4.
İKİ VƏ DAHA ÇOX ÖLKƏNİN İŞTİRAKI İLƏ İSTEHSAL EDİLMİŞ MALLAR ÜZRƏ
4.1.
İki və daha çox ölkənin iştirakı ilə istehsal edilmiş malların mənşə ölkəsi “Gömrük tarifi haqqında” Azərbaycan
Respublikası Qanununun müdd
əalarına uyğun olaraq aşağıdakı kifayət qədər emal meyarları ilə müəyyən edilir:
4.1.1. malın istehsalında i
ştirak edən ölkələrin birində emal nəticəsində mal nomenklaturunun birinci dörd
r
əqəmindən ən azı birinin səviyyəsində mal mövqeyi (malın təsnifat kodu) dəyişdikdə, həmin ölkə malın mənşə ölkəsi
hesab edilir. Malın istehsalında iki v
ə ya daha artıq ölkə iştirak etdiyi halda, mala xarakterik xüsusiyyətlər verilməsi üçün
kifay
ət edən sonuncu dəfə əhəmiyyətli emala, təkrar emala məruz qaldığı ölkə malın mənşə ölkəsi hesab edilir;
4.1.2. kifay
ət edən və ya kifayət etməyən istehsal texnoloji əməliyyatların yerinə yetirilməsi nəticəsində əvvəlkilərdən
f
ərqlənən yeni göstəricilərə və standartlara uyğun mal yaratmış ölkə malın mənşə ölkəsi hesab edilir:
ilkin mal üz
ərində texnoloji əməliyyatlar nəticəsində mal tamamilə dəyişdirildikdə və yeni mal koduna məxsus mal
yaradıldıqda;
ilkin mal üz
ərində texnoloji əməliyyatlar nəticəsində mal qismən dəyişdirildikdə, lakin yeni mal koduna məxsus mal
yaradıldıqda;
4.1.3. malın istehsalında istifad
ə olunan materialların dəyəri və ya əlavə dəyəri emal üçün göndərilən malın franko-
zavod qiym
ətinin müəyyən olunmuş hissəsini təşkil etməklə qiyməti dəyişdikdə, advaler pay qaydası tətbiq olunur.
Advaler pay qaydası t
ətbiq olunduğu hallarda, dəyər göstəriciləri aşağıdakı kimi hesablanır:
son m
əhsul istehsalını həyata keçirən ölkəyə idxal olunan materiallar gətirildikdə, onların gömrük dəyəri üzrə (CİF
şərtilə) və yaxud idxal olunan materialların mənşəyi məlum olmadıqda, son məhsul istehsalını həyata keçirən ölkə
ərazisində onların sənədlə təsdiq olunan ilkin satış qiyməti üzrə;
son m
əhsul üçün – satıcının franko-zavod (franko-anbar) şərtinin qiyməti üzrə.
4.2. “Gömrük tarifi haqqında” Az
ərbaycan Respublikası Qanununun müddəalarına əsasən malın mənşə ölkəsini
mü
əyyən etmək üçün kifayət qədər emal meyarı aşağıdakı hallar üzrə tətbiq edilə bilməz:
4.2.1. saxlanma v
ə nəqletmə zamanı malların mühafizəsinin təmin edilməsi ilə bağlı əməliyyatlar;
4.2.2. malların satı
şa və daşınmaya hazırlanması əməliyyatları (mal partiyasının bölünməsi, malların göndərilməsi
üçün formala
şdırılması, çeşidlənməsi və yenidən qablaşdırılması);
4.2.3. sad
ə yığma əməliyyatları;
4.2.4. alınmı
ş məhsula onu əvvəlki xüsusiyyətlərindən əhəmiyyətli dərəcədə fərqləndirən yeni əlamətlər vermədən
malların (t
ərkib hissələrinin) qarışdırılması.
4.3. B
əyannamələrdə konkret malların ölkə üzrə mənşəyi xüsusi olaraq qeyd olunmadığı təqdirdə, mal
nomenklaturası üzr
ə mal mövqeyində ilk dörd rəqəm səviyyəsində dəyişmə baş vermişsə, bu zaman malın mənşə ölkəsi,
bu Qaydanın 4.1.2-ci yarımb
əndinin birinci abzasında göstərilən qaydada müəyyən edilir.
Dostları ilə paylaş: |