İyulun 7-də başlayan Chevrolet kampaniyası bütün "Mançester Yunayted" azarkeşlərini komandanın yeni evə köynəyi brendinin debütünü qeyd etmək üçün dəvət edir.
Azarkeşlər üçün aparılan unikal rəqəmsal təcrübə Chevrolet şirkətinin qlobal səviyyədə təşkil etdiyi "Siz nə üçün oynayırrsınız?" kampaniyasının bir hissəsidir.
Chevrolet şirkəti bu yeni köynək brendi ilə Mançester Yunayted komandası üçün köynək sponsoru kimi çıxış edərək komanda ilə yeddi illik saziş bağlamışdır.
Chevrolet şirkətinin təqdim etdiyi video Mançester Yunayted komandasının ənənəvi köynəyinin irsi özəlliklərini, və eləcə də hazırkı futbolçuların və klub əfsanələrinin xüsusiyyətlərini özündə saxlayır.