Məhsula mülkiyyət hüququnun satıcıdan alıcıya verilməsi, yəni alqı-satqı aktlarının rəsmiləşdirilməsilə əlaqədar olan hüquqi sənədlərin tərtib edilməsi;
Risklərin satıcıdan alıcıya ötürülməsi.
Məhsulların istehsalçıdan istehlakçıya çatdırılmasında iştirak edən bütün müəssisə və təşkilatların toplumu bölüşdürmə kanalını əmələ gətirir. Məhsulların bölüşdürülməsi və satışı prosesində yerinə yetirilən funksiyaların və baş verən axınların təhlili əsasında belə nəticəyə gəlmək olar ki, bölüşdürmə kanalları iki hissədən: fiziki bölüşdürmə kanallarından və satış kanallarından ibarətdir.
Fiziki bölüşdürmə kanalları məhsulların fiziki yerdəyişməsini, yəni məhsulların nəql edilməsində, nəqletmə zamanı onların aralıq məntəqələrdə saxlanmasında və bunlarla əlaqədar olan əməliyyatların yerinə yetirilməsində iştirak edən müəssisə və təşkilatların məcmusudur.
Dostları ilə paylaş: |