Taktika və strategiya nədir,onların oxşarlıq və fərqləri
Marketinq strategiyası
Marketinq taktikası
Taktika və strategiya nədir,onların oxşarlıq və fərqləri
Taktika və strategiya bir- birilə ilə sıx qarşılıqlı əlaqədədir. Əslində strategiya olmadığı halında taktika mənasızdır, öz növbəsində isə strategiya savad ilə düşünülmüş taktiki addımlarsız heç bir vaxt reallaşmayacaq. Deməli taktika və strategiya nəinki bir-birindən asılı, hətta əvəzlənən bir anlayışlardır.
Həm taktika, həm də strategiya hər hansı bir plandır, onun vasitəsilə qoyulan məqsədə nail olmağa çalışırlar. Strategiya - planın iri şəkildə, yəni dərinə getmədən bir variantıdır. Taktika isə strategiyanın realizasiya yoludur. Hər strategiya bir neçə taktiki qərarlardan ibarətdir.
Strateci fikirlər, taktiki qedişlərdən fərqli olaraq, iri əhatəli olur və onların həyata keçirilməsi üçün xeyli vaxt gedir.
Qoyulan məqsədə müvəffəqiyyətlə nail olmaq üçün həm düzgün strategiya , həm də strategiyanın həyata keçirilməsi üçün düzgün yollar seçilməlidir. Hətta ən yaxşı düşünülmüş strategiyanın həyata keçirilməsi bilavasitə taktiki addımların təfərrüatından və keyfiyyətindən asılıdır.
Taktika və strategiya arasındaki fərq
Taktika strategiyanın bir tərkib hissəsidir və qoyulan məqsədə nail olmaq üçün konkret bir yoldur.
Yaxşı strategiyasız taktika nəticə verməz, və tam tərsinə.
Taktikanın həyata keçirilməsi üçün daha az vaxt gedir, nəinki strategiyaya.
Taktika daha çox detallaşmalıdır, nəinki strategiya.
Dostları ilə paylaş: |