İqtisadi amillər. Bu amillər ölkənin iqtisadi vəziyyətini xarakterizə edir və bütünlükdə bazarın tutumuna təsir edən ən mühüm amilddir. Bu amillərə ölkənin təsərrüfat tipi; ümumi daxili məhsulun və milli gəlirin həcmi; adam başına ümumi məhsulun və milli gəlirin həcmi; ölkənin iqtisadi inkişaf tempi; qiymətin səviyyəsi; inflyasiya səviyyəsi; işsizlik səviyyəsi; kredit alma imkanı; ölkə iqtisadiyyatına investisiya qoyuluşu və s. iqtisadi göstəricilər aiddir.
Marketinqin siyasi-hüquqi mühiti
. Bura siyasi amillər; hüquqi amillər və istehlakçıların hüquqlarının mü-dafiəsi amilləri aiddir.
Siyasi amillərəsiyasi stabillik; valyuta məhdudiyyətləri; xaricdən məhsul alınmasına münasibət: dövlət aparatı; ayrı-ayrı siyasi və dövlət xadimləri ilə qarşılıqlı münasibətlər və digər siyasi amillər aiddir.
Hüquqi amillərə ölkədə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsini və tənzimlənməsini təmin edən qanunlar və qanunvericilik aktları və onlara əməl edilməsi üzə-rində dövlət nəzarəti sistemi aiddir.