Maqistratura məRKƏZİ Mehdiyev Atatürk Seyfullah oğlunun



Yüklə 94,42 Kb.
səhifə19/32
tarix05.01.2022
ölçüsü94,42 Kb.
#111954
1   ...   15   16   17   18   19   20   21   22   ...   32
planlaşdırma mərhələsi – son nəticədə əsasında mühasibat hesabatının hazırlanması olunması üçün lazımı məlumatlar verir, təsərrüfat fəaliyyəti ilə tanışlıq üçün xidmət edir;

  • maliyyə hesabatının etibarlılığının qiymətləndirilməsi üçün əhəmiyyətli informasiyanın toplanması və təhlili mərhələri;

  • auditin nəticələri haqqında məlumat vermək mərhələsi.

    Maliyyə sənədləri və hesabatının tərtib olunmasına görə bank rəhbərliyi məsuliyyət daşıyır.

    Maliyyə hesabatlarının auditinə aşağıdakı prosedurlar daxildir:



    • maliyyə hesabatındakı məbləğ və məlumatları təsdiq edən sənədlərin yoxlanması;

    • hesablamaların aparılması məqsədilə rəhbərliyin tətbiq etdiyi metodların qiymətləndirilməsi;

    • təqdim olunmuş bütün maliyyə hesabatının qiymətləndirilməsi.

    Müvafiq tələblərə uyğun aparılmış audit yoxlaması bankın fəaliyyətinin qanun və qaydalara müvafiqliyinin müəyyən olunması məqsədilə araşdırılmasını nəzərdə tutur. Auditin bu növü üçün xarakterik olan kriteriyalar müxtəlif mənbələrdən götürülür. Əksər hallarda audit dövlət normativ aktlarına əsasən aparılır. Banklar onların fəaliyyətinin dövlət qanunlarına, Mərkəzi Bankın qərar və normativlərinə uyğun həyata keçirdiklərini sübut etməlidir. Məsələn, bankın nizamnamə fondunun qanuniliyi, formalaşdırılması, banklarda vergitutma bazasının düzgünlüyü və vergilərin büdcəyə ödənilməsi yoxlanılır, ssudanın ödənilməsində vəsaitlərin vaxtında və tam qaytarılmasının təmin olunması tədbirlərinin əks olunması baxımından, bağlanmış kredit müqavilələri, kommersiya hesabı prinsiplərinə riayət olunması, kredit resurslarının yerləşdirilməsindən olan nəticələr təhlil edilir.

    Təsərrüfat fəaliyyətinin auditi müəyyən məqsədləri üçün aparılmış, təşkilat və onun strukturlarını əhatə edə biləcək kommersiya fəaliyyətinin təhlilindən ibarətdir.

    Təsərrüfat fəaliyyətinin auditi adətən aşağıdakı məqsədlər üçün aparılır:



    1. bankın kommersiya fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsi;

    2. bankın kommersiya fəaliyyətinin yaxşılaşdırılması imkanlarını müəyyən edilməsi, aparılmış təhlilə əsasən məsrəflərin azaldılması və iqtisadi səmərəliliyin artırılması yollarının axtarılması;

    3. gələcəkdə bank fəaliyyətinin yaxşılaşdırılması üzrə tövsiyyələr vermək. Tövsiyələr problemin xarakterindən və fəaliyyətin yaxşılaşdırılması imkanlarından aslı olaraq xərqlənir.

    Audit yoxlaması təftiş (yazılışlar, sənədlər, material qiymətliləri yoxlanılır), müşahidə (digər bank əməliyyatları və prosedurlarının yoxlanmasına – informasiya yalnız müşahidə anı əldə edildiyi halda etibarlı sayılır), sorğu (bank daxilində və onun hüdudlarından kənardakı məlumatlı şəxslərlə qiyabi və yazılı sorğu aparılır), hesablama (mühasibat yazılışlarının riyazi yoxlanması və auditor tərəfindən müstəqil hesablamalar aparılması), analitik yoxlama (mühüm əmsalların, statistik materialların öyrənilməsi, standartlardan gözlənilməz gənarlaşmaların araşdırılması) yolu ilə aparıla bilər.


    Yüklə 94,42 Kb.

    Dostları ilə paylaş:
  • 1   ...   15   16   17   18   19   20   21   22   ...   32




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin