Maya dəyəri hesabına ehtiyat fondlarının yaradılması üzrə bankların hüquqlarının genişləndirilməsi. Fikrimizcə, bu banklara ölkəmizin hələ mənimsənilməmiş, nəticədə isə inkişaf etmiş ölkələrin bazarına daha aktiv nüfuz etmək, iqtisadiyyatın real sektorunun kreditləşməsində iştirak imkanını yaradar (məsələn, bankın xalis mənfəəti hesabına formalaşan sair aktivlər üçün formalaşan ehtiyatları). Bu qayda beynəlxalq praktikaya uyğun gəlmədiyi üçün ya onun formalaşması qaydasını formalaşdırmaq, ya da onun yaradılması üzrə xərcləri maya dəyərinə aid etmək hüququ verməklə yanaşı, onun formalaşması qaydası üzərində nəzarəti gücəndirmək lazımdır.
Depozitlər (ssudalar) üzrə faizlərdə olduğu kimi, cəlb edilmiş borc vəsaitləri (o cümlədən bankın öz kapitalının artırılma mənbəyi olan subordinasiya vəsaitləri) üzrə faizlərdən vergi tutulması məqsədilə, vahid uçot sisteminin tətbiq olunması vergitutma bazasını azalmış olar.
Valyuta kontraktlarının alqı-satqısı müqavilələri və bazar qiymətlərinin dəyişməsi riskinin azalması məqsədi ilə bağlanmış müqavilələr üzrə zərərlərin maya dəyərinə aid edilməsi məqsədilə vahid qayda müəyyən etmək.
Dostları ilə paylaş: |