Dərsliyin müəlliflər kollektivi: kafedra müdiri, dosent Mehman Qəhrəman oğlu Abdullayev, əməkdar elm xadimi, prof. Süleyman Sərdar oğlu Əliyarlı, prof. Sevda Yunis qızı Süleymanova, prof. Xaqani Məmməd oğlu Məmmədov, prof Zabil Həsrət oğlu Bayramov, dos. Tamilla Kərim qızı Babayeva, dos. Yunis Məsməli oğlu Nəsibov, dos. Bəymirzə Şabi oğlu Şabiyev, dos. Ərəstun Balaxan oğlu Mehdiyev, dos. Rəsul Sabir oğlu Hüseynli, dos. Kərəm Hətəm oğlu Məmmədov, t.ü.fd. Lalə Ağamirzə qızı Əliyeva, tü.fd. Rabil Habil oğlu Süleymanlı, baş müəllim Əminə Qasım qızı Şirinova, baş müəllim Nurlana Allahyar qızı Cavanşir, tü.fd. Ərşad Həsən oğlu Həsənov, t.ü.fd. Ülviyyə Əjdər qızı İbrahimova, t.ü.fd. Almas Sabir qızı Cavadova, t.ü.fd. Arzu Əşrəf qızı Məmmədova
Qədim Azərbaycan Manna dövlətində mədəniyyət Manna dövlətində inkişaf etmiş maddi mədəniyyət, sənətkarlıq, memarlıq və incəsənət mövcud idi. "Azərbaycan tarixi"ndə göstərilir ki, Mannanın ərazisi hələ qədim zamanlardan, Arata dövründən etibarən İkiçayarası hökmdarlarının diqətini cəlb edirdi. Burada zəngin faydalı yeraltı və yürüstü mədənlər vardı. Manna ərazisində qiymətli metallar, müxtəlif metal filizləri, qiymətli daşlar, daş və ağac tikinti materialları əldə edilirdi.
Manna dövlətində inkişaf etmiş maddi mədəniyyət, sənətkarlıq, memarlıq və incəsənət mövcud idi. "Azərbaycan tarixi"ndə göstərilir ki, Mannanın ərazisi hələ qədim zamanlardan, Arata dövründən etibarən İkiçayarası hökmdarlarının diqətini cəlb edirdi. Burada zəngin faydalı yeraltı və yürüstü mədənlər vardı. Manna ərazisində qiymətli metallar, müxtəlif metal filizləri, qiymətli daşlar, daş və ağac tikinti materialları əldə edilirdi.
Mannada qızıl, gümüş, tunc və mis qab-qacaq hazırlanması sahəsində peşəkar sənətkarlar yetişmişdi. Assur hökmdarları II Aşşurnasirpal və III Salmanasar Gizlan vilayətindən qızıl, gümüş, qurğuşun və mislə bərabər, xərac kimi mis qablar da almışdı. V Şamşi-Adad Qizilbunda vilayətində qızıl, mis ilə yanaşı, gümüş qablar ələ keçirmişdi. Onların içərisində adi qablardan başqa, mis kasalar, bardaqlar və nimçələr də vardı. Mannada xüsusilə mis qablar hazırlama sənəti daha geniş yayılmışdı. Misgərlik ənənəsi Azərbaycanda uzun müddət öz varlığını saxlamışdı. Mannanın müxtəlif şəhərlərində sənətkarlıq emalatxanaları vardı. Arxeoloji qazıntılar zamanı aşkar edilmiş əşyalar və yazılı məlumatlar göstərir ki, Mannada bir sıra peşələrlə yanaşı, zərgər, dəmirçi, misgər, heykəltəraş, istehkam tikən, daş yonun və s. sənət növlərilə məşğul olan sənətkarlar vardı. Həsənli arxeoloji məskənində aşkar olunmuş daş formalarda arxeoloji məskənində aşkar olunmuş daş formalarda müxtəlif metal əşyalar, oraq, toxa, balta və bəzək əşyaları tökürmüşlər. Mannanılar metaləritmə və tökmə sənətini də mənimsəməmişdir. Belə sənətkarlar silah hazırlanmasında bilavasitə iştirak edirdilər. Qazıntılar zamanı Həsənli məskənindən xəncər, ox, ucları, dəbilqə və s. aşkar olunmuşdur. Silahlar adətən dəmir və tuncdan hazırlanır, müxtəlif bəzək vurulurdu. Bəzi xəncər dəstəkləri qızıl və gümüşlə naxışlanmışdı. Müxtəlif mövzulara həsr olunmuş zərgərlik əşyaları (e.ə.VIII-VII əsrlər) Ziviyədə (qədim Zibiya) aşkar edilmişdir.
Ziviyə (Zibiya) Manna qalalarından idi. Ziviyə dəfinəsində qızıl döşlük, mücrü, qabarıq qızıl üzük, hansı ki, adətən, qalxana və qılınc dəstəyinə bəzək kimi çəkilirdi, qılınc qınının və dəstəyinin hissələri, at qoşu ləvazimatının gümüş və tunc hissələri, dəmir qılınclar, qızılla bəzənmiş şah başlığı, gümüş sini, tuncdan düzəldilmiş "vanna" qalığı qızıl və gümüşdən hazırlanmış ritonlar qızıl kəmər və qiymətli əşyalar saxlanılırdı. Təxmini hesablamalara görə, Ziviyə dəfinəsində qızıl, gümüş və fil sümüyündən hazırlanmış 341 əşya varmış. Bu əşyalar Mannada zərgərlik sənətinin yerli və qonşu ölkələrin ənənəsi ilə əlaqədar inkişafını əks etdirir. Heç bir şübhə yoxdur ki, bu əşyaların yaradıcısı Manna sənətkarları olmuşlar. Həsənli (Urmiya gölünün cənubu) və Marlikdən (Gilanın Rudbar kəndinin 14 km-də) tapılmış əşyaların ümumi oxşarlığı bu sənət abidələrini mannalı sənətkarların məhsulu kimi qəbul etməyə imkan verir.
Bu əşyaların kimlər üçün hazırlanması da mübahisəyə səbəb olmuşdur. Əşyalar arasında "skit üslubu" qabların olması belə bir ehtimal yaratmışdı ki, guya bu dəfinə yerində skit hökmdarı Madi dəfn edilmişdir. Digər fərziyyələrə görə, bu əşyalar guya Midiya hakimləri üçün düzəldilmişdi, halbuki e.ə. VIII-VII əsərlərdə Midiyanın Manna üzərində heç bir siyasi təsiri və ağalığı olmamışdı. Ziviyə dəfinəsi ya Manna hökmdarına, ya da kimmer-skit-sak padşahlığının hökmdarı Tuqdammeyə mənsub olmuşdur.
Tədqiqatçı Solmaz Qaşqay arxeoloji qazıntılara və mənbələrə əsaslanaraq, göstərir ki, Manna ərazisinin zəngin faydalı qazıntı mənbələri həmişə Aşşur işğalçılarının diqqətini cəlb etmişdir. Kitabələrdə ələ keçirilmiş qızıl, gümüş, mis, qurğuşun və s. adı çəkilir.
Yazılı abidələr dövründə metallar, onlar istehsalı və emaletmə sənəti Yaxın Şərqdə artıq çox yaxşı məlum idi. Aşşur mixi yazılı mənbələrindən istifadə edilən metalların adı bizə məlumdur. Yalnız - annaku (m) termini anlaşılmazdır. Onu gah qurğuşun, gah da qalay kimi tərcümə edirlər. "Annaku (m)" sözü haqqında mütəxəssislərin mülahizələri B.Landebergerin tədqiqat işində nisbətən dolğun işqlandırılmışdır.
Belə güman edilir ki, qalay qədim dövrlərdə zəngin və müxtəlif çeşidli faydalı qazıntı yataqları olan Qafqazda və Təbriz rayonunda çıxardılırdı. Strabonun adını çəkdiyi qədim Drangiananın da qalay tədarükçüsü olması güman edilir. Tarixçilərin mülahizələri başlıca olaraq arxeoloji materiallara, daha doğrusu, əldə edilmiş tunc məmulatı tərkibində qalayın mövcudluğuna əsaslanır. Ona görə də, anlaşıldığı kimi qalay mənbələrinin hardasa metaləritmə mərkəzinin yaxınlığında olması güman edilir.
Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, təbiətdə təbii halda saf qalaya təsadüf olunmur. Onun əsas birləşməsi qranitdə və qrant suxurlarda, habelə, qalaylı tapılmış metaləritmə emalatxanalarının qalıqları da sübut edir.
Aşşurların qurğuşuna olan marağı ondan istehsalın müxtəlif sahələrində istifadə edilməsi ilə izah olunmalıdır. Qurğuşun da mis kimi ödənc vasitəsinə çevrilə bilər və gümüşü əvəz edib pul rolu oynaya bilərdi. Tunc məmulatı tərkibində ərinti qatışığı kimi qurğuşuna tez-tez, özü də kifayət dərəcədə (2 faizədək) təsadüf olunur. Bundan əlavə, ondan boyaq (ağ boyaq, sülükən, kron və s.) mis hazırlanmasında lazım olan qurğuşun oksidi almaq üçün istifadə edilirdi. Misir materialları qurğuşundan insan və heyvan fiqurları, balıq ovu toru üçün qursalar, üzüklər, muncuqlar və s. bəzək əşyaları, məcməyi, boşqab, tıxac, habelə, mərasim qabları və heykəllərinin baş geyimlərini qəliblərinin hazırlanmasında istifadə edildiyini göstərir. Quruğuşundan həm də tunc çəki daşlarının və tunc heykəlciklərin boşluğunu doldurmaq üçün də istifadə olunmuşdur.
Herodotun yazdığından məlumdur ki, Babildə Fərat çayı üzərində daşları bir-birinə "dəmir və quruğuşunla bəndlənmiş" körpü tikilmişdi. Göründüyü kimi, qalaydan fərqli olaraq quruğuşun digər metallarla yanaşı, daha gərəkli material olmuş və ondan daha geniş istifadə edilmişdir.
Q.A.Melikişvili Puluadi əyalətinin adını Ön Asiyanın bir çox dillərində mövcud olan pulad ("polad") sözü ilə əlaqələndirir. Bu sözün indi mövcud olan dillərin materialları əsasında etimologiyası açılmadığına görə, Q.A.Melikişvili zənn edir ki, həmin söz həmişə olduğu kimi, metal və metal məmulatı istehsalı ilə məşğul olmuş tayfaların və ya yerlərin adından, burada isə məhz Urartu mənbələrində adı çəkilən Puluadi ölkəsinin adından yaranmışdır. Həqiqətən də, bu ölkənin lokalizə edildiyi rayonda indi də mis, qurğuşun, dəmir və s. metallar çıxarılır.
Qədim sənətkarlar əsasən, təbii ehtiyatların onlara verdiyi imkanlardan faydalanmışlar. Puluadi əyaləti ilə yaxın qonşuluqda yerləşən Mərlik tapıntıları onların metal məmulatı istehsalında necə bir sənətkarlığa və məharətə nail olduqlarını göstərir.
Aşşur hökmdarları göstərilən ərazilərdən metallarla yanaşı, onlardan hazırlanmış əşayaları da ələ keçirir və ya xərac kimi alırdılar. II Aşşurnasirapal Zamualı Amekanın "çoxlu əşyalar, mis səhənglər, mis kasalar, mis məcməyilər, onun sarayının xəzinəsinin, toplanmış varidatını ələ keçirdiyi barədə məlumat verir. III Salmanasar Gilzandan bac kimi gümüş, qızıl, qurğuşun, həmçinin, mis qablar alır. V Şamşi-Adad Gizilbundada gümüş qablar əla qızıl və mis ələ keçirir".
Həsənluda tapılmış qızıl və gümüş məmulat də sənətkarların yüksək məharətinə gözəl misaldır. Yuxarıda adını dəfələrlə çəkdiyimiz qızıl cam, bir də gümüş qədəh xüsusilə maraqlıdır. Qızıl camın üzərində Allahlara qurbanvermə mərasimi, miflərdən və ya görünür, əhali arasında geniş yayılmış dastandan ayrı-ayrı sahələr təsvir edilmişdir.
R.Dayson onun e.ə. IX əsrdən xeyli əvvəl - e.ə I minilliyin əvvəllərində qayrıldığını qəbul edir. E.Porada bu camı daha əvvəllərə - e.ə. XII-X əsrlərə aid edir. R.Daysonun fikrincə, üzərində Hürrilər dövrü Mesopatomiyalıları və suriyalıları xatırladan təsvirlər olan bu cam göstərilən əyalətlər üçün nadir əşyadır, və o, buraya xaricdən gətirilən və yaxud mannalıların hərbi əməliyyatları zamanı ələ keçirilə bilərdi. Lakin digər əyalətlərdə aşkar edilmiş əşyalarla oxşarlığa malik olsa da Həsənulu qızıl camı təsviri üslub cizgilərinə və hazırlanmasının texniki xüsusiyyətlərinə görə hamısından fərqlənir. Həsənlunun özündə aşkar edilmiş tapıntılar və Mərlikdə yüksək sənətkarlıqla hazırlanmış çoxlu miqdarda zərgərlik əşyaları tapıntıların yerli mənşəli olmasını və inkişaf etmiş özünəməxsus zərgərlik sənəti məktəbinin mövcudluğu barədə fikir yürütməyə imkan verir. Gümüş qədəhin üzərində qızılla gümüş qatışığından - elektrondan düzəldilmiş reylefli təsvirlər vardır və bunlar ehtimal ki, qələbə səhnəsini əks etdirir: məğlublar cəng arabasının dalına düşüb gedirlər. Hər iki məlumatdakı təsivirdə eyni kompozisiya üsulundan istifadə edilmişdir.
Üzərində qrifonların və qanadlı öküzlərin qorelyef təsvirləri olan Mərlik qızıl qabları maraqlıdır. Onun üzərində dirilik ağacının yanlarında dal ayaqları üstə qalxmış, qanadları olan dörd öküzün başlarının qabarıq təsviri vardır; bu heyvanların 2 santimetr qabağa çıxan reylefli başları ayrılıqda hazırlanmamış, qabın gövdəsi ilə birlikdə döymə üsulu ilə bütöv bir əşya kimi düzəldilmişdir.
E.ə. I minilliyin əvvəlində Urmiya hövzəsi vilayətlərinin Assuriya ilə qarşılıqlı münasibətlərini intensiv vaxtında şirli keramikadan hazırlanan əşyalar da meydana gəlir. Məlum olduğu kimi, assurlar bu növ keramika hazırlamaqda hələ Orta Assuriya dövründən kamilləşmişdir.
Həsənludan yerli ustaların əlinin məhsulu olan şirlənmiş boz, sarımtıl-boz və göyümtül-ağ rəngli nadir qablar və divar kaşıları, habelə, bunların daha səliqəli hazırlanmış, ola bilsin, kənardan gətirilmiş bir neçə nümunəsi tapılmışdır.
Daşişləmə sənəti üçayaqlı dövrə, mərmərdən yonulmuş əsa başı, alebastradan hazırlanmış gözəl qabla təmsil olunmuşdur. Daşdan yonulmuş silindrşəkilli möhürlər incəliyi ilə fərqlənir: bunların bir qisimində ov səhnələri, diz çökmüş oxatanların və müxtəlif heyvanların fiqurları təsvir olunmuşdur. Həmin möhürləri Assuriyanın son dövrü möhürləri ilə əlaqələndirirlər. Dirilik ağacı və yanlarında keçilər təsvir edilən başqa tip möhürləri e.ə. II minilliyin ortalarından I minilliyin əvvəlinədək Yaxın Şərqin əksər hissəsində yayılmış Mitanin üslubu deyilən üslubda əlaqələndirirlər.
Ağac və sümük də gil kimi təsərrüfatda istifadə edilən əsas materillardan idi. Ağac qalıqlarının tədqiqi göstərir ki, burada qovaq, sərv, qaraqac, yemişan, alma və armud ağaclarının oduncağından istifadə edilirmiş.
Bərk oduncaq növlərindən yaşayış evləri tikintisində tir kimi istifadə olunur, nizə, topuz və ox sapları qayırılırdı. Müxtəlif əşyaların gövdəsi ağacdan yonulur, sonra üstünə metaldan üz çəkilirdi.
Ağacdan yonulmuş relyefli atlı heykəli Həsənluda ağac oymaçılığı sənətinin nümunəsidir. Ağacdan düzəldilmiş adam başı da qalmışdır: uzun ensiz sifəti, çox qabağa çıxan burnu vardır, qaş-gözü inkrustasiya üsulu ilə qoyulmuşdur.
"Azərbaycan tarixi"ndə göstərilir ki, Mannada toxuculuq sənəti geniş yayılmışdı, Həsənli qazıntıları zamanı müxtəlif parça tikələri aşkar olunmuşdur. Toxuculuqda adətən qoyun yunundan və keçi qəzilindən istifadə edirdilər. Geyim əşyaları hazırlanmasına qoyun yunu sərf olunurdu. Yun müxtəlif rənglərə çalırdı. Mannalılar yun və yun məmulatından da vergi verirdilər. II Aşşurnasirpal Zamua vilayətindən vergi kimi yun və müxtəlif rəngə çalan yun paltarlar (yəqin Mannada boyaçılıq sənəti də mövcud imiş) almışdı. Uzun, qısa qol üst geyim paltarları olmuşdur. Manna döyüşçüləri, adətən, həm uzun, həm də dizə çatan gödək libasda təsvir edilmişdir. Heç şübhəsiz, qadınlara məxsus geyimlər də mövcud olub, lakin qadın libası o dövrün təsvirlərində öz əksini tapmayıb. Mannada memarlıq sənəti inkişaf tapmışdı. Hələ Arata dövründə bu ərazidə məbəd və saray tikən, onlara naxış vuran ustalar vardı. Mannalılar əcdadlarının qədim memarlıq ənənəsini davam etdirirdilər. Qonşuların Mannaya qarşı işğalçılıq siyasəti ölkədə müdafiə istehkamlarını və qala tipli yəhərlərin tikilməsini sürətləndirdi. Artıq IX- VIII əsrlərdə Mannada xeyli qala tipli şəhərlər salınmış və istehkamlar tikilmişdi. Mannanın paytaxtı İzirtu, Sirdakka, Uşkaya, İştatti (Atranu), Uraş, Panziş, Tarun, Tarmakisu, Zibia və başqaları qala divarları ilə əhatə olunmuşdu. Asur və Urartu hökmdarları Manna ərazisində bir çox istehkam və qalaların olduğunu qeyd etmişdilər. Urartu hökmdarları Manna ərazisinə basqın edərkən yerli qalaları dağıdır və öz hakimiyyətlərini burada saxlamaq üçün istehkamlar saldırırdılar. Hazırda Cənubi Azərbaycanda bir sıra qədim qala və istehkamların qalığı (xarabalığı) məlumdur. Bəzi tədqiqatçılar bunları heç bir əsas olmadan yazılı qaynaqların məlumatına uyğun gəlmir. Mixi yazılı qaynaqlardan məlum olur ki, Manna ərazisində çoxlu istehkam və qala tipli şəhərlər salınmışdı. Bu qala və istehkamlar Mannanın memarı tərəfindən ucaldılmışdır. Mannada istehkamtikmə sənəti ilə muşğul olan mahir peşəkar ustalar vardı. Onların tikdiyi qala qalıqlarından biri Həsənlidə aşkar edilişdir. Həsənli qalası enli və uca divarla əhatə olunmuşdu. Qala divarı üzərində müşahidə üçün qüllələr tikilmişdir. Sanqibutu vilayətində düşmən basqını haqda xəbər vermək üçün xüsusi qülləli istehkamlar tikilmişdi. II Sarqon bu haqda belə məlumat verir: "Müşahidə aparmaq üçün dağ zirvələrində burclər ucaltmışdılar... onlar gündüz və gecə düşmənin yaxınlaşmasını bildirən tonqalın yanmasını izləyirdilər". Həsənli qala şəhərində iki-üç mərtəbəli binalar tikilmiş, həmçinin, məbəd salınmışdı. Asur hökmdarları Mannada ibadət yerlərinin olması barədə məlumat vermişlər. Yəqin ki, ibadət xüsusi binalarda yerləşirmiş.
Manna hökmdar saraylarının, məbədlərin, ibadət və yaşayış binalarının necə bəzədilməsi barədə məlumat qalmamışdır. Lakin əşyalar üzərindəki şəkil və naxışlar Manna təsviri incəsənəti haqqında müəyyən təsəvvür yaradır. Həsənlidə aşkar edilmiş qızıl cam üzərində əfsanəvi səhnə, Marlikdə tapılmış böyük qızıl qədəh üzərində isə təsvirli nağıl əks olunmuşdur.
Müxtəlif təsvirlər bəzi Ziviyə əşyaları üzərində öz əksini tapmışdır. Qızıl və gümüşdən buynuz şəklində hazırlanmış, riton adlandırılan içki qabları üzərində heyvan fiqurları canlanmışdı. Adətən, bu dağ keçisi, yaxud ahu başının təsviri olurdu.
Mannada qiymətli metallardan müxtəlif əşyaların hazırlanması ənənəsinin kökü Aratta dövrünə gedib çıxır.
Vahid Ömərov, fəlsəfə üzrə fəlsəfə doktoru