Marketinq tədqiqatları" fənnindən test tapşırıqları Düzgün cavab "A" bəndidir



Yüklə 0,7 Mb.
səhifə6/7
tarix14.07.2018
ölçüsü0,7 Mb.
#56589
1   2   3   4   5   6   7

B)Dövlət Məşğulluq İdarəsi

C)Dövlət Sosial Fondu

D)Dövlət Gömrük Komitəsi

E)İqtisadiyyat Nazirliyi


406.Korporativ bazarın marketinq tədqiqatlarının istehlak bazarının tədqiqindən fərqli cəhətləri hansılardır?

A)törəmə tələb və təmərküzləşmiş tələb

B)ilkin və təkrar tələb

C)ödənilən və ödənilməyən tələb

D)alternativ tələb və satış tələbi

E)bütün cavablar düzdür


407.Bazar şəraitində rəqabətin hansı tipləri mövcuddur?

A)mükəmməl, inhisarçı, oliqopoliya və inhisar rəqabət

B)yalnız mükəmməl və inhisarçı rəqabət

C)yalnız oliqopoliya və inhisar rəqabət

D)yalnız mükəmməl və oliqopolist rəqabət

E)bütün cavablar düzdür


408.Bazar şəraitində müəssisənin məqsədi nədir?

A)mənfəət əldə etmək

B)işçilərin sayını artırmaq

C)keyfiyyəti yüksəltmək

D)istehsalı modernləşdirmək

E)ahəngdarlığa nail olmaq


409.Bazarın firma quruluşunun tədqiqi üçün nəyi öyrənmək və təhlil etmək lazımdır?

A)rəqabət mühitini

B)elmi-texniki mühiti

C)iqtisadi mühiti

D)mədəni mühiti

E)təbii mühiti


410.Cəmiyyətə minimal xərclə başa gələn ən səmərəli iqtisadi nəzarət metodu nədir?

A)rəqabət

B)istehsal

C)qiymət


D)satış

E)sifariş


411.Bazar rəqabəti şəraitində səmərəli təsərrüfat fəaliyyəti və onun mənfəət əldə etmək imkanı dedikdə nə başa düşülür?

A)müəssisənin rəqabət qabiliyyəti

B)məhsulun rəqabət qabiliyyəti

C)sahənin rəqabət qabiliyyəti

D)miolli iqtisadiyyatın rəqabət qabiliyyəti

E)düzgün cavab yoxdur


412.Alıcıların konkret tələbatının ödənilməsini təmin edən, məhsulun keyfiyyət və dəyər (qiymət) xarakteristikasının məcmusu nə adlanır?

A)əmtəənin (məhsulun) rəqabətqabiliyyəti

B)müəssisənin rəqabətqabiliyyəti

C)sahənin rəqabət qabiliyyəti

D)milli iqtisadiyyatın rəqabət qabiliyyəti

E)düzgün cavab yoxdur


413. Firmanın rəqabət strukturundan asılı olaraq hansı strategiya seçilir?

A)marketinq strategiyası

B)istehsal strategiyası

C)satış strategiyası

D)təchizat strategiyası

E)düzgün cavab yoxdur


414.Hansı rəqabət bazarında eyni məhsulun və ya xidmətin çoxsaylı satıcısı və alıcısı mövcuddur?

A)xalis (mükəmməl) rəqabət bazarında

B)inhisarçı rəqabət bazarında

C)oliqopolik bazarda

D)inhisar bazarında

E)düzgün cavab yoxdur


415.İnhisarçı rəqabət bazarında nə rəqabət vasitəsi kimi çıxış edir?

A)qiymət və məhsulun keyfiyyəti

B)məhsulun həcmi və təyinatı

C)firmaların sayı və gücü

D)məhsulun bazara çıxarılması xərcləri

E)bütün cavablar düzdür


416.Oliqopoliyanın əsas əlaməti hansıdır?

A)bazarda satıcıların (istehsalçıların) sayının məhdudluğu

B)bazarda satıcıların sayının çoxluğu

C)bazarda istehlakçıların sayının məhdudluğu

D)bazarda alıcıların və satıcıların sayının çoxluğu

E)bazarda istehlakçıların sayının çoxluğu


417.Oliqopolik bazar mükəmməl bazardan nəyə görə fərqləndirilir?

A)qiymətin dəyişməsi xüsusiyyətinə görə

B)istehsalın dəyişməsi xüsusiyyətinə görə

C)satışın dəyişməsi xüsusiyyətinə görə

D)təchizatın dəyişilməsi xüsusiyyətinə görə

E)düzgün cavab yoxdur


418.İnhisar sözü nə deməkdir?

A)yunan sözü olub yeganə satıcı deməkdir

B)yunan sözü olub yeganə vasitəçi deməkdir

C)yunan sözü olub yeganə istehlakçı deməkdir

D)yunan sözü olub azsaylı istehlakçı deməkdir

E)düzgün cavab yoxdur


419.Hansı inhisarçı firmaların əlamətlərindən biri deyildir?

A)bütün sahə çoxsaylı firmalar tərəfindən təmsil olunur

B)bazarda əmtəəni yalnız bir satıcı satır

C)satıcıyalnız öz məhsulu ilə ticarət aparır

D)satıcı qiyməti diktə edir

E)firmanın sahəyə daxil olmaq imkanı yoxdur


420.Rəqiblərin öyrənilməsindən məqsəd nədir?

A)bazara rəqiblərin təsir dərəcəsini müəyyən etmək

B)bazarda qiyməti tənzimləmək

C)bazarda tələbin həcmini müəyyən etmək

D)rəqib müəssisələri üzə çıxarmaq

E)malgöndərənləri düzgün müəyyənləşdirmək


421.Müasir bazar iqtisadiyyatı üçün rəqabətin hansı bazar tipi daha tipikdir?

A)oliqopolik bazar

B)xalis və ya mükəmməl rəqabət bazarı

C)inhisarçl rəqabət bazar

D)inhisar bazarı

E)düzgün cavab yoxdur


422.Aşağıdakılardan biri inhisarçı firmanın əlamətlərinə aid deyildir?

A)bazarda əmtəə çoxlu satıcılar tərəfindən satılır

B)bazarda əmtəəni yalnız bir satıcı satır və həmin məhsulun əvəzedici yoxdur

C)satıcı yalnız öz əmtəəsi ilə ticarət aparır

D)satıcı qiyməti diktə edir

E)firmanın sahəya daxil olmaq imkanı yoxdur


423.Rəqib firmaların rəqabətqabiliyyətinin tədqiqində nəzərə alınan əsas amillər hansılardır?

A)məhsul, qiymət, satış və məhsulun bazara çıxarılması amilləri

B)firmaların sayı və gücü

C)malgöndərənlərin təsiri və bazarın quruluşu

D)bazara daxil olma imkanları və şərtləri

E)alıcıların və rəqiblərin təsiri


424.Aşağıdakılardan biri rəqib firmaların rəqabətqabiliyyətinin tədqiqində nəzərə alınan əsas amillərə aid deyildir?

A)təşkilati amillər

B)məhsul amilləri

C)qiymət amilləri

D)satış amilləri

E)məhsulun bazara çıxarılması amilləri


425.Firma səviyyəsində rəqabətin hansı növləri vardır?

A)funksional, növ və predmet rəqabəti

B)yalnız funksional və növ rəqabəti

C)yalnız növ və predmet rəqabəti

D)mükəmməl və inhisarçı rəqabət

E)oliqopoliya və inhisar rəqabəti


426.Bir tələbatın müxtəlif üsullarla ödənilməsi firma səviyyəsində hansı rəqabət növüdür?

A)funksional tələbat

B)növ rəqabəti

C)predmet rəqabəti

D)firmadaxili rəqabət

E)qiymət rəqabəti


427.Ayrı-ayrı firmalar tərəfindən istehsal edilən müxtəlif markalı eyni mallar firma səviyyəsində hansı rəqabət növünə aiddir?

A)predmet rəqabəti

B)funksional tələbat

C)növ rəqabəti

D)firmadaxili rəqabət

E)qiymət rəqabəti


428.Eyni firmanın şöbələri və ya struktur bölmələri arasında yarışı özündə təcəssüm etdirən rəqabət hansı rəqabətdir?

A)firmadaxili rəqabət

B)predmet rəqabəti

C)funksional tələbat

D)növ rəqabəti

E)qiymət rəqabəti


429.Firmanın əlavə bazar imkanları əldə etdiyi şəraitdə yaranan rəqabət hansı rəqabətdir?

A)qiymət rəqabəti

B)firmadaxili rəqabət

C)predmet rəqabəti

D)funksional tələbat

E)növ rəqabəti


430.Məhsulun rəqabətqabiliyyətinin öyrənilməsi və qiymətləndirilməsi göstəriciləri hansılardır?

A)xarici formalaşma, keyfiyyət və iqtisadi göstəricilər

B)qiymət və coğrafi mühit göstəriciləri

C)gəlir və xərc göstəriciləri

D)bazara çıxarılan məhsulun həcm göstəriciləri

E)bütün cavablar düzdür


431.Rəqabətqabiliyyəti dedikdə nə başa düşülür?

A)bazarda məhsulun kompleks istehlak və dəyər xarakteristikası

B)bazarda məhsulun keyfiyyəti və çeşid quruluşu

C)məhsulun qiyməti və gorünüşü

D)məhsulun bazara çıxarılma imkanları və və satışın həcmi

E)bazarta təqdim edilən məhsulun standartlaşma dərəcəsi


432.Rəqiblərin öyrənilməsi hansı məqsədlə aparılır?

A)bazara onların təsir dərəcəsini müəyyən etmək

B)bazarda güclü rəqiblərin sayını öyrənmək

C)bazarda rəqiblərin güclü tərəflərini müəyyən etmək

D)bazarda rəqiblərin zəif tərəflərini müəyyən etmək

E)bazarda rəqiblərin mövqeyini müəyyən etmək


433.Hansı marketinq vasitəçilərindən biridir?

A)əmtəə birjası

B)ticarət agentləri

C)ticarət nümayəndəliyi

D)broker

E)konsiqnator


434.Hansı ticarət vasitəçilərindən biri deyildir?

A)əmək birjası

B)ticarət agentləri

C)ticarət nümayəndəliyi

D)broker

E)konsiqnator


435.Marketinq vasitəçilərinin tərkibinə daxil deyildir?

A) istehsalçı müəssisələr

B)ticarət təşkilatları

C)nəqliyyat və sığorta təşkilatları

D)maliyyə-kredit təşkilatları

E)konsaltinq firmalar


436.Bazarın firma quruluşunun tədqiqində xüsusi əhəmiyyət kəsb edən məsələ deyildir?

A)bazara çıxarılan məhsulun standartlaşma dərəcəsi

B)rəqabət mühiti

C)rəqabətin qiymətləndirilməsi şərtləri

D)mal göndərənlərin xarakterik cəhətləri

E)rəqabətqabiliyyəti və marketinq vasitəçilərinin seçilməsi


437. Bazarın seqmentləşdirilməsi nə deməkdir?

A)müxtəlif əlamətlərə görə bazarın seqmentlərə və ya istehlakçı qruplarına bölünməsidir

B)müxtəlif əlamətlərə görə məhsulların təsnifləşdirilməsidir

C)müxtəlif əlamətlərə görə bazarların təsnifləşdirilməsidir

D)müxtəlif əlamətlərə görə məhsulların və bazarların təsnifləşdirilməsidir

E)bütün cavablar düzdür


438.Aşağıdakılardan hansı bazarın seqmentləşdirilməsini əks etdirən fəaliyyətdir?

A)bazarın sahələrə ayrılması

B)bazar subyektlərinin anketləşdirilməsi

C)bazar infrastrukturunun zəruri elementlərinin üzə çıxarılması

D)əmtəə hərəkətinin səmərələşdirilməsi

E)məhsulun hazırlanması və satışının təşkili


439.Seqmentləşdirmənin məqsədi nədir?

A)seçilmiş seqmentə daha çox uyğun gələn və müəssisəyə rəqabət üstünlüyü verən marketinq strategiya və taktikasının hazırlanmasıdır

B)müəssisəyə rəqabət üstünlüyü verən keyfiyyətli məhsul istehsalının təşkilidir

C)müəssisəyə üstünlük verən marketinq strategiyasının hazırlanmasıdır

D)müəssisəyə rəqabət üstünlüyü verən marketinq taktikasının hazırlanmasıdır

E)seçilmiş seqmentə daha çox uyğun gələn məhsulların reklamının təşkilidir


440.Seqmentləşdirmənin zəruri şərti nədir?

A)alıcıların və onların vəziyyətinin eyni olmaması

B)alıcıların və onların alış motivlərinin eyni olmaması

C)alıcıların və onların davranışının eyni olmaması

D)alıcıların və onların zövqünün eyni olmaması

E)düzgün cavab yoxdur


441.Marketinq tədqiqatları üçün zəruri olan istehlak qruplarının seqmentləşdirmə meyarları hansılardır?

A)coğrafi, demoqrafik,psixoqrafik və davranış

B)coğrafi və psixoqrafik meyarlar

C)demoqrafik meyarlar

D)sosial-iqtisadi meyarlar, davranış

E)coğrafi və demoqrafik meyarlar


442.Müasir bazar iqtisadiyyatı marketinq tədqiqatları üçün seqmentləşdirmənin hansı növlərini zəruri edir?

A)makro- və mikro seqmentləşnə, dərindən və geniş seqmentləşmə

B)makroseqmentləşmə, geniş seqmentləşmə

C)makroseqmentləşmə və mikroseqmentləşmə

D)mikroseqmentləşmə, geniş seqmentləşmə

E)düzgün cavab yoxdur


443.Bazarın seqmentləşdirilməsinin ən məsuliyyətli və vacib mərhələsi nədir?

A)seqmentləşdirmə meyarının, amilinin seçilməsidir

B)seqmentin mövcudluğudur

C)seqmentin əsas rəqib bazarı ilə birliyidir

D)müəssisə üçün seqmentin əlverişliliyidir

E)seqmentin səmərəliliyidir


444.Hansı bazarın seqmentləşdirilməsi qarşısına qoyulan tələblərdən biridir?

A)seqmentin kəmiyyət və keyfiyyət xarakteristikası qiymətləndirilə bilən, ölçülə bilən olması

B)seçilmiş seqmentin müəssisə üçün əlverişli olması

C)müəssisənin seqmentlə əlaqəsi olması

D)seçilmiş seqment haqqında müəssisənin məlumatlı olması

E)düzgün cavab yoxdur

445.Aşağıdakılardan biri bazarın seqmentləşdirilməsi qarşısına qoyulan tələblərdən deyildir?

A)seqmentləşdirmə meyarının, amilinin seçilməsidir

B)seqmentin kəmiyyət və keyfiyyət xarakteristikası qiymətləndirilə bilən, ölçülə bilən olmalıdır

C)hər bir seqment kifayət qədər stabil, tutumlu və inkişaf perspektivinə malik olmalıdır

D)müəssisənin marketinq kompleksini diferensiallaşdırmaq imkanı olmalıdır

E)seqment kifayət qədər müdafiə olunmalıdır


446.İstehlak malları bazarının seqmentləşdirilməsinın obyektiv meyarı kimi ən çox hansı meyarlardan istifadə edilir?

A)coğrafi, demoqrafik və sosial-iqtisadi

B)coğrafi və istehlakçıların həyat tərzi meyarı

C)demoqrafik və istehlakın həcmi meyarı

D)sosial- iqtisadi və istehlakçıların məhsula adaptasiyası meyarı

E)düzgün cavab yoxdur


447.Hansı seqmentləşdirmə bazarların ayrı-ayrı ölkələrə, regionlara, rayonlara və s.yə bölünməsini nəzərdə tutur?

A)coğrafi seqmentləşdirmə

B)demoqrafik seqmentləşdirmə

C)sosisal-iqtisadi əlamətə görə seqmentləşdirmə

D)məhsulda axtarılan faydaya görə seqmentləşdirmə

E)istehlakçıların həyat tərzinə görə seqmentləşdirmə


448.Hansı seqmentləşdirmə meyarından bir qayda olaraq bazara yeni məhsul çıxarılarkən istifadə olunur?

A)istehlakçıların məhsullara adaptasiyasına görə seqmentləşdirmə

B)istehlakçının həyat tərzinə görə seqmentləşdirmə

C)məhsulda axtarılan faydaya görə seqmentləşdirmə

D)istehlakın həcminə görə seqmentləşdirmə

E)düzgün cavab yoxdur


449.İstehlak bazarının ən təsirli seqmentləşdirmə formalarından biri hansıdır?

A) məhsulda axtarılan faydaya görə seqmentləşdirmə

B)istehlakçıların məhsullara adaptasiyasına görə seqmentləşdirmə

C)istehlakçının həyat tərzinə görə seqmentləşdirmə

D)istehlakın həcminə görə seqmentləşdirmə

E)düzgün cavab yoxdur


450.Hansı əlamətə görə seqmentləşdirmə ən çox istifadə olunan seqmentləşdirmədir?

A)demoqrafik

B)coğrafi

C)sosial-iqtisadi

D)istehlakçıların həyat tərzi

E)istehlakın həcmi


451.İstehsal təyinatlı məhsullar bazarında ən çox istifadə edilən obyektiv seqmentləşdirmə meyarları hansılardır?

A)coğrafi, iqtisadi və texnoloji meyarlar

B)soğrafi və demoqrafik meyarlar

C)texnoloji və psixoqrafik meyarlar

D)iqtisadi və sosial meyarlar

E)psixoqrafik və coğrafi meyarlar


452.İstehsal təyinatlı məhsullar bazarında istifadə olunan psixoqrafik meyarlardan biri hansıdır?

A)mal göndərənlərlə əməkdaşlıq səviyyəsi

B)müəssisələrin ərazi üzrə yerləşmə slxlığı səviyyəsi

C)iqtisadi meyarlara görə seqmentləşdirmə

D)coğrafi meyara görə seqmentləşdirmə

E)texnoloji meyara görə seqmentləşdirmə


453.İstehlakçıların yüksək, orta, qismən maliyyə sabitliyinə və maliyyə stabilliyi olmayan müəssisələrə ayrılması hansı seqmentləşdirmə meyarına görə aparılan seqmentləşdirmədir?

A)maliyyə vəziyyətinə görə seqmentləşdirmə

B)fəaliyyətinin həcminə görə seqmentləşdirmə

C)milli iqtisadiyyatın sahələrinə görə seqmentləşdirmə

D)fəaliyyətin məqsədinə görə seqmentləşdirmə

E)mülkiyyət formasına görə seqmentləşdirmə


454.Aşağıdakılardan biri istehsal–texniki təyinatlı məhsullar bazarının iqtisadi meyarlara görə seqmentləşdirilməsinə aid deyildir?

A)məhsulda axtarılan faydaya görə bazarın seqmentləşdirilməsi

B)mülkiyyət formasına görə bazarın seqmentləşdirilməsi

C)fəaliyyət məqsədinə görə bazarın seqmentləşdirilməsi

D)milli iqtisadiyyatın sahələrinə görə seqmentləşdirmə

E)müəssisələrin fəaliyyət həcminə görə seqmentləşdirmə


455.Bu və ya digər məhsulun satış bazarlarının tədqiqi nəticəsində seçilmiş və minimum marketinq xərcləri ilə xarakterizə olunan, müəssisənin fəaliyyətinin nəticələrinin əsas hissəsini təmin edən bazar nə adlanır?

A)məqsəd bazarı

B)bazarın tutumu

C)bazar payı

D)mənimsənilmiş bazar

E)bazar qiyməti


456. Seqmentin struktur cəlbediciliyi müəyyən edilərkən və qiymətləndirilərkən hansı amillər nəzərə alınır?

A)məhsul imkanları, rəqabət mühiti, satış kanalları imkanları, reklam fəaliyyətinin həyata keçirilməsi və servis xidməti imkanları

B)məhsul imkanları və seçilmiş seqmentin tutumu

C)rəqabət mühiti və satış kanallarının imkanları

D)reklam fəaliyyətinin xüsusiyyətləri və həyata keçirilməsi imkanları

E)məhsul yeridilişi və servis xidməti imkanları


457.Müəssisə hansı bazar seqmentinə çıxmasından asılı olmayaraq mütləq nəyi təhlil etməlidir?

A)bazar tutumu və onun inkişaf perspektivlərini

B)bazar payı göstəricilərini

C)məhsul istehsalı göstəricilərini

D)satışın həcmini

E)satış kanallarını


458.Bazarın real tutumu dedikdə nə başa düşülür?

A)təhlil edilən dövrdə natural və dəyər ifadəsində faktiki satışın həcmi

B)təhlil edilən dövrdə natural və dəyər ifadəsində maksimum satıla biləcək məhsulun həcmi

C)təhlil edilən dövrdə natural və dəyər ifadəsində minimum satıla biləcək məhsulun həcmi

D)təhlil edilən dövrdə satışa göndəriləcək məhsulun həcmi

E)təhlil edilən dövrdə istehsal ediləcək məhsulun həcmi


459.Bazarın potensial tutumu dedikdə nə başa düşülür?

A)təhlil edilən dövrdə natural və dəyər ifadəsində maksimum satıla biləcək məhsulun həcmi

B)təhlil edilən dövrdə natural və dəyər ifadəsində faktiki satışın həcmi

C)təhlil edilən dövrdə natural və dəyər ifadəsində minimum satıla biləcək məhsulun həcmi

D)təhlil edilən dövrdə satışa göndəriləcək məhsulun həcmi

E)təhlil edilən dövrdə istehsal ediləcək məhsulun həcmi


460.Bazar tutumunun müəyyən edilməsində hansı metodlardan istifadə edilir?

A)konyuktura və proqnozlaşdırma

B)proses yanaşma və sistemli təhlil

C)kompleks yanaşma və proqram-məqsədli planlaşdırma

D)proqnozlaşdırma və xətti proqramlaşdırma

E)konyuktura və şəbəkə planlaşdırılması


461.Bazar tutumuna təsir edən amillər hansı qruplara ayrılır?

A)ümumi və spesifik

B)sosial-iqtisadi və demoqrafik

C)istehlakçıların davranış tərzi və onların psixologiyası

D)həyat tərzi, modanın dəyişməsi

E)spesifik və psixoqrafik


462.Qiymətin tədqiqindən məqsəd nədir?

A)maksimum mənfəət almağa imkan verən rəqabət qiymətini müəyyən etmək

B)məhsulun elastikliyini müəyyən etmək

C)məhsulun dəyərliliyini qiymətləndirmək

D)məhsulun satışını qiymətləndirmək

E)bütün cavablar düzdür


463.Firmanın pul-maliyyə resurslarının toplanmasını təmin edən marketinq kompleksinin yeganə elementi hansıdır?

A)qiymət


B)məhsul

C)satış


D)həvəsləndirmə

E)düzgün cavab yoxdur


464.Qiymətin dinamikası hansı amillərin təsiri altında dəyişir?

A)strateji və taktiki

B)daxili və xarici

C)sosial-iqtisadi

D)strateji və demoqrafik

E)taktiki və psixoqrafik


465.Bazar şəraitində qiymətin yerinə yetirdiyi funksiyalara aid deyildir?

A)tələbin elastikliyi

B)uçot

C)həvəsləndirmə



D)istehsalın səmərəli yerləşdirilməsi

E)bölgü
466.Marketinq tədqiqatlarında qiymətin əsas funksiyaları necə təsnifləşdirilir?

A)uçot, həvəsləndirmə, bölgü, səmərəli yerləşdirmə və balanslaşdırma

B)yalnız uçot və həvəsləndirici

C)yalnız tələb və təklifin tarazlığı

D)yalnız bölüşdürücü və istehsalın səmərəli yerləşdirilməsi

E)düzgün cavab yoxdur
467.Bazar şəraiində qiymətlər əsasən hansı qiymətlərə əsaslanır?

A)sərbəst bazar qiymətlərinə

B)topdansatış qiymətlərin

C)müqavilə qiymətlərinə

D)satınalma qiymətlərinə

E)pərakəndə qiymətlərə


468.Aşağıdakılardan biri qiymətin artımına təsir edən amillərdəndir?

A)tələbin təklifi üstələməsi

B)təklifin tələbdən üstünlüyü

C)gəlirlərin sabit səviyyəsi

D)qiymətin aşağı düşmə təhlükəsi

E)bir sıra hökumət tədbirləri


469.Qiymətin aşağı düşməsinə təsir edən amillərdən biri hansıdır?

A)təklifin tələbdən üstün olması

B)tələbin təklifi üstələməsi

C)əmək haqqı

D)əsas kapital, avadanlıq, iş qüvvəsi və s.

E)torpaqdan səmərəsiz istifadə


470.Qiymət tədqiqatı hansı məsələlərin həlli üçün aparılır?

A)yalnız “b” və “c” cavabları düzdür

B)istehsal və satışa sərf edilən məsrəflərin təhlili, tələbin elastikliyinin qiymətləndirilməsi

C)qiymət rəqabətinə təsir, qiymətin mənfəətə nisbəti

D)rəqiblərin qiymət siyasətinin öyrənilməsi və tələbin elastikliyinin tədqiqi

E)yalnız “b” cavabı düzdür


471.Aşağıdakılardan biri müəssisədə qiymətin yaranması prosesinin mərhələlərinə daxil deyildir?

A)qiymətə tələbin elastikliyinin müəyyən edilməsi

B)qiymətin yaranması məqsədinin seçilməsi və tələbin müəyyən edilməsi

C)xərclərin təhlili və rəqiblərin qiymətinin tədqiqi

D)qiymətin yaranması metodlarının seçilməsi

E)son qiymətin müəyyən edilməsi


472.Qiymətin kəmiyyətinə hansı amillər təsir göstərir?

A)daxili və xarici amillər

B)strateji və taktiki

C)strateji

D)taktiki

E)bütün cavablar düzdür


473.Aşağıdakılardan hansı qiymətin kəmiyyətinə təsir edən xarici amillərdən biridir?

A)rəqabət

B)təşkilatın və marketinqin məqsədi

C)qiymətin yaranmasının təşkili

D)strategiya

E)xərclər


474.Qiymət strategiyasının başlıca məqsədi nədir?

A)satışı təmin etmək, maksimum mənfəətə nail olmaq və bazarı saxlamaqdır

B)qiymətin yaranması və artımını təmin etməkdir

C)qiymətin səviyyəsinə təsir edən amilləri nəzərə almaqdır

D)məhsulun satışının və tələbin həcminin stimullaşdırılmasıdır

E)qiymət siyasətini formalaşdırmaqdır


475.Satış siyasətinin başlıca məqsədi nədir?

A)rəqiblərin təsir edə biləcəyi amilləri nəzərə almaqla mənfəət əldə etmək və istehlakçıların tələbatını maksimum nəzərə almaqdır

B)rəqiblərin təsir edə biləcəyi amilləri nəzərə almaqla satışın həcminin artmasına nail olmaqdır

C)məhsulların istehsaldan istehlakçıya vaxtında və tez çatdırılmasını təşkil etməkdir

D)məhsul satışının mümkün həcminin planlaşdırılmasıdır

E)məhsulların topdan və pərakəndə satışının səmərəli təşkilidir


476.Bölgü kanalı dedikdə nə başa düçülür?

A)məhsulların istehsaldan istehlaka doğru hərəkəti

B)məhsulların istehsalı və satışı

C)istehsalçı və istehlakçı arasında əlaqə

D)bazarda tədavül və ya alqı-satqı aktı

E)məhsul satışını həyata keçirən vasitəçilər


477.Marketinq tədqiqatlarında bölgünün (mal yeridilişinin) hansı kanalları vardır?

A)birbaşa, vasitəli və qarışıq kanal

B)yalnız birbaşa və qarışıq kanal

C)yalnız vasitəli kanal

D)vasitəsiz bölgü kanalı

E)düzgün cavab yoxdur


478.Marketinq prosesində bölgü və ya mal yeridilişi kanalının iştirakçılarının yerinə yetirdiyi funksiyalara aid deyildir?

A)topdan və pərakəndə ticarət müəssisələrinin tiplərinin müəyyən edilməsi

B)elmi-tədqiqat işlərinin aparılması və satışın həvəsləndirilməsi

C)marketinq informasiyasının toplanması və yayılması

D)müqavilə bağlanması və bölgü kanalının maliyyələşdirilməsi

E)məhsulların daşınması, saxlanması və istehlakçıların tələblərinə uyğunlaşdırılması


479.Bölgü kanalının səviyyəsi dedikdə nə başa düşülür?

A)məhsulun son istehlakçıya çatdırılması funksiya və proseslərini yerinə yetirən vasitəçi

B)məhsulların istehsaldan istehlakçıya çatdırılması

C)marketinq xərclərinin səviyyəsi

D)birsəviyyəli kanal

E)bütün cavablar düzdür


480.Satış kanallarında marketinq xərclərinin səviyyəsi hansı hallarda minimum olur?

A)aralıq vasitəçi həlqələrin sayı az olduqda

B)birbaşa və ya birsəviyyəli marketinq kanalında

C)topdan ticarət vasitəçisi olmadıqda

D)asılı və asılı olmayan vasitəçilər olmadıqda

E)bütün cavablar düzdür


481.Məhsulların fiziki bölgüsünə aid deyildir?

A)məhsulların istehlakçıların tələblərinə uyğunlaşdırılması

B)sifasrişlə iş

C)yükləmə-boşaltma əməliyyatarı

D)anbar təsərrüfatının təşkili

E)məhsul ehtiyatlarının idarə edilməsi və daşınması


482.Marketinq kommunikasiyası strategiyasının məqsədi nədir?

A)firmada marketinqin məqsəd və vəzifələrinin yerinə yetirilməsi üçün daha əlverişli kommunikasiya şəraitinin yaradılmasıdır


Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin