2. Satış mərhələsi.
Bir müddət keçdikdən sonra aydın oldu ki, qazanc əldə etmək üçün təkcə məhsulun olması kifayət etmir. Odur ki, XX əsrin 20-30-cu illərində marketinqin II mərhələsi “satış mərhələsi” formalaşdı. Bu mərhələdə müəssisələr arasında rəqabət güclənməyə başladı. Odur ki, sahibkar “sata biləcəyim məhsulu istehsal etməliyəm” nəzəriyyəsini qəbul etmək məcburiyyətində qaldı.
3. Marketinqin idarə edilməsi mərhələsi.
1929-1933-cü illərdə dünya iqtisadiyyatında baş verən böhranlar göstərdi ki, bazar iqtisadi sistemində iqtisadiyyatın mürəkkəbləşdirilməsi və dərinləşməsi daxil və xarici satış bazarlarında olan rəqabət mübarizəsinin kəskinləşməsi və s. bütün bu proseslər nəzəriyyəçilərin diqqətinin bu vacib məsələyə yönləndirilməsini zəruri etdi. Onlar ilk növbədə məhsulların bazarda satışının təşkilinə firmaların “ətraf mühitlə” olan qarşılıqlı əlaqələrinin öyrənilməsinə dair problemlərin araşdırılmasına, təhlilinə, elmi nəticələrin və qərarların çıxarılmasına diqqət yetirmək məcburiyyətində qaldılar.
Dostları ilə paylaş: |