasibətləri və xarici ölkələrin pul-kredit sistemi, dərslik, Bakı – 2012.

  2. Максимо В. Энг, Фрэнсис А.Лис, Лоуренс Дж.Мауер, Мировые финансы (перевод с английского), Москва-1998.

  3. Л.Н. Федякина, Международные финансы, СПб; Питер – 2005.

  4. Международные валютно-кредитные и финансовые отношения, учебник, под редакцией Л.Н.Красавиной, Москва – 2008.

  5. М.В.Ершов, Валютно-финансовые механизмы в современном мире кризисной опыт конца 90-х, Москва-2000.

  6. Г.Г.Фетисов. Монетарная политика и развитие денежно-кредитной системы России в условиях глобализации: национальный и региональные аспекты, Москва-2006.

  7. Основы международных валютно-финансовых и кредитных отношений, учебник, научн.ред. В.В.Круглов, Москва-1998.

  8. В.П.Комиссаров, А.Н.Попов, Международные валютные и кредитные отношения, под редакцией Г.С.Лопатина, Москва-1965.

  9. Д.В.Смыслов, Кризис современной валютной системы капитализма и буржуазная политическая экономия, Москва-1979.

  10. Кризис современной буржуазной политэкономии, отв.ред. Милейковский А.Г., Геретик Ш., Осадчая И.М., Москва-1980.

  11. С.С.Наркевич, П.В.Трунин, Резервные валюты: факторы становления и роль в мировой экономике, Москва-2012.


Yüklə 48,71 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin