Manchester United komandası ilə xüsusi təcrübə məqsədilə Old Trafford arenasında dünyanın hər yerindən 11 uşağı bir araya gətirir



Yüklə 18.42 Kb.
tarix17.06.2018
ölçüsü18.42 Kb.





2014-08-12

Manchester United komandası ilə xüsusi təcrübə məqsədilə Old Trafford arenasında dünyanın hər yerindən 11 uşağı bir araya gətirir.

  • Uşaqları klubun legionerləri və birinci komandasının üzvləri ilə ilk tanışlıq və Old Trafforda gəzintisi, klubun futbol məktəblərində iştirak və Manchester United komandasının Sezonun 1-ci Premyer Liqa oyunu üçün talismanlar kimi iştirakını təmin etməklə onları ruhlandırmaqdır.




  • Oğlanlar və qızlar əsasən Braziliya, Çin, Hindistan, İndoneziya, Cənubi Afrika, Cənubi Koreya və Birləşmiş Ştatlar ölkələrindən iştirak edir.

DETROYT - Chevrolet firması, həftənin şənbə günü İngiltərənin Mançester şəhərində Old Trafford-da Manchester United komandasının Premyer Liqa sezonunun açılışı üçün maskot geyimdə çıxış edəcək dünyanın hər bir yerindən 11 uşağı bir araya gətirəcəyini bugün elan etdi.

Əsasən 10 və 12 yaşlarında Braziliya, Çin, Hindistan, İndoneziya, Cənuubi Afrika, Cənubi Koreya və Amerika Birləşmiş Ştatlarından olan uşaqlar – Chevrolet firmasının təşkil etdiyi “Siz nə üçün oynayırsınız?” adlı kompaniyasının təmsilçisi kimi iştirak etməklə futbol azarkeşlərini idmana daha da həvəsləndirmək və dünyada bu oyunun təsir gücünü yaymaqdır.

“Uşaqların Old Trafford meydanında Manchester United komandasının birinci heyəti ilə çıxış etməsi futbolun gücünü dünyada yaymaqda və qlobal tərəfdaşlığı qeyd etmək üçün misilsiz və dramatik bir yoldur” Qlobal Chevrolet şirkətinin Marketinq üzrə meneceri Tim Mahoni (Tim Mahoney ) qeyd etmişdir. Onların Chevrolet və Manchester United komandası ilə meydançada gəzintisi hər kəslə yanaşı, dostları, ailələri üçün əlbəttə ki, xüsusi bir gün olacaq və həmçinin bütün futbol azarkeşlərində ruh yüksəkliyini artırmaq məqsədi daşıyır.

Əlavə olaraq maskotlar kimi çıxış etməklə uşaqlar Manchester United komandasının məşhur futbol məktəbində iştirak edəcəklər, klub legionerləri ilə tanış olacaq və klubun simvolu olan Old Trafford stadionuna səfər edəcəklər.

“Biz maskotlardan ibarət qrupun Old Trafforda gəlməsindən böyük məmnunluq hissi duyuruq”. Manchester United Qrupunun İcraçı Direktoru Riçard Arnold (Richard Arnold) bildirib. “Bu ilk dəfədir ki, bizim maskotlar dünyanın müxtəlif yerindən gəlməklə, klubun azarkeş bazasının olduğunu və cəlbediciliyini bütün dünyaya həqiqətən nümayiş etdirir. 11 maskotçunun komanda ilə müşayət edilməsi və qatılması nadir bir hadisə olmaqla, Chevroletin və Manchester United komandasının məhs bugünü çox xüsusi bir gün qeyd etmək arzusunda olmasını görsədir”.

Uşaqlar, ümidi, nikbinliyi və imkanları yaratmaq üçün oyun oynayır və kompaniyada bir sıra üstünlük qazanmaq üçün öz bacarıq və qərar vermə imkanlarını sərgiləməklə yanaşı tədbirdə maskotlar kimi xidmət edəcəkləri üçün seçilmişdir. Bu həftənin əvvəlində www.chevroletFC.com saytında hər bir uşağın hekayəsi yerləşdiriləcək:



  • Naely / Braziliya

  • Anna / Çin

  • Yan / Çin

  • Akash / Hindistan

  • Kshitij / Hindistan

  • Fergie / İndoneziya

  • Syffia / İndoneziya

  • Mfanelo / Cənubi Afrika

  • Nokuthula / Cənubi Afrika

  • Daeyoung / Cənubi Koreya

  • Jasmine / Birləşmiş Ştatlar

Manchester United komandası ilə tərəfdaşlıq elan edilən 2012-ci ildən bəri, Chevrolet dünyanın 60-dan çox ölkəsində, Afrika, Asiya və Amerikadan 26 milyon gənc tərəfindən Bir Dünya Futbolu Layihəsində təxminən bir milyona yaxın futbol topu yardımı ilə bərabər, Chevrolet bütün dünyada oyunun gücünü yaymaq üçün futboldan istifadə etmişdir.

Chevrolet firması həmçinin bu yaxınlarda, uşaqlar üçün dəyərli həyat imkanlarını öyrənmək və onları küçə həyatından oynaya biləcəyi yerdə - Çikaqoda mini futbol meydançaları təşkil etməklə, və futbolu yaymaqla, HİV və narkomaniyadan əziyyət çəkən insanların həyat fəaliyyətini yaxşılaşdırmaq üçün yerli təşkilatlar adından İndoneziya, Bandunqda futbol meydançasını yenidən canlandırdı.

Chevrolet firması Manchester United yığmasının köynəyinə sponsorluğunun 7 illiyi münasibətilə, dünyanın hər bir yerindən pərəstişkarlarını öz şəkillərini www.chevroletFC.com saytına yükləməklə yeni köynəyi virtual formada geyinməyə dəvət edir.

Chevrolet şirkəti eləcə də bu yaxınlarda 10 milyondan çox izləyici cəlb edən klubun köynəklərinin tarixinə Manchester United oyunçularını, legionerlərini və azarkeşləri www.chevroletfc.com əks etdirən videonu təqdim etdi.



Chevrolet haqqında

Əsası 1911-ci ildə Detroyt şəhərində qoyulmuş, Chevrolet şirkəti indi dünyanın ən böyük avtomobil brendlərinin biridir, hal-hazırda dünyanın 140-dən çox ölkəsində avtomobil istehsalı biznesi ilə məşğuldur və ildə 4.9 milyondan çox minik və yük avtomobilləri satır. Chevrolet şirkəti öz müştərilərini canlı performans, ifadəli dizayn, və yüksək keyfiyyət kimi xüsusiyyətlərə malik olan və yanacağa qənaət edən nəqliyyat vasitələri ilə təmin edir. Chevrolet şirkətinin istehsal etdiyi modellər haqqında daha çox məlumatı www.chevrolet.com saytında tapa bilərsininz. Chevrolet şirkətinin futbola dair yerinə yetirdiyi öhdəliklər haqqında daha ətraflı məlumat almaq üçün, www.chevroletfc.com saytına daxil ola bilərsiniz.



Mançester Yunayted barədə

Mançester Yunayted dünyanın ən məşhur və uğur qazanan idman komandalarından biri olub, bütün dünyada tamaşaçılar arasında ən populyar sayılan bir idman növünü oynayır. Biz futbolda malik olduğumuz 136 illik tarixi irsimiz müddətində 62 kubok qazanmağımız sayəsində, dünyanın aparıcı idman klubuna çevrilmişik və 659 milyondan azarkeş kütləsi daima bizi izləyir. Bizim geniş və coşqun təbiətli birliyimiz Mançester Yunayted komandasını, müxtəlif mənbələrdən, o cümlədən, sponsorluq, reklam, məhsulun lisenziyalaşdırması, yeni media & mobil rabitə, yayım və oyun günlərinin təşkil olunması sahələrində xeyli gəlir əldə etməyə qadir olan dünya şöhrətli bir platforma ilə təmin etmişdir.

###


Əlaqə:
Beáta Novák

Marketing and PR Manager

Tel.: +36 23 446 650

Mobile: +36 30 247 1765



beata.novak@gm.com



Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə