Reklamın mahiyyəti
Reklamın növləri
1.Reklamın mahiyyəti.
Satışın reklam və həvəsləndirilməsi firmaların bütün satış fəaliyyətinin ayrılmaz tərkib hissəsi hesab edilir və məhsulun maya dəyərinin əsas elementlərinin sırasına daxil edilir.
Reklam - özündə maliyyələşdirilmə mənbəyi dəqiq göstərilməklə, pullu informasiya yayımı vasitələrinin yardım ilə şəxsi olmayan əlaqə formasını təcəssüm etdirir
Reklam əmtəə, xidmət, ideyaların alınması üçün insanlarda onlara qarşı inam yaratmaq formasıdır. Reklam qənaətedici tələbin formalaşmasına, onun saxlanılması və genişləndirilməsinə şərait yaradır.
Satışın həvəsləndirilməsindən fərqli olaraq reklam bilavasitə məhsulun istehlak xüsusiyyətlərinin və üstünlüklərinin istehlakçıya çatdırılmasına, onun məlumatlandırılmasına və onlarla kontakt yaradılmasına yönəldilən uzunmüddətli həvəsləndirmə tədbiridir və onun effekti, bir qayda olaraq, reklam kompaniyasından sonra, özü də uzun müddətdən sonra meydana çıxır. Reklamın ictimaiyyətlə əlaqədən başlıca fərqi onun pullu olması və davamlı həyata keçirilməsidir.
Dostları ilə paylaş: |