Marketinqin əmtəə yönümlü idarə edilməsi.
Əmtəə yönümlü idarəetmədə reklam, satışın təşkili və xidmətinə, qablaşdırmaya və s. qoyulan tələblər hər bir əmtəə üçün xeyli dərəcədə fərqli olduqda daha müsbət nəticələr verir.
Əmtəə yönümlü idarəetmənin nöqsan cəhəti ondan ibarətdir ki, burada bir-birini təkrar edən bölmələr daha çoxdur.
Bu idarəetmənin üstün cəhəti ondan ibarətdir ki, ən iri transmilli korporasiyalar bu prinsip üzrə təşkil edilmişdir.
Marketinqin regional yönümlü idarə edilməsi.
Regional yönümlü idarəetmə öz strukturuna görə əmtəə yönümlü idarəetməyə oxşardı. Lakin bu yönümlü strukturun əsasını əmtəələr üzrə deyil, bazarlar üzrə bölgü təşkil edir. Regional yönümlü idarəetmə regionların milli, iqtisadi, siyasi və digər xüsusiyyətlərini nəzərə alaraq alıcıların tələbatlarının daha dərindən öyrənilməsinə, reklam və satışın stimullaşdırılmasının formalaşdırılmasına əmtəələrin xarici görünüşü və qablaşdırılması zamanı regional xüsusiyyətlərin nəzərə alınmasına imkan verir.
Dostları ilə paylaş: |