Tədqiqatın elmi yeniliyi. Dissertasiya işin həyata keçirərkən bir sıra çoxsaylı tədqiqatçıların fikirlərindən istifadə olunaraq kommersiya banklarının vergitutma sisteminin xüsusiyyətləri və bank sferasında audit yoxlamalarının necə aparılması qaydaları öyrənilmiş, ortaya çıxan problemlər araşdırılmış və bu problemlərin əsaslandırılmış həll yolları qeyd edilmişdir.
Problemin öyrənilmə dərəcəsi. Banklarının vergiyə cəlb edilməsi problemləri müasir yerli və xarici mütəxəssislərin elmi əsərlərində öz öksini tapmışdır. Bank sistemi iştirakçılarının vergiyə cəlb edilməsinin nəzəri məsələləri və praktiki aspektləri ölkəmizin alimləri arasında Ə.Ə. Ələkbərov, D.A.Bağırov, A.F. Musayev, Y. Kəlbiyev, İ. Rzayev, T.Ə Sadıqov kimi alimlər məşğul olur.
Tədqiqatın informasiya mənbəyi. Dissertasiyada göstərilən bir sıra məsələlərin işıqlandırılmasında Azərbaycan Respublikasının qanunvericiliyinə, Azərbaycan Respublikası Prezidentinin sərəncamlarına, Mülki Məcəlləyə, Vergi Məcəlləsinə, Vergilər Nazirliyinin müvafiq təlimaylarına iqtisadi ədəbiyyata müraciət edilmişdir.