İstehlakçıların hüquqlarının müdafiəsi amillərinə bütünlükdə cəmiyyətin, o cümlədən istehlakçıların mənafeyinin qeyri-mükəmməl, haqsız sahibkarlıq fəaliyyətindən və sahibkarların məsuliyyətsiz fəaliyyətindən müdafiəsini təmin edən amillər, həmçinin sahibkarlıq etikası və istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət və ictimai təşkilatlar aiddir.
. Marketinqin mədəni mühiti
Mədəni mühit dedikdə cəmiyyətin dəyərlər sistemini, qavrama modelini, tələbatlarını, həyat və davranış tərzini formalaşdırmağa kömək edən sosial institutlar və digər güclər başa düşülür. Marketinqin mədəni mühit amillərinə bəşəri və milli mədə-niyyət; submədəniyyətlər; milli adət-ənənələrə sadiqlik; insanların bir-birinə, ictimai institutlara və cəmiyyətə münasibəti; cəmiyyətin mədəni inkişaf səviyyəsi; həmçinin danışıqların aparılması tərzi və digər mədəniyyət amilləri daxildir. Mədəni mühit amilləri istehlakçıların və alıcıların məhsulun bu və ya digər özəlliklərinə (məziy-yətinə, istehlak xüsusiyyətinə) üstünlük verməsinə, məhsulların seçilməsinə və satın alınmasına dair qərarların qəbuluna və müəssisənin marketinq fəaliyyətinə təsir gös-tərən ən mühüm makromühit amillərindən biridir.