Maqistratura məRKƏZİ Mehdiyev Atatürk Seyfullah oğlunun


Kommersiya bankları fəaliyyətinin dövlət vergi tənzimlənməsinin metod və istiqamətləri



Yüklə 94,42 Kb.
səhifə7/32
tarix05.01.2022
ölçüsü94,42 Kb.
#111954
1   2   3   4   5   6   7   8   9   10   ...   32
1.2. Kommersiya bankları fəaliyyətinin dövlət vergi tənzimlənməsinin metod və istiqamətləri
Qeyd edildiyi kimi bank sistemi istənilən inkişaf etmiş dövlətin iqtisadiyyatın mühüm sferasıdır. Banklar vasitəsi ilə təsərrüfat subyektləri və vətəndaşların ödənişlərini aparmaqla hesablaşma funksiyasını, vəsaitləri cəlb edilmiş vəsaitləri kreditlər şəklində verməklə ssuda və qiymətli kağızlar almaqla investisiya funksiyalarını yerinə yetirirlər. Bank sistemini sadaladığımız funksiyaları hansı dərəcədə yerinə yetirməsinə, onların dövlət tərəfindən tənzimlənməsi böyük təsir göstərir. İndi isə konkret olaraq vergilərin banka sisteminin fəaliyyətinə təsirini nəzərdən keçirək. 

Müasir şəraitdə banklar tərəfindən yerinə yetirilən ən effektiv funksiya hesablaşma funksiyasıdır. Bu isə bankın digər funksiyalarının (ssuda və investisiya) olduqca zəif inkişaf etdiyi ölkə iqtisadiyyatındakı faktiki mövcud şəraitdən irəli gəlir və bu səbəbdən onların effektiv yerinə yetirilməsi mümkün deyil [10].

Banklar tərəfindən hesablaşma funksiyasının uğurla yerinə yetirilməsinin təminatı aşağıdakılardır: 

  • bank sisteminin sabitliyi – hansı ki, onsuz bankların normal fəaliyyət göstərməsi mümkün deyil;

  • bankın proqram-texniki kompleks əldə etmək və saxlamaq bacarığı – bu qəbildən olan ödənişlərin aparılmasını təmin edən.

Bank sisteminin effektiv fəaliyyətinin təminatı bankların texniki və kapital bazasının inkişafının təmin edilməsi üçün lazım olan mənfəət normasıdır. Bankların sərəncamında tələb olunan mənfəət məbləğinin qalmasını və onun alınması ilə əlaqədar bütün xərclərin maya dəyərinə daxil edilməsinə imkan verən, vergitutma sistemi olmadan bu prinsipə riayət edilməsi mümkün deyil.

Bundan başqa, bank içinin stabil fəaliyyətinə təsir göstərən mühüm amillərdən biri də bank əməliyyatları riskinin (kredit, faiz, valyuta və digər risklərinin) aşağı salınması ilə bağlı xərclərin maya dəyəri hesabına həyata keçirilməsi imkanıdır.

Kredit təşkilatlarına münasibətdə dövlət və Mərkəzi Bankın fəaliyyətinin əsas istiqamətləri aşağıdakılardır: 

  • bank fəaliyyətinin hüquqi təminatının təkmilləşdirilməsi;

  • maliyyə vasitəçiliyində bankların iştirakı üçün əlverişli şəraitin yaradılması;

  • bank tənzimləməsi və nəzarətinin səmərəliliyinin artırılması;

  • kredit təşkilatlarında rəqabət mühitinin inkişaf etdirilməsi;

  • bank sferasında bazar intizamının möhkəmlənməsi və dövlət nəzarətində olan banklar da daxil olmaqla, bütün kredit təşkilatları üçün bərabər rəqabət şəraitinin təmin olunması;

  • kredit təşkilatlarında korporativ idarəetmənin keyfiyyəti üzrə tələblərin artırılması; bank biznesi infrastrukturunun inkişafı.

Bank fəaliyyətinin hüquqi təminatı sferasında ilk növbədə bank nəzarətinin beynəlxalq normalara uyğun olan aşağıdakı prinsipləri nəzərə alınmaqla, kredit təşkilatlarının fəaliyyət göstərməsi üçün hüquqi şərait yaratmaq lazımdır: 

  • kreditorların hüquqlarının gücləndirilməsi (xüsusilə qızıl ilə təmin edilmiş tələb etmək hüququnun);

  • bank fəaliyyətinin həyata keçirilməsinə görə verilmiş lisenziyası geri alınmış kredit təşkilatlarının ləğv edilməsinin hüquqi mexanizmlərinin təkmilləşdirilməsinin təmin olunması;

  • bank sferasında sərbəst kommersiya fəaliyyətinin məhdudlaşdırılması üzrə hərəkətlərin dayandırılması və rəqabətin hüquqi mexanizmlərini gücləndirmək;

  • kredit təşkilatlarının birləşməsi və ayrılması prosedurunu sadələşdirmək;

  • bank işində müasir elektron texnologiyaların daha geniş tətbiq olunması üçün hüquqi şərait yaratmaq;

  • kredit təşkilatlarına işə can yandırmayan səhlənkar şəxslərin nəzarət etməsinin qarşısının alınması üçün hüquqi mexanizmin yaradılması;

  • bank fəaliyyətinin vergiyə cəlb edilməsi mexanizminin təkmilləşdirilməsi üzrə işlərin davam etdirilməsi.

Bank sferasında qanunvericiliyi birbaşa hərəkətlərin norması ilə tamamlamaq, həmçinin bank sferasında xarici kapitalın iştirakına dair normalar dəqiqləşdirilməlidir. 

Bankların maliyyə vasitəçiliyi sistemindəki rolunu möhkəmlətmək üçün aşağıdakıların təmin edilməsi lazımdır:

  • maliyyə hesabatlarının beynəlxalq standartlarına müvafiq olaraq təsərrüfat fəaliyyətinin göstəriciləri və maliyyə vəziyyəti haqqında informasiyanın açıqlanmasına əsasən təsərrüfat subyektlərinin fəaliyyətlərinin şəffaflığı;

  • bankların maliyyələşməsi və likvidliyinin idarə edilməsi mexanizmlərinin təkmilləşdirilməsi;

  • müasir bank texnologiyaları və informasiya bazasına əsasən maliyyə bazarında əməliyyatların (sövdələşmələrin) həyata keçirilməsi üçün kredit təşkilatları üçün bərabər şəraitin yaradılması.

Bank tənzimləməsi və nəzarətinin səmərəliliyinin artırılması istiqamətləri aşağıdakılardır: 

  • bank nəzarəti rejiminin müəyyən edilməsi və lazım gəldikdə risklərin idarə edilməsi kimi, kredit təşkilatları tərəfindən qəbul olunmuş risklərin xarakterindən irəli gələn nəzarət tədbirləri görmək;

  • kredit təşkilatlarının fəaliyyətinin kompleks qiymətləndirilməsinin tətbiq olunması (idarəetmə və daxili nəzarətin keyfiyyətinin qiymətləndirilməsi də daxil olmaqla) və ilkin reaksiya sistemi fəaliyyətinin təmin edilməsi;

  • bank nəzarəti çərçivəsində qəbul edilən qərarların operativ və effekliyinin artırılması.

Kredit təşkilatları və maliyyə bazarının digər iştirakçıları üçün bərabər rəqabət şəraitinin təmin olunması və bazar intizamının möhkəmlənməsi üçün aşağıdakıların həyata keçirilməsi lazımdır: 

  • bank xidmətləri infrastrukturunun inkişafı uçun daha əlverişli şəraitin yaradılması (əsasən regionlarda);

  • kredit təşkilatları fəaliyyətinin, həmçinin mülkiyyətçilərin (səhmdarların, iştirakçıların) strukturunun şəffaflığının təmin edilməsi;

  • beynəlxalq audit standartlarına əsasən hazırlanmış audit fəaliyyəti standartlarının tətbiq edilməsi yolu ilə audit fəaliyyətinin keyfiyyət və səmərəliliyinin artırılması.

Kredit təşkilatlarında korporativ idarəetmə sferasında aşağıdakılara xüsusi diqqət yetirmək lazımdır:

  • bankların fəaliyyəti prosesində yaranan risklərin idarə edilməsinin effekliyinin artırılması (o cümlədən şəxslərlə əlaqədar əməliyyatlara aid, həmçinin texnoloji risklər qrupu və təhlükəsizlik riskləri);

  • daxili nəzarət sisteminin effekliyinin artırılması;

  • korporativ idarəetmə sisteminin bütün kateqoriyadan olan maraqlı şəxsləri (səhmdarlar da daxil olmaqla) təmin edə biləcək müəyyən şəffaflıq dərəcəsinə nail olunması, kredit təşkilatlarının fəaliyyəti məsələləri üzrə qanunvericilikdə nəzərdə tutulmuş informasiyanın dəqiq açıqlanması (onun maliyyə vəziyyəti, mülkiyyətçilər və idarəetmənin strukturu da daxil olmaqla);

  • mülkiyyətçilərin hüquqlarının təmin edilməsi.

Bank biznesi infrastrukturunun inkişafında iştirak sahəsində dövlət və Mərkəzi Bank əmanətlərin sığortası sisteminin fəaliyyətinə, real zaman rejimində banklararası hesablaşmalar sisteminin yaradılmasına xüsusi diqqət yetirirlər. 

Hökumət dövlət maliyyə sferasında əlavə olaraq kredit təşkilatlarının vergiyə cəlb edilməsinə diqqət yetirəcək və kapitalında iştirak etdiyi bankların idarə edilməsinin təkmilləşdirilməsi üzrə tədbirlər görəcək (bank xidmətləri bazarında rəqabətin inkişafı üzrə tələblərə riayət etmək şərtilə).

 Bank sektorunun inkişafı və keyfiyyət parametrlərinin dinamikası ölkə iqtisadiyyatının inkişaf tempindən (ÜDM həcmi, ticarət və ödəniş balansının dinamikası, böhranın səviyyəsi, valyuta məzənnəsi, bazar faiz dərəcələri, nağd və nağdsız hesablaşmaların payı kimi həlledici göstəricilər) çox asılıdır [10]

Bank sektorunun fəaliyyət göstəricilərinin artımı, onun fəaliyyət şəraitinin təkmilləşdirilməsi, kredit təşkilatlarında korporativ idarəetmə və daxili nəzarət sferasında həyata keçirilən praktiki hərəkətlər, qəbul edilən risklərin idarə edilməsi nəticəsində baş verir. 

Bank sektorunun inkişafı əsasən iqtisadi metodlarla stimullaşdırılmalıdır. Bank xidmətləri həcminin artırılması bank sektorunun maliyyə dayanıqlığının zəifləməsi hesabına baş verməməlidir.

Cinayət yolu ilə alınmış gəlirlərin leqallaşdırılmasına (yuyulmasına) qarşı tədbirlər sahəsində nəzarətin beynəlxalq standartlar və ölkə qanunvericiliyi praktikasında tətbiq olunan təcrübə nəzərə alınmaqla təkmilləşdirilməsi məsələsi aktual olaraq qalır. 

Kredit təşkilatlarının real sahiblərinin fəaliyyətinin şəffaflığının təmin edilməsi üzrə tədbirlər görmək, həmin fəaliyyət zamanı daxili nəzarət sisteminə tələblərin müəyyən edilməsi üzrə nəzarət orqanlarının səlahiyyətlərinin genişləndirilməsi, cinayət yolu ilə alınmış gəlirlərin leqallaşdırılmasına qarşı tədbirlər sahəsində mövcud qanunvericiliyə riayət olunması məsələləri üzrə kredit təşkilatlarının təftiş yoxlamasının keçirilməsinə qoyulmuş məhdudiyyətin götürülməsi, qanunvericilikdə müəyyən olunmuş hallarda kredit təşkilatlarına bank (əmanət) hesabları müqavilələrinin ləğv edilməsi hüququnun verilməsi lazımdır [12]

Bank sektorunun inkişafının əsas mənbələrinin, həmçinin bu inkişafa əngəl törədən halların müəyyənləşdirilməsi üçün bank fəaliyyətinə təsir edən amillərin araşdırılması zəruridir.

Təsir subyektindən asılı olaraq bank fəaliyyətinin iqtisadi amillərini xarici və daxili amillərə ayırmaq olar. Xarici amillər dövlətin banklara yönəlmiş tədbirləridir. Daxili amillər bankda kredit, investisiya, uçot siyasətini müəyyənləşdirən işlərin təşkilidir. Xarici amilləri təsir xarakterinə görə birbaşa və dolayı olmaqla iki qrupa ayırmaq olar.

Bank fəaliyyətinə təsir edən birbaşa amillərinə aşağıdakılar aiddir:
bankların fəaliyyətinin lisenziyalaşdırılması. Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə əsasən bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılıq – lisenziya alınması nəzərdə tutulmuşdur. Mərkəzi Bankın pul-kredit siyasəti.

Azərbaycan Respublikasının Mərkəzi Bankı daim kommersiya banklarının fəaliyyətinə nəzarəti həyata keçirir. Bu nəzarətin əsas məqsədi bankın fəaliyyətinin pisləşməsi zamanı dərhal reaksiyanın verilməsidir. Çünki bankın müştərilərinin fəaliyyətinin sabitliyi bankın fəaliyyətinin sabitliyindən asılıdır. bankların vergiyə cəlb edilməsi. bankların fəaliyyəti onların vergiyə cəlb edilməsi xüsusiyyətlərindən əhəmiyyətli dərəcədə asılıdır. Məsələn, vergi dərəcələrinin yüksək olduğu şəraitdə banklar süni xərclər yaratmaq və vəsaitləri ixtisaslaşmış törəmə strukturlara yönəltməklə balans mənfəətini minimallaşdırmağa cəhd edirlər.

Müəyyən əməliyyatlar üzrə vergi güzəştlərinin verilməsi isə onların fəaliyyətinin aktivləşməsinə səbəb olur.



İqtisadiyyatın bank sektoruna təsir etməyin inzibati üsulları dedikdə müvafiq orqanların vergilərin vaxtında və tam həcmdə ödənilməsi istiqamətində həyata keçirdikləri tədbirlər kompleksi nəzərdə tutulur. İnzibati metod aşağıdakılar vasitəsilə həyata keçirilir:

  • vergi orqanlarının vergi ödəyiciləri ilə bilavasitə iş aparmaları;

  • maliyyə-kredit təşkilatlarının fəaliyyətinin kameral və səyyar yoxlanılması;

  • maliyyə-kredit təşkilatlarından tutulan vergilərin səmərəliliyinin və məqsədəuyğunluğunun təhlili;

  • məcburi audit yoxlamaları.

Vergi ödəyiciləri ilə məqsədyönlü iş aparılması məqsədilə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin strukturunda vergi ödəyicilərinə xidmət strukturu yaradılmışdır. Bu strukturun fəaliyyətinin əsas məqsədi vergi qanunvericiliyinin tətbiqi ilə bağlı vergi ödəyicilərinin məlumatlandırılması, əhalidə vergi mədəniyyətinin formalaşdırılmasıdır.

Beləliklə, banklar ölkə iqtisadiyyatında xüsusi yer tutur. Onlar maliyyə vasitəsiçisi olduğu üçün avtomatik olaraq dövlət tərəfindən kredit təşkilatlarına münasibətdə xüsusi münasibətlər göstərilməsi tələb olunur. Çünki bank sistemindəki qeyri-sabitlik ölkə iqtisadiyyatı üçün olduqca təhlükəlidir. 

Bank sistemi fəaliyyətinə təsirin zəruriliyi şərtləri göstərilənlərdir:

  • rəqabətin mükafatlandırılması;

  • ümumtəsərrüfat tənzimlənməsinin təmin olunması;

  • istehsalın inkişaf etdirilməsi;

  • əhalinin məşğulluğunun müdafiəsi;

  • pul tədavülündə sabitləşmə;

  • biznesin leqallaşdırılması, yəni ki, vergiqoymadan yayınmanın aradan qaldırılması və büdcə gəlirinin inkişafında stimullaşdırma həyata keçirmək; kapital axınından qaçmaq.

Bununla əlaqədar olaraq kredit təşkilatları fəaliyyətinin dövlət tənzimlənməsi böyük əhəmiyyət kəsb edir.

Bu aşağıdakı mexanizmlər vasitəsi ilə həyata keçirilir: 

  • kommersiya bankları fəaliyyətinin lisenziyalaşdırılması və qeydiyyatı;

  • kommersiya banklarının uçot siyasətinin tənzimlənməsi;

  • müəyyən iqtisadi normativlərin müəyyən edilməsi (məcburi ehtiyatlar siyasəti, kredit və depozit siyasəti, nizamnamə kapitalının minimum həcmi);

  • pul-kredit siyasəti (valyuta siyasəti, faiz dərəcələrinin müəyyən edilməsi); büdcə və vergi siyasəti.

Büdcə və vergi siyasətinə aşağıdakı elementlər daxildir: 

  • bilavasitə vergi tənzimlənməsi;

  • büdcəyə vergi ödəmələrinin hesablanması və ödənilməsi üzrə kommersiya banklarının hüquq və vəzifələri;

  • müvəkkil orqanlara öz müştəriləri haqqında məlumatların təqdim edilməsi üzrə kommersiya banklarının hüquq və vəzifələrinin müəyyən edilməsi;

  • müxtəlif səviyyəli büdcələrin gəlirlərinin uçotu üzrə hesabların açıldığı bankların siyahısının müəyyən edilməsi;

  • büdcə maliyyələşməsini həyata keçirən bankların siyahısının müəyyən edilməsi.

Dövlət tənzimlənməsinin bu mexanizmi müvafiq qanunverici və icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. 

Qanunvericilikdə göstərilənlərlə uyğun olaraq vergi ödəyənlərdən vergilərin alınmasını hüquqi qaydada təşkil etmək və vergitutmanın təsiri nəticəsində formalaşan bir sıra iqtisadi münasibətləri qiymətləndirmək vegi siyasətinin məqsədinə aid edilir.

Dövlət təsirinin məqsədi ümumilikdə bank sektoru deyil, ayrı-ayrı banklar da ola bilər. Buna misal olaraq əvvəlki dövrlərdə zərərlə işləyən banklara müəyyən güzəştlərin verilməsi yolu ilə onlara himayədarlıq edilməsini göstərmək olar.

Dövlət bank fəaliyyətinin ayrı-ayrı istiqamətlərini gücləndirmək və ya zəiflətmək məqsədi ilə də təsir göstərə bilər. Məsələn, banklar tərəfindən iqtisadiyyatın prioritet sahələrinin investisiyalaşdırılması məqsədilə belə kreditlərdən əldə edilən gəlirlərin vergiyə cəlb edilməsində müəyyən güzəştlərin verilməsi.

Kommersiya banklarının inkişafının və fəaliyyətinin özünəməxsusluğu onların fəaliyyətinə vergilər vasitəsilə təsir göstərməyin istiqamətlərini müəyyənləşdirir. Dövlətin vergilər vasitəsilə təsiri həm sistemin ayrı-ayrı elementlərinə, həm də həm də elementlərin məcmusuna yönələ bilər. Məsələn, iqtisadiyyatın bank sektoru ilə digər sektorları arasında mənfəət normasının bərabərləşdirilməsi məqsədi üçün bank sektorunda mənfəət vergisinin dərəcəsinin yüksəldilməsi. 




    1. Yüklə 94,42 Kb.

      Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin