Maya dəyəri hesabına ehtiyat fondlarının yaradılması üzrə bankların hüququnun genişləndirilməsi. Bu banklara respublikamızın (o cümlədən, inkişaf etmiş ölkələrin) mənimsənilməmiş bazarına daxil olmaq, iqtisadiyyatın real sektorunun kreditləşməsində iştirak etmək imkanını təmin edər. Depozitlər üzrə faizlərdə olduğu kimi cəlb edilmiş vəsaitlər (borc vəsaitləri) üzrə faizlərin vergi məqsədilə vahid uçot qaydasını tətbiq edilməsi mənfəət vergi bazasını azaltmış olar.
Spekulyativ məqsədlər üçün valyuta kontraktlarının alqı-satqısından və bazar qiymətinin dəyişmə riskinin azaldılması məqsədilə bağlanmış sazişlərdən olan zərərin maya dəyərində aid edilməsinin vahid qaydasının müəyyənləşdirilməsi.
Dissertasiya yerinə yetirilərkən müəyyən edildi ki, əksər bankların işi likviddir. Belə ki, onların nağd vəsaitlərinin məbləği və digər likvid aktivləri, həmçinin digər mənbələrdən vəsaitləri tez cəlb etmək imkanlarının olması borc və maliyyə öhdəliklərinin vaxtında ödənilməsi üçün yetərlidir. Bundan başqa, likvid ehtiyatlar praktiki olaraq bankların nəzərdə tutulmamış istənilən maliyyə ehtiyaclarının (kredit və investisiya üzrə sərfəli sazişlərin bağlanması, kreditə görə tələbatın mövsümi və gözlənilməz tərəddüdünün təmin edilməsi, əmanətlər gözlənilmədən geri alındıqda vəsaitlərin bərpası üçün) təmin edilməsi üçün labüddür.
Yerli və xarici iştirakçıları olan bankların vergituma sisteminin problemi, ən azı iki səbəbdən bank biznesində inteqrasiya proseslərinin inkişafı problemləri baxımından vacibdir.
Birincisi, xarici bankların istənilən formada iştirakı, işgüzar dövriyyəyə köməklik etmək, mütləq ifadədə onun həcminin artırılması və deməli müxtəlif təsərrüfat subyektlərinin fəaliyyətindən olan vergi ayırmalarının artırılması vasitəsilə ölkəmizin iqtisadiyyatının inkişafına səbəb olur.
Ikincisi,xarici banklarıniştirakı ölkəmizin bank xidməti bazarında rəqabətin inkişafını stimullaşdırır, çünki rəqabət mübarizəsində bir sıra üstünlüklər məhz xarici iştirakçısı olan banklara məxsusdur. Ölkə banklarının bəzi mühüm göstəricilərinə görə xarici banklardan çox geri qaldığı indiki şəraitdə, vergitutmaya diferensial yanaşma vasitəsilə onlara eyni dövlət dəstəyi göstərmək lazımdır. Bu bütün səviyyələrdən olan büdcələrin (yerli büdcələrin lazımınca formalaşmaması bütünlükdə regionların iqtisadi inkişafına neqaviv təsir bağışlayır) gəlirlərinin artırılması üçün vacibdir. Bu fikri valyuta bazarının inkişafı və bankın əsas iştirakçılarının apardığı əməliyyatların gəlilirlilik dinamikasının təhlili təsdiq edir. Məsələn, aktiv və passivlərinin formalaşmasında xarici investorların iştirak etdiyi ölkə banklarının əksəriyyəti əməliyyatlarını milli valyutada aparmırlar.
Aparılmış təhlil onu göstərir ki, likvidliyin tələb olunan səviyyədə saxlanması pul bazarındakı konkret şərait, müştərilərin xüsusiyyətləri, yerinə yetirilmiş əməliyyatların xüsusiyyətləri, yeni bazarlara çıxmaq imkanları və bank xidmətlərinin inkişafı perspektivləri nəzərə alınmaqla, banklar tərəfindən aktiv və passiv əməliyyatları sahəsində müvafiq siyasət vasitəsilə realizə olunur.
Banklar, mənfəət (gəlir) əldə edən digər təsərrüfat subyektləri kimi vergi sisteminin prinsiplərinə müvafiq cəlb olunur, dövlət mərkəzləşdirilmiş fondların formalaşmasında iştirak edir.
Bankların vergituma sistemi məsələsi vergi qanunvericiliyi, ilk növbədə isə Vergi Məcəlləsinin müdəaları tənzimlənir. Müxtəlif növ vergi öhdəliklərinin hesablanması mexanizmi sahəsindəki problemlərin həllində Vergilər Nazirliyinin təlimat materialları , Nazirlər Kabinetinin qərarı, Maliyyə Nazirliyinin göstərişləri metodiki əhəmiyyətə malikdir.
Müasir şəraitdə fəaliyyət göstərməsi istiqamətinin əsaslandırılması müxtəlif vergi ödəniş növlərinin aparılması qaydasını müəyyən etmək, vergi və mühasibat uçotlarını savadlı təşkil etmək, vergitutma subyekti kimi bankların mövqeyini müəyyən etmək imkanı verir.
Banklara münasibətdə mühüm vergitutma elementlərinin müəyyən edilməsi mexanizmi bir sıra hallarda ümumi müəyyən edilmiş qaydadan fərqlənə bilər ki, biz də tədqiqat işində həmin məqamlara toxunmuşuq.
Magistr dissertasiyasının praktiki əhəmiyyəti onda aparılmış təhlil işi müasir şəraitdə kommersiya banklarının vergitutma sistemi üzrə mürəkkəb məsələləri həll etməyə, bəzi hallarda isə müəyyən vergilərin büdcəyə ödənilməsi üzrə fəaliyyətlərini optimallaşdırmaq imkanın verilməsindədir. Ölkəmizdə iqtisadi sabitliyin yaradılması bank və kredit təşkilatlarının fəaliyyətindən əhəmiyyətli dərəcədə asılıdır. Kommersiya banklarının maliyyə resursları müvafiq şəraitdə iqtisadiyyatın inkişafının əksər problemlərini həll edir.
Dövlətin vergi siyasəti istisnasız olaraq bütün bazar subyektlərinin iqtisadi maraqlarına toxunur. Bazarın mərkəzi seqmentlərindən biri bank bazarıdır və onlarsız bazar iqtisadiyyatının fəaliyyəti ümumiyyətlə mümkün deyil. Fikrimizcə, kommersiya banklarının vergiyə cəlb edilməsinin təkmilləşdirilməsi üzrə tərəfimizdən təklif olunan təkliflər vergitutma sistemində mövcud olan bəzi problemləri həllini asanlaaşdırar və nəticədə bank sferasında stabilliyin artmasına səbəb olar. Sözsüz ki, təqdim etdiyimiz tədqiqat işi dissertasiyada toxunulan bütün problemlərin həlli üçün nəzərdə tutulmayıb. Lakin, dissertasiyadakı nəticə, ümumiləşdirmə və təkliflərdən istifadə olunması bank tipli kredit müəssisələrinin vergitutma sisteminin təkmilləşdirilməsinə köməklik edər.