Balans mənfəəti – müəyyən dərəcədə mühasiblərin yaratdığı subyektiv göstəricidir. Bu göstəricinin həcmi bütün təsərrüfat prosesinin iştirakçılarını fərqli maraqlandırır. Mənfəətin artması vergi orqanlarının timsalında dövlət, uzunmüddətli investisaiyaların cəlb edildiyi halda isə biznes sahibləri üçün sərfəlidir.
Mənfəətin azalmasında, mühasibat hesabatında göstərilən mənfəətin həcmi ilə əlaqədar müxtəlif maliyyə əməliyyatları hesabına mənfəət əldə etmək imkanının olduğu hallarda isə bank rəhbərləri maraqlı ola bilər. Lakin mənfəətin həcmi haqqında qərarın qəbul edilərkən tipik anlardan biri də vergitutmanın minimallaşdırılmasıdır.
Məhz bu səbəbdən uçot siyasətinin formalaşması çox vaxt balans mənfəətinin azalması və vergisinin ödənilməsi müddətinin dəyişməsi nəticəsində vergi qənaətinin əldə edilməsi imkanı ilə əlaqədardır. Belə bir vəziyyət isə hesabatın şəffaf olmasına deyil, əksinə obyektin real maliyyə durumu haqqında uçot məlumatlarının təhrif edilməsinə səbəb olacaq.
Mənfəət kommersiya bankı üçün onun fəaliyyətinin maliyyə nəticəsidir, yəni onun fəaliyyətinin əsas prinsipi kommersiya hesabıdır. Yəni bankın gəlirləri onun bütün cari xərclərini ödəməli və sonrakı fəaliyyəti üçün vəsaitlər yaratmalıdır. Bankların maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri bank tərəfindən qəbul edilmiş qərara əsasən müəyyən edilir.
Təqvim ili ərzində mənfəət (zərər) artan yekunla formalanır və hesabat dövrünün sonunda mənfəət vergisi büdcəyə ödənilir.
Bütün oxşarlıqlarına baxmayaraq “gəlir” və “mənfəət” anlayışları arasında prinsipial fərq var. Belə ki, əgər “mənfəət” təsərrüfat fəaliyyəti çərçivəsində əldə olunmuş gəlirlərlə xərclər arasındakı fərqdən ibarət olan maliyyə nəticəsidirsə, “gəlir” məhsulların (işlərin, xidmətlərin) satışdan olan vəsaitləridir (xərclər nəzərə alınmadan).
Hazırda ölkəmizdə fəaliyyət göstərən bütün kommersiya banklarından mənfəət vergisi tutulur. Mənfəət vergisi birbaşa və proporsional vergi qruplarına aid olan dövlət vergisidir. Bu vergi bedcə gəlirləri mənbəyinin tənzimləyicisidir, yəni daxil olmuş verginin bir hissəsi regional və yerli büdcələrə verilə bilər.
Mənfəət vergisinin əsas funksional təyinatı investisiya proseslərinin effektliyinin və təsərrüfat subyektlərinin kapitalının hüquqi cəhətdən əsaslandırılaraq artırılmasının təmin edilməsidir. Onun fiskal funksiyası isə ikinci dərəcəlidir. Mənfəət vergisi bir sıra ölkələrdə qəbul edilmiş “korporasiya vergisi” anlayışına uyğun gəlir.
Əksər ölkələrdə korporasiya vergisinin fiskal əhəmiyyəti çox deyil və bu vergi əsasən kompaniyanın işgüzar aktivliyini tənzimləmək aləti rolunda şıxış edir. Bu verginin tutulmasından olan daxilolmaların Daxili Milli Məhsuldakı (DMM) payı Almaniyada, ABŞ, Franda və isveçdə 2%, Böyük Britaniyada 4%, Yaponiyada isə 6% çox təşkil etmir. Bu onunla izah edilir ki, xaricdə əsas vergi yükü son istehlakçılar olan vətəndaşların üzərinə düşür.
Son illərdə bank və kredit təşkilatlarına düşün vergi yükü ağır olub. Məhz bu səbədən bank sferası zəif inkişaf edib. Kreditlər üzrə yüksək və fiziki (hüquqi) şəxslərin əmanətləri (depozitləri) üzrə minimal faiz dərəcələrinin olması bank fəaliyyətinin xarakterik cəhətlərinə çevrilmişdir.
Lakin son illərdə bank sektorunda aparılan islahatlar nəticəsində praktiki olaraq banklar öz mənfəətini və müştərilərinin sayını əhəmiyyətli dərəcədə artırmışdır. Qanunvericilikdə edilmiş müvafiq dəyişikliklər sadəcə bankların fəaliyyətinə deyil, hənçinin bütünlükdə ölkə iqtisadiyyatına müsbət təsir etmişdir. Nəticədə kredit təşkilatlarının investisiya proseslərinə olan maraqlarının artmışı iqtisadiyyatın inkişafı üçün çox əhəmiyyətlidir. Bununla yanaşı, bank sistemində nəzərdə tutulmuş investisiya axınını tam mənada effektli hesab etmək olmaz. Ona görə mənfəət vergisinin hesablanması mexanizmində bəzi islahatlar aparılır.
Banklarda maliyyə fəaliyyətindən olan gəlirlər mühasibat uçotunun xüsusiyyətləri nəzərə müəyyən edilir. Belə ki, kommersiya banklarının hesablar planında satışdankənar gəlirlərin uçota alınması üçün ayrıca hesabın nəzərdə tutulmamasıdır. Kommersiya banklarının bütün gəlirləri isə yalnız “Gəlirlər” hesabında uçota alınır.
İndiki yeni şəraitində bankalar kommersiya hesabı ilə işləyir, yəni öz xərclərini əldə etdikləri mənfəət hesabına ödəyirlər. Mənfəət isə həmişə kredit üzrə faiz dərəcəsinin (borca görə ödənilən faizin borca verilən kapitala olan nisbəti) depozit üzrə faiz dərəcəsindən (əmanətçiyə ödənilən faizin onun pul şəklində olan əmanətinə olan nisbəti) çox olması səbəbindən yaranır. Belə ki, bankların ümumi mənfəətinin əsasını bütün faiz gəlirləri ilə depozit faizləri təşkil edir.
Bankların ümumi mənfəətinə onların bütün kommersiya əməliyyatlarından (o cümlədən, valyutanın alış-satışından) olan gəlirlər daxildir. Bank gəlirlərinin bir hissəsi onun xərclərini (bank işçilərinə əmək haqqının ödənişi, binanın saxlanması, dəftərxana xərcləri) ödəyir. Yerdə qalan hissə isə xalis mənfəətdir və bank mənfəəti normasının (xalis mənfəətin bankın öz kapitalına olan nisbəti) hesablanması üçün nəzərdə tutulmuşdur.
Vergitutma məqsədləri üçün vergitutulan dövriyyəyə daxil edilən gəlirlərin tərkibi bankların öz fəaliyyətləri prosesində müştərilərinə göstərdikləri xidmət və əməliyyatların xüsusiyyətləri nəzərə alinmaqla müəyyən edilir.
Vergi bazası mənfəətin pul ifadəsidir. Vergitutma bazasını müəyyən edərkən mənfəət hesabat dövrünün əvvəlindən artan yekunla hesablanır. əgər hesabat (vergi) dövründə vergi ödəyicisi zərər əldə edərsə, vergi bazası sıfıra (o) bərabər olacaq. Vergitutma bazası vergi uçotunun məlumatlarına əsasən hər hesabat dövrünün yekunları banklar tərəfindən müstəqil müəyyən edilir.
Müəyyən dəyərə malik olan qiymətli daşların və metalların uçot dəyəri və satış qiymətləri arasında olan fərqdən ibarət, həmin qiymətlilərin alqı-satqısı üzrə həyata keçirilən əməliyyatların yenidən qiymətləndirilməsi bank gəlirlərinin tərkibinə aid edilir. Əlavə olaraq, məcəllədə bank ehtiyatlarının formalaşması üçün yönəldilən xərclərin, xüsusəndə qəbul edilmə zamanına gəlirlərin alındığı əməliyyatlar üzrə ödəniş həyata keçmiş edilibdir.
Banklar, mənfəət vergisinin digər ödəyiciləri kimi özlərinin gəlir və xərclərinin hesablama və ya kassa metodu ilə aparır.
Banklarda hesablama metodu ilə əməliyyatlar aparılarkən Vergi Məcəlləsinin müddəaları əsas tutulur.
Hesablama metodu əməliyyatları ödəmələrin verildiyi və ya alındığı tarixdə yox, baş verdiyi dövrdə tanınmasını tələb edir.
Hesablama metoduna əsasən mühasibat hesabatları istifadəçiləri ödəmələrin verilməsi və vəsaitlərin alınması barədə nəinki əvvəlki əməliyyatlar haqqında, həmçinin gələcək ödəmələr və alınması gözlənilən pul vəsaitləri haqqında informasiya ilə də təmin edir.
Hesablama metodu zamanı balans hesabatlarında nağd pul və ya digər aktivlərinin alınması hüququ aktiv, pul vəsaitlərinin ödənilməsi isə hüququ öhdəliklər kimi əks olunur.
Müvafiq dövrə aid olan gəlir və xərc hesablarının qalıqları ən azı ayda bir dəfə “cari maliyyə ilinin mənfəəti/zərəri” hesabına aid edilir.
Faizlərin hesablanması qanunvericilikdə digər hallar nəzərdə tutulmayıbsa, faktiki alınmasından və ya verilməsindən asılı olmayaraq gündəlik müvafiq hesablarda əks olunur.
Faizlərin uçotunu aparmaq üçün: vəsaitlərin yerləşdirilməsi (cəlb edilməsi) növü, məbləği, faiz normaları və ödənilmiş faizlərin alınma (ödənilmə) müddətləri və şərtləri kimi informasiyaların olması zəruridir.
Faizlərin hesablanmasının dayandırılması mövcud normativ sənədlərlə aparılır.
Müvafiqdövrə aid olan bütün mənfəət və zərərlər həmin dövrdə mühasibat uçotu (balans) hesabatlarına daxil edilir.
Müvafiq dövrə aid olan bütün maliyyə nəticələrinin mənfəət və ya zərər hesablarında əks olunması məqsədilə hər ay gəlirlərin və xərclərin hesablanması yenidən yoxlanılır və müvafiq düzəlişlər həyata keçirilir.
Hesabat dövrünün bitməsinə qədər müqavilənin fəaliyyətinin (borc öhdəliklərinin ödənilməsinin) dayandırılması halında mənfəət kimi qəbul olunur və müqavilənin fəaliyyətinin (borc öhdəliklərinin ödənilməsi) tarixində uyğun gəlirlərin tərkibinə daxil edilir.
Vergitutulan bütün gəlirlər müəyyənləşdirildikdən sonra onların məbləği vergitutma bazasının hesablanması zamanı nəzərə alınmalı olan xərclərin həcmi qədər azaldılır.
Gəlirlərdə olduğu kimi, bütün bank xərcləri üç qrupa bölünür:
satışdan olan gəlirlərə aid edilən xərclər;
satışdankənar xərclər;
vergitutulan gəlirdən çıxılmayan xərclər.
Bütün xərclərin siyahısı açıqdır. Ona görə banklarda vergitutma bazasının hesablanması məqsədilə xərclərin ayrı-ayrı qruplar üzrə təsnifləşdirilməsi çox vacibdir.