Marketinqin seqment yönümlü idarə edilməsi.
Seqment yönümlü idarəetmənin mahiyyəti ondan ibarətdir ki, hər bir marketinq müdiri potensial alıcıların müəyyən seqmentinin işinə cavabdehlik daşıyır. Qeyd edək ki, bu zaman bu seqmentin hansı coğrafi regionda yerləşməsi o qədər də vacib deyil. Öz təşkilinin icrası çox mürəkkəb olsa da, bu yönümlü idarəetmədə firmanın bütün bölmələrinin və xidmətlərini daha yaxşı əlaqələndirilmək mümkündür.
Mövzu 8. Marketinqin ətraf mühiti
1. Marketinqin ətraf mühiti amilləri
2. Marketinqin makromühiti
3. Marketinqin mikromühiti
1. Marketinqin ətraf mühiti amilləri
Müəssisənin marketinq fəaliyyəti, digər iqtisadi fəaliyyət növləri kimi, marketinq ətraf mühiti adlanan müəyyən mühitdə baş verir. Marketinqin ətraf mühiti dedikdə müəssisənin bazar fəaliyyətinə, istehsal-satış fəaliyyətinə təsir edən subyektlərin və amillərin məcmusu başa düşülür.
Müəssisənin marketinq fəaliyyətinə təsir edən subyektlərin və amillərin milli iqtisadiyyatın səviyyəsinə aid olmasına görə marketinqin ətraf mühiti makromühit amillərinə və mikromühit amillərinə bölünür.
Marketinqin makromühit amillərinə sosial-iqtisadi mühit, siyasi-hüquqi mühit, təbii mühit, mədəni mühit, texnika və texnologiya mühiti və coğrafi mühit amilləri aiddir.
Dostları ilə paylaş: |