1.4. Kommersiya banklarında birbaşa vergilərin hesablanması
xüsusiyyətləri Vergi münasibətlərinin digər iştirakçılarından fərqli olaraq iqtisadiyyatın bank sektorunun vergituma sisteminin özünəməxsus xüsusiyyətlərə malikdir. Bu səciyyəvi xüsusiyyətlər bankların həyataa keçirdikləri əməliyyatlardan irəli gəlir. Məhz bu səbəbdən banklar digər vergi ödəyicilərindən fərqli olaraq dövlət büdcəsinə az sayda vergi ödəyirlər. Onların ödədikləri vergilər arasında ən çox xüsusi çəkiyə malik olanı isə mənfəət vergisidir. Məhz bu səbəbdən dissertasiyada birbaşa vergilərdən yalnız mənfəət vergisinin ödənilməsi mexanizminin şərh edilməsinə daha çox üstünlük verdik.
İndi isə kommersiya bankarı tərəfindən mənfəət vergisinin vergituma elementləri, onun hesablanması mexanizminin bəzi xüsusiyyətlərini nəzərdən keçirməyə çalışaq.
Mənfəət – müəssisə fəaliyyətinin həllidici səmərəlilik göstəriccilərindən biridir. Mənfəət sahibkarlar, kreditorlar arasında bölüşdürülür və yenidən biznesə investisaiya qoyuluşüna yönəldilir. Mənfəətin olmaması isə həm ödənilən dividendlərin həcminə, həm də səhmlərin məzənnə dəyərinin azalmasına birbaşa təsir edir.