4. Pərakəndə ticarət dedikdə məhsulların şəxsi istehlak məqsədilə sonuncu alıcıya satılması başa düşülür. Lakin, bir sıra hallarda işgüzar və institusional içtehlakçılar da pərakəndə ticarət müəssisələrinin xidmətlərindən istifadə edirlər. Topdansatış ticarət müəssisələrinə nisbətən pərakəndə ticarət müəssisələri daha kiçik həcmdə və əksinə, daha geniş çeşiddə məhsul satırlar. Pərakəndə ticarət müəssisələri həmçinin mağazadaxili reklamı həyata keçirirlər. Pərakəndə ticarət aşağıdakı ticarət müəssisələri tərəfindən həyata keçirilir.
İxtisaslaşmış mağazalara. Univermaqlar.
Supermarketlər (universamlar). Superstorlar (super mağazalar). Hipermarketlər. Diskaunter (discounter) mağazalar. Anbar klublar və anbar mağazalar Mövzu 22. Reklamın mahiyyəti və növləri.