Marketinq haqqında anlayış. Marketinqin əsas anlayışları



Yüklə 135,59 Kb.
səhifə78/79
tarix10.01.2022
ölçüsü135,59 Kb.
#109331
1   ...   71   72   73   74   75   76   77   78   79
2. Reklamın növləri.

Rekıamın aşağıdakı növləri var.



1.Ümummilli reklam. Reklamın bu növündən ölkə miqyasında məşhur olan və firma markası olan əmtəələrin (alkaqolsuz içkilər, avtomobillər, yeyinti məhsullarının) irəlilədilməsi üçün istifadə edilir.

2.Pərakəndə satış reklamı. Bu reklama mağazalar şəbəkələrində, avtomobil dillerlərində və digər pərakəndə satış ticarətində rast gəlinir.

3.Sənaye reklamı. Bu reklam növü istehsalçıların diqqətinə yönəldilən reklamdır.

4.Institutional reklam. Reklamın bu növü firmanın reputasiyasının yaxşılaşdırılmasına yönəldilir və hər hansı konkret bir məhsulun reklamı ilə əlaqədar deyil.

5.Bilavasitə təsiretmə və səmərə reklamı. Pərakəndə ticarətində çox geniş yayılıb. Bu reklam növü, başlıca olaraq, müştəridə təcili olaraq məhsulu almaq və yaxud da xidmətdən istifadə etmək arzusunu yaratmaq məqsədi güdür.

6.Gecikən səmərə reklamı. Bu reklam növü uzun müddətli səmərə üçün nəzərdə tutulmuşdur. Reklamım bu növündə başlıca məqsəd istehlakçılarda firmanın və onun məhsullarının obrazının yaradılması və saxlanılmandan ibarətdir.

MÖVZU 23. Satışın stimullaşdırılması.

Reklam fəaliyyəti marketinq kompleksinə daxil olan digər vasitələrlə, məhz satışın stimullaşdırılması ilə tamamlanır.



Satışın stimullaşdırılması - bazarın cavab reaksiyasını sürətləndirmək və ya gücləndirmək üçün stimullaşdırıcı təsiri olan müxtəlif vasitələrdən istifadə olunmasıdır.

Satışın həvəsləndirilməsi prosesində 3 kateqoriya alqı-satqı iştirakçıları: istehlakçılar (alıcılar), vasitəçilər və satış heyəti (satıcılar) həvəsləndirilir.




Yüklə 135,59 Kb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin