Sosial siniflər. Sosial siniflər oxşar dəyərlər sisteminə, maraqlara və davranışa malik olan nisbətən stabil ictimai qruplardır. Ölkə əhalisi peşə fəaliyyətinə, təhsil səviyyəsinə, maddi rifah halına və s. xüsusiyyətlərinə görə sosial siniflərə bölünürlər.
Referent qruplar. Referent qrup hər bir fərdin davranışına və münasibətinə birbaşa təsir edən, həmin fərdin özünü eyniləşdirdiyi və özünə tay tutduğu şəxslər qrupudur. (məsələn, hər hansı gənc futbolçu özünü şəxsən tanış olmadığı məşhur fut-bolçuya bənzətməyə çalışa və onun üstünlük verdiyi, istifadə etdiyi məhsullara üstünlük verə və istifadə edə bilər).