Marketinq haqqında anlayış. Marketinqin əsas anlayışları


İstehlakçının statusu və rolu



Yüklə 135,59 Kb.
səhifə21/79
tarix10.01.2022
ölçüsü135,59 Kb.
#109331
1   ...   17   18   19   20   21   22   23   24   ...   79
İstehlakçının statusu və rolu. İstehlakçının rolu fərdi əhatə edən insanların rəyi­nə görə onun yerinə yetirməli olduğu hərəkətlərin və ya fəaliyyətlərin məcmusu­dur. Status dedikdə isə həmin rolun cəmiyyət (ailə, sosial sinif, referent qrup və s.) tərə­findən dəyərləndirilməsi başa düşülür. Hər bir fərd cəmiyyətdəki roluna və statusuna uyğun məhsul almağa üstünlük verir.

Demoqrafik amillər. Demoqrafik amillər ölkə əhalisinin tərkibində baş verən dəyişiklikləri xarakterizə edir. Bura əhalinin təbii artımı və ya azalması; əhalinin yaş st­rukturu; ailələrin sayı; ailədə uşaqların sayı; yeni evlənənlərin sayı; əhalinin miq­ra­siyası; əhalinin ümumi təhsil səviyyəsinin dəyişməsi və digər demoqrafik amillər aiddir. Bu amillərin hər bir müəssisənin marketinq fəaliyyətinə müxtəlif istiqamət­lərdə və müxtəlif cür təsir edir. Məsələn, əhalinin artımının yüksək olması ərzaq məhsullarına olan tələbatın həcminə təsir edirsə, ailələrin sayı ailənin kollek­tiv istifadə etdiyi məhsulların satışının həcminə təsir edir. Körpələrin sayının artması uşaq yeməklərinə olan tələbatın həcminin artmasına səbəb olur və s.


Yüklə 135,59 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin