Satış ehtiyatların yaradılması və idarə edilməsi. Bu funksiya çərçivəsində ehtiyatların mütləq (natural ifadədə) və nisbi (günlə) həcminin müəyyən edilməsi, onların səviyyəsinə nəzarət edilməsi və onların optimal həcminin təmin edilməsi üzrə tədbirlərin hazırlanması həyata keçirilir;
Son və isntitusional istehlakçılara xidmətlərin göstərilməsi;
Satış kanalların seçilməsi və bilavasitə ticarət müəssisə və təşkilatlarında məhsulların satışının təşkili. Bura satış kanalların seçilməsinin iqtisadi cəhətdən əsaslandırılması, yəni məhsulların birbaşa və ya vasitəçilərlə satılacağının müəyyən edilməsi, istehsalçı müəssisələrdə və ticarət müəssisələrində məhsulların vitrinlərdə və piştaxtalarda yerləşdirilməsi, mağazadaxili əməliyyatların yerinə yetirilməsi, bila-vasitə alqı-satqı aktlarının həyata keçirilməsi, həmçinin məhsulların reklamı və satışı sahəsində istehsalçı müəssisələrlə ticarət müəssisələri arasındakı qarşılıqlı münasi-bətlərin və məsuliyyətin müəyyənləşdirilməsi aiddir;