Mansurov Sənan Salman oğlu


Kərə yağının keyfiyyətinin orqanoleptiki metodla qiymətləndirilməsi



Yüklə 1,99 Mb.
səhifə13/20
tarix09.12.2022
ölçüsü1,99 Mb.
#120696
1   ...   9   10   11   12   13   14   15   16   ...   20
Mansurov-S-nan-Salman-o-lu

3.3.Kərə yağının keyfiyyətinin orqanoleptiki metodla qiymətləndirilməsi
Aparılan tədqiqat zamanı kərə yağının keyfiyyətinin orqanoleptiki metodla qiymətləndirmə zamanı onun xarici görünüşü, dadı, iyi, konsistensiyası və
qablaşdırmanın keyfiyyəti müəyyən olunmuşdur.
Bu məqsəd üçün nümunələr kərə yağının kəndli və Voloqda kərə yağlarından götürülmüşdür. Bu zaman bu yağların markalanmasının düzgün olmasına baxılmışdır. Sonra yağ qutuları açılaraq onların perqamentlə düzgün örtülməsinə və monolitdə qatların və boşluqların olub-olması diqqətlə yoxlanılmışdır. Həmçinin bu zaman monolitin xarici görünüşü yoxlanılmıdır və eyni zamanda ştaflin dərinliyi müəyyən olunmuşdur. Yağların rəngini etmək üçün bu yağlardan 1,5-2,0 sm dərinlikdə kəsərək əridirlər və sonra sınaq şüşəsinə tökürük. Alınmış yağ kütləsi soyudularaq günəş işığında baxırıq. Bu zaman kərə yağlarının rəngi bütün kütlə boyu açıq sarı rəngdə olması müşahidə olunmuşdur.
Qeyd edilən kərə yağlarının konsistensiyası müəyyən etmək üçün şpatel 10-150C-də qızdırılaraq yağın monolit səthinə basırıq və bu zaman yağın konsistensiyasının bir qədər bərk olması qeyd olunmamışdır. Lakin yağların səthi quru və en kəsiyi isə quru görkəmə malik olmuşdur. Yaxşı konsistensiyaya malik olduğu üçün analiz zaman ovxalanmamış asan yaxılan olmuşdur.
Analiz üçün götürülmüş bu yağların iyini təyin etmək üçün bu yağlardan bir parça kəsib kimyəvi stəkana qoyub qızdırırıq və sonra onu iyləyirik. Aparılan təhlil zamanı xüsusi kəskin iylər müşahidə olunmamışdır.
Bu yağların dadını təyin etmək üçün otaq temperaturunda bu yağları bir parça kəsib, ağzıma qoyuruq və bir müddət ağzımızda saxlayırıq. Sonra yavaşyavaş uduruq. Udma zamanı ağzımızda heç bir qıcqırma müşahidə olunmadı. Həmçinin yağın tərkibində acılıq və kənar dad hiss olunmalıdır.
Həmçinin yuxarıda qeyd edilən metod üzrə kərə yağının digər növləri olan həvəskar, pəhriz və desert yağlarının keyfiyyət göstəriciləri analiz edilmişdir.
Beləliklə, kərə yağının müxtəlif növlərinin orqanoleptiki metodla keyfiyyət göstəricilərinin analizi göstərdi ki, bu yağların keyfiyyət göstəriciləri mövcud texniki-şərtlərin aktların və standartların tələblərinə cavab verir və qeyd edilən standart göstəricilərdən fərqli xüsusiyyətlər müşahidə edilməmişdir.


  1. Yüklə 1,99 Mb.

    Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin