1. Məhsulların bölüşdürülməsi və satışın mahiyyəti
2. Satış kanallarının funksiyaları
3. Pərakəndə satış ticarət
4. Topdan satış ticarət 1. Məhsulların bölüşdürülməsi və satışının mahiyyəti,
İstənilən məhsulun faydalılığı, istehlak xüsusiyyətləri yalnız onun istehlakında reallaşır. Hətta istehlakçılar tərəfindən alınmayan və ya istehlak olunmayan (istifadə edilməyən), yəni realizəsi mümkün olmayan yüksək keyfiyyətli məhsulların istehsal edilməsi bütün növ resursların səmərəsiz sərf edilməsindən başqa bir şey deyildir. Buna görə də istehsal edilmiş məhsulların istehsalçıdan istehlakçıya çatdırılması, yəni məhsulların bölüşdürülməsi və satışı təşkil edilməli və həyata keçirilməlidir.