4.Rəqabətin tipləri və modelləri
Bazar rəqabətdən asılı olaraq iki tipə ayrılır: azad rəqabətli bazar( mükəmməl rəqabət) və qeyri- mükəmməl rəqabət, bu da inhisarçı oliqapolik və inhisarçı rəqabət bazarlarına ayrılır.
Məhsulların reallaşması şərtlərinə, əsasən onların qiymətlərinə bazarın iştirakçılarının təsir göstərmək imkanları olmadığı bazar rəqabətli olur. Bu cür bazarı azad və ya xalis rəqabətli bazar adlandırırlar. Bazar rəqabətli bazar aşağıdakı əlamətlərlə səciyyələnir:
1. satıcılar və alıcılar o qədər çoxdur ki, onların heç biri və ya heç bir qrupu bazar proseslərinə, əsasən də qiymətlərə təsir göstərmək qabiliyyətinə malik deyillər;
2.bütün satıcılar tərəfindən satış üçün əmtəənin fərdi xarakteristikalarını, xüsusi əmtəə nişanları və markalarını əks erdirməyən eyni əmtəə və xidmətlər- özünəməxsus, identik- standartlaşmış əmtəələr təklif olunur;
Dostları ilə paylaş: |