Marketinqdə məhsul siyasəti” fənnindən test tapşırıqları Düzgün cavablar “A” bəndindədir



Yüklə 481,81 Kb.
səhifə2/5
tarix16.06.2018
ölçüsü481,81 Kb.
#53879
1   2   3   4   5

99. Marketinqdə tədqiqat yanaşmaları:

A) b, c və d variantları düzgündür;

B)sorğu əsasında aparılan tədqiqat;

C)təcrübə əsasında aparılan tədqiqat;

D)müşahidəli tədqiqat;

E)a və b variantları düzgündür.


100. Məhsulun funksional xüsusiyyətlər dəstinə aid olunmur:

A) c və d variantları düzgündür;

B)mobil xüsusiyyətlər;

C)əlavə xüsusiyyətlər;

D)əsas xüsusiyyətlər;

E)a və b variantları düzgündür.


101. Məhsulun təyinatına uyğun olaraq müəyyən olunur:

A) əsas xüsusiyyətlər;

B)əlavə xüsusiyyətlər;

C)mobil xüsusiyyətlər;

D)a və b variantları düzgündür;

E) a və c variantları düzgündür.


102. Məhsulun ehtimal olunan xidmət müddətini müəyyən edir:

A) məhsulun uzunömürlülüyü;

B)məhsulun etibarlılığı;

C)məhsulun zəmanəti;

D)a və b variantları düzgündür;

E)a və c variantları düzgündür.


103. Avtomobilin sürət xarakteristikasının yüksəldilməsi nə ilə nəticələnir:

A) b və c variantları düzgündür;

B)əlavə xərclərlə;

C)qiymət artımı ilə;

D)a və b variantları düzgündür;

E)qəza ilə.


104. Uzunömürlülük əlaməti təsir göstərir:

A) b və d variantları düzgündür;

B)məhsulun qiymətinə;

C)məhsulun bölüşdürülməsinə;

D) müəssisənin xərclərinə;

E) b və c variantları düzgündür.


105. Fərqləndirilmiş bazar təklifinin yaradılmasını şərtləndirən amil:

A) variantların hamısı düzgündür;

B)qiymət;

C) yer;


D)stimullaşdırma;

E)məhsul.


106. Məhsulun fərqləndirilməsinin əsas göstəricilərinə aid olmayan variantı seçin:

A) satışın həcmi;

B)uzunömürlülük;

C)təmirəyararlılığı;

D)istifadənin effektivliyi;

E) a, b və c variantları düzgündür.


107. Bu göstəricilərdən biri məhsulun fərqləndirilməsinə təsir göstərmir:

A) əlçatan olmaması;

B)istehlak qiyməti;

C)zəmanət;

D)əlavə imkanlar;

E)dizayn.


108. Dizaynın işlənməsini müəyyən edən göstəricilərə aid olmayan variantı seçin:

A) məhsul istehsalının sadəliyi;

B)cəlbedici xarici görünüşə malik olması;

C)qablaşdırmadan asan azad olması;

D)asan təmir olunmasının mövcudluğu;

E) variantların hamısı düzgündür.


109. “Braun” şirkətinin işləyib hazırladığı “yaxşı dizaynın on prinsipi”nə aid faktorlar:

A) b, c və d variantları düzgündür;

B)estetika;

C)fəaliyyətdə ardıcıllıq;

D) innovasiya;

E) a və c variantları düzgündür.


110. “Yaxşı dizaynın on prinsipi” bu faktorları əks etdirmir:

A) aşağı qiymət;

B)düzgünlük;

C)ekoloji təmizlik;

D)estetika;

E) innovasiya.


111. Məhsul siyasətində marketoloqun əsas vəzifəsi:

A) b, c və d variantları düzgündür;

B)markanın saxlanılması;

C)markanın müdafiəsi;

D)markanın yaradılması və inkişafı;

E) b və c variantları düzgündür.


112. Ticarət markasının üstün cəhətləri:

A) variantların hamısı düzgündür;

B)tanınır;

C)zəmanət verir;

D)yadda qalır;

E) a və b variantları düzgündür.


113. Ticarət markasının üstün cəhətləri:

A) c və d variantları düzgündür;

B)ticarət markası uzunmüddətli sərmayı qoyuluşu tələb edir;

C) məşhur ticarəti markası məhsulun rəqabətqabiliyyətini artırır;

D)marka məhsulun əsas tərkib elementi olmaqla onun dəyərini yüksəldir;

E) a və b variantları düzgündür.


114. “Repsodentlər” ifadəsinin mahiyyəti:

A) sorğu aparılan insanlar;

B)vasitəçilər;

C) müştərilər;

D)menecerlər;

E) variantların hamısı səhvdir.


115. “Coca cola” ticarət markası yaranıb:

A) 1886-ci ildə;

B)1867-ci ildə;

C)1902-ci ildə;

D)1896-ci ildə;

E)1842-ci ildə.


116. XX əsrin sonunda məhsul markasının konsepsiyasında yaranan yeni terminlər:

A) b və c variantları düzgündür;

B)brəndin arxitekturası;

C)brəndin gücü;

D)ticarət markası;

E) variantların hamısı səhvdir.


117. Tanınmış ticarət markaları:

A) b, c və e variantları düzgündür;

B)alıcıların sabiqliyini qazanır;

C)müəssisənin rəqabətqabiliyyətini yüksəldir;

D)b və c variantları düzgündür;

E)məhsulun yüksək keyfiyyətinin zəmanətçi kimi çıxış edır.


118. “Ticarət markası” termini ən çox işlənir:

A) Rusiyada;

B)ABŞ-da;

C)Çində;


D)Avropada;

E) variantların hamısı düzgündür.


119. Məhsulun əsas keyfiyyətlərinə əlavə dəyər verən fərqləndirici xüsusiyyətlər dəsti:

A) marka;

B)ticarət markası haqqında qərar;

C)çeşid konsepsiyası;

D)reklam;

E)məhsul nişanı.


120. Xarici marketoloqlar bu termindən daha çox istifadə edirlər:

A) brənd;

B)məhsul markası;

C)ticarət markası;

D)a və c variantları düzgündür;

E) b və c variantları düzgündür.


121. Məhsulun orjinal simvolu:

A) b və c variantları düzgündür;

B)ticarət markası;

C)məhsul markası;

D)məhsul nişanı;

E) a, b və c variantları düzgündür.


122. Ticarət markasının atributları:

A) variantların hamısı düzgündür;

B)nişan;

C)rəmz;


D)dizayn;

E)ad.
123. His olunan fərqləndirici xüsusiyyətlər dəsti:

A) c və d variantları düzgündür;

B)məhsul markası;

C)ticarət markasının artibutları;

D)məhsul markasının artibutları;

E) ticarət markası.
124. Hüquqi müdafiəsi təmin olunmuş marka:

A) məhsul nişanı;

B)ticarət markası;

C)məhsul markası;

D)brənd;

E) a və b variantları düzgündür.


125. Bir istehlakçının məhsullarını digər analoji məhsullardan fərqləndirən vasitə:

A) b və e variantları düzgündür;

B)məhsul markası;

C)məhsul nişanı;

D)a, b və c variantları düzgündür;

E)ticarət markası.


126. “Emblem” termininə aid olan variantı seçin:

A) məhsul nişanı;

B)brənd;

C)ticarət markası;

D)marka;

E) məhsul markası.


127. Beynəlxalq səviyyədə məhsul nişanından istifadə olunması tənzimlənir:

A) məhsul nişanının qeydiyyatı haqqında Madrid razılaşmasına əsasən;

B)məhsul nişanının qeydiyyatı haqqında Paris razılaşmasına əsasən;

C)məhsul nişanının qeydiyyatı haqqında Lissabon razılaşmasına əsasən;

D)a və b variantları düzgündür;

E) b və c variantları düzgündür.


128. Məhsul nişanının qeydiyyatı haqqında müqavilə 1973-cü ildə hansı şəhərdə imzalanmışdır:

A) Vyana;

B)Paris;

C) Lissabon;

D)Haaqa;

E)Madrid.


129. Məhsul nişanının qeydiyyatı haqqında Madrid razılaşması neçənci ildə rəsmiləşdirilib:

A) 1891;


B)1902;

C) 1886;


D) 1912;

E) 1890.
130. Məhsul nişanının müdafiə dərəcəsini xarakterizə edir:

A) c və d variantları düzgündür;

B)AB;


C)R;

D) TM;


E) b və c variantları düzgündür.
131. Marka siyasəti daha çox istiqamətlənir:

A) müəssisənin imicinin formalaşmasına;

B)məhsulun imicinin formalaşmasına;

C)vasitəçilərin imicinin formalaşmasına;

D)istehlakçıların imicinin formalaşmasına;

E) b və d variantları düzgündür.


132. “Adsız” məhsullara aid edilir:

A) gündəlik tələbat məhsulları;

B)məhsul nişanı olan məhsullar;

C)baha qiymətə satılan məhsullar;

D)passiv tələbat məhsulları;

E)biznes məhsulları.


133. “Bəyaz” məhsullara aid edilir:

A) variantların hamısı düzgündür;

B)sadə qablaşdırmaya malik olan məhsullar;

C)qabların üzərində istehsalçının adı olan məhsullar;

D)a və b variantları düzgündür;

E)nisbətən ucuz satılan məhsullar.


134. Məhsul nişanının qeydiyyatı haqqında rəsmi sənəd:

A) b və c variantları düzgündür;

B)Madrid razılaşması;

C)Vyana müqaviləsi;

D)a və b variantları düzgündür;

E) Davos razılaşması.


135. R (Registered TM ApproveD) məhsul nişanının müdafiə dərəcəsini göstərin:

A) məhsul markası qeydə alınmışdır;

B)patent təşkilatına nişanın qeydiyyatı üçün ərizə verilib;

C)məhsulun qeydiyyatı hələ başa çatmayıb;

D) a və b variantları düzgündür;

E) a, b və c variantları düzgündür.


136. Rəqabət mühitində marka siyasətinin əsas vəsifələri:

A) güclü brənd yaratmaq;

B)istehsalı azaltmaq;

C)məhsulun qiymətini azaltmaq;

D)məhsulun qiymətini artırmaq;

E)istehsalı artırmaq.


137. İstehlakçıların qavrama instinqlərinə təsir dərəcəsini əks etdirən termin:

A) güclü brənd;

B)rentabellik;

C) güclü reklam;

D)güclü dizayn;

E) estetik parametrləri.


138. “Brəndlər reklamın hesabına yaranır, lakin məhsulun xüsusiyyətlərinə görə yaşayır” fikri məxsusdur:

A) D.Aakerə;

B)F.Kotlerə;

C) Q.Armstronqa;

D)S.Axundova;

E) variantların hamısı səhvdir.


139. Brəndin güc göstəricilərinə aid olunmur:

A) məhsulun stimullaşdırılması;

B)markanın tanınması;

C)qiymət mövqeyi;

D)bazar payı;

E) müəssisənin imici.


140. Brənd gücünün kriteriyalarına aid olunur:

A) istehlakçı sadiqliyi;

B) ictimai əlaqələr;

C)satışın stimullaşdırılması;

D) fərdi satış prosesi;

E) a və c variantları düzgündür.


141. Lokal (yerli) markaya aid edilir (Gəncə şəhəri timsalındA):

A) Murut;

B)Sirab;

C)İstisu;

D)Badamlı;

E) Borjomi.


142. “Badamlı” mineral suyu:

A) regional markadır;

B)qlobal markadır;

C) milli markadır;

D) yerli markadır;

E) variantların hamısı düzgündür.


143. Milli markaya aid variantı seçin:

A) bir neçə ölkədə tanınan;

B)arzu olunan;

C) regionda tanınan;

D)bütün dünyada tanınan;

E) yerli məkanda yaxşı tanınan.


144. Milli markaya aid olan variantı seçin:

A) “Stoliçnaya” arağı;

B) Mersedes;

C) Sony;


D) Badamlı;

E) b və c variantları düzgündür.


145. Brəndin güc kriteriyaları:

A) variantların hamısı düzgündür;

B)rahat bölüşdürmə;

C)bazar payı;

D)qiymət mövqeyi;

E)artım tempi.


146. D.Daker alıcıların ticarət markasına olan münasibətlərinin neçə səviyyəsini fərqləndirir:

A) 5;


B) 3;

C)4;


D)8;

E) 6.
147. Avropanın ən təhlükəsiz avtomobil markası:

A) Volvo;

B) BMV;


C) Reno;

D) Mersedes;

E) Opel.
148. Marka dəyərinin pulla ifadəsi:

A) marka kapitalı;

B)mənfəət;

C)material aktivlərinin dəyəri;

D)maliyyə aktivləri;

E) c və d variantları düzgündür.


149. Brənd dəyəri üzrə qiymətləndirmə üsulları:

A) d və e variantları düzgündür;

B)müəssisənin ümumi bazar dəyərinin hesablanması;

C)müəssisənin material aktivləri üzrə dəyərinin hesablanması;

D)dəyişən qalıq dəyərinin hesablanması;

E)markanın yaradılması və mühafizə üzrə xərclərin hesablanması.


150. Müəssisə üzrə bir səhmin birja dəyəri ilə buraxılan səhmlərin sayının hasili:

A) müəssisənin ümumi bazar dəyəri;

B) müəssisənin maliyyə aktivlərinin dəyəri;

C)qeyri-material aktivlərinin (kəşf, patent) dəyəri;

D) müəssisənin material aktivlərinin dəyəri;

E) a və b variantları düzgündür.


151. Markanın tanınma dərəcəsi və bu markaya olan alıcı sadiqliyi ilə müəyyən olunur:

A) marka kapitalının həcmi;

B)satışdan əldə olunan mənfəətin həcmi;

C)məhsul vahidinə çəkilən xərclərin həcmi;

D)a və c variantları düzgündür;

E) b və c variantları düzgündür.


152. “Qızıl Yava” siqaret markasının dəyərini “Dəyişən qalıq dəyəri” metodu ilə hesablamaq olmur. Səbəbini göstərin:

A) onun səhmləri dünyanın heç bir birjasında satılmır;

B)qablaşdırılması işlənib hazırlanmamışdır;

C)tədqiqat xərcləri nəzərdə tutulmur;

D)hüquqi qeydiyyatı yoxdur;

E) b və d variantları düzgündür.


153. “Coca-cola” brəndinin dəyərini 70 milyard dollar həcmində qiymətləndirən ixtisaslaşmış müəssisə:

A) İnterbrənd;

B)İntermodal;

C)İnterfaks;

D)a və b variantları düzgündür;

E) a və c variantları düzgündür.


154. Markanın idarə olunmasını şərtləndirən qərarlar:

A) variantların hamısı düzgündür;

B)markanın inkişaf strategiyasının seçilməsi;

C)markanın maliyyə dəstəyi haqqında qərar;

D)markanın bazardan çıxarılması haqqında qərar;

E) a və c variantları düzgündür.


155. “Markanın yaradılması və mühafizəsi üzrə xərclərin hesablanması” metodunun zəif cəhəti:

A) variantların hamısı düzgündür;

B) xərclər əsassız olaraq yüksək ola bilər;

C)metod istehsalçının xərclərinə əsaslandığına görə qiymət yüksək ola bilər;

D)a və c variantları düzgündür;

E)məsrəflərin həcmi yalnız istehsalçıya məlumdur.


156. Müəssisənin material aktivlərinin dəyərini təşkil edir:

A) bina, torpaq, avadanlıq və s.;

B)qeyri-material aktivləri (kəşf, patent);

C) istiqraz vərəqələri, alınmış kreditlər;

D)dövriyyə və hesabda olan pul vəsaitləri;

E) a və c variantları düzgündür.


157. Ödəniş əsasında istehsalçı firmanın öz məhsul nişanından istifadə hüququnu digər firmaya verməsi:

A) lisenziyalaşdırma;

B)çoxmərhələli yanaşma;

C) unikal ticarət təklifi;

D)məhsul nişanının yayılması;

E)differensiallaşdırma.


158. Lisenziyanın növlərini seçin:

A) c və e variantları düzgündür;

B)mürəkkəb;

C)müstəsna;

D)a və b variantları düzgündür;

E)sadə.
159. Lisenziyanın müqaviləsi məhdudiyyət qoya bilər:

A) b, c və d variantları düzgündür;

B)məhsulların siyahısına;

C)fəaliyyət müddətinə;

D)əraziyə;

E)b və c variantları düzgündür.
160. Sadə lisenziyanın səlahiyyətinə daxildir:

A) istifadə hüququ;

B)əraziyə məhdudiyyət qoymaq;

C)yenidən sublisenziya vermək;

D)a və c variantları düzgündür;

E) b və c variantları düzgündür.


161. Françizanın növlərinin sayı:

A) 3;


B)5;

C) 4;


D)6;

E) variantları hamısı səhvdir.


162. Françiza müqaviləsində fərqli cəhət:

A) françayzerin sərt tələblər qoymasıdır;

B)françayzerin tələblər qoymasıdır;

C)françayzerin mülayim tələblər qoymasıdır;

D)a və c variantları düzgündür;

E) variantların heç biri düzgün deyil.


163. İstifadə və göstəriş vermək hüququna malik lisenziya növü:

A) müstəsna;

B)mürəkkəb;

C)sadə;


D)b və c variantları düzgündür;

E) variantların hamısı səhvdir.


164. Məhsul nişanından istifadə hüququnun yaratdığı əlavə imkanlara aid edilir:

A) variantların hamısı düzgündür;

B)personalın təlimi üçün köməyin əldə edilməsi;

C) reklam materialların əldə edilməsi;

D)avadanlığın alınması;

E) variantların hamısı səhvdir.


165. Marka adının verilməsinə olan yanaşma:

A) c və e variantları düzgündür;

B)birməhsullu yanaşma;

C) çoxmarkalı yanaşma;

D)a və b variantları düzgündür;

E)çoxməhsullu yanaşma.


166. Müəssisə hər bir məhsula fərdi marka adı verir:

A) çoxmarkalı yanaşmada;

B) birməhsullu yanaşmada;

C) birmarkalı yanaşmada;

D)çoxməhsullu yanaşmada;

E) b və c variantları düzgündür.


167. Müəssisə bütün məhsullarına vahid marka adı verir:

A) çoxməhsullu yanaşmada;

B)birməhsullu yanaşmada;

C) birmarkalı yanaşmada;

D)çoxmarkalı yanaşmada;

E) b və c variantları düzgündür.


168. Çoxməhsullu yanaşma hansı strategiyadan istifadə imkanı yaradır:

A) məhsul xəttinin genişliyi;

B)məhsul xəttinin harmonikliyi;

C)məhsul xəttinin zənginliyi;

D)məhsul xəttinin dərinliyi;

E) a və c variantları düzgündür.


169. “Baltika” şirkəti bir ad altında müxtəlif alkoqol və dad dərəcəsinə malik pivə təklif edir. Tətbiq olunan strategiyanı göstərin:

A) məhsul xəttinin genişliyi;

B)məhsul xəttinin dərinliyi;

C)məhsul xəttinin zənginliyi;

D)a və b variantları düzgündür;

E) variantların hamısı səhvdir.


170. Əgər markanın fərdi dəyərinin itirilmə təhlükəsi yaranarsa, onda ilkin olaraq:

A) yeni marka adı seçilir;

B)yeni məhsulun istehsalına qərar verilir;

C)məhsul bazardan çıxarılır;

D)çoxmarkalı yanaşma üsulundan istifadə edilir;

E) variantların hamısı düzgündür.


171. Marka adının verilməsinə qoyulan tələblərə aid deyil:

A) ad orjinallığı ilə seçilməməlidir;

B)ad məhsulun keyfiyyətinə işarə vurğulamalıdır;

C)ad düzgün tələffüz olunmalıdır;

D)ad məhsulun verdiyi faydanı xatırlamalıdır;

E) ad yadda qalan olmalıdır.


172. Marka adı yaradılır:

A) b və c variantları düzgündür;

B) mövcud sözlərin köməyi ilə;

C) adların quraşdırılmasından;

D) variantların hamısı düzgündür;

E)hökumətin razılığı ilə.


173. Marka adının yaradılmasının variantları:

A) variantların hamısı düzgündür;

B) fərdi adlardan formalaşır;

C)müəssisənin baş hərflərindən formalaşır;

D)sözlərin və rəqəmlərin kombinasiyasından formalaşır;

E)beynəlxalq sözlərdən formalaşır.


174. Marka adının seçilməsini şərtləndirir:

A) variantların hamısı düzgündür;

B)güclü tərəfin müzakirəsi;

C)seçimin edilməsi;

D)variantların hamısı səhvdir;

E)adların siyahısının tərtib edilməsi.


175. “Məhsul” anlayışının mahiyyəti:

A) b və d variantları düzgündür;

B)bazar və şəxsi ehtiyac üçün istehsal olunan hər bir şey;

C)yalnız bazar üçün istehsal olunan hər bir şey;

D) istək və ehtiyacı ödəyə bilən hər şey;

E) variantların hamısı düzgündür.


176. “Məhsul” anlayışına aid edilmir:

A) xidmət;

B)ideya;

C)təşkilat;

D)avtomobil;

E) taxta.


177. İqtisadi mallara aid olunmur:

A) hava;


B)yabanı meyvə;

C)ərzaq malları;

D)mineral sular;

E) balıq.


178. İqtisadi malların sərbəst mallardan fərqli cəhəti:

A) variantların hamısı düzgündür;

B)qiymətin olması;

C) istehsal olunması;

D)satışda olması;

E) variantların hamısı səhvdir.


179. Qıt olmayan mallar:

A) sərbəst mallar;

B)iqtisadi mallar;

C) istehsal olunan mallar;

D)a və b variantları düzgündür;

E) variantların hamısı səhvdir.


180. Qeyri-maddi məhsullar:

A) c və d variantları düzgündür;

B)hazır məhsullar;

C)təhsil;

D)səhiyyə;

E)istehsal vasitələri.


181. Hazır mallar:

A) c və d variantları düzgündür;

B)ərzaq məhsulları;

C)yabanı meyvələr;

D)mineral sular;

E) a və b variantları düzgündür.


182. İstehsal olunan mallara aid olunmur:

A) balıq;

B)xidmət vasitələri;

C)çörək;


D)b və c variantları düzgündür;

E) variantların hamısı düzgündür.


183. Anbarlarda saxlanıla bilməz:

A) qeyri-maddi məhsullar;

B)maddi məhsullar;

C) iqtisadi mallar;

D)a və b variantları düzgündür;

E) b və c variantları düzgündür.


184. İstehsal edən mallar:

A) maşın və avadanlıqlar;

B)qida məhsulları;

C)elektrik enerjisi;

D)dərmanlar;

E)məişət əşyaları.


185. İstehsal mallarına aid olan variantı seçin:

A) b və d variantları düzgündür;

B)maşın və avadanlıqlar;

C)elektrik enerjisi;

D)çörəkbişirmə maşınları;

E) a və c variantları düzgündür.


186. İstehlak mallarının qrupları:

A) b və c variantları düzgündür;

B)dayanıqlı;

C) dayanıqsız;

D)a və d variantları düzgündür;

E)sərbəst.


187. İstifadə olunma xüsusiyyətlərinə görə mallar ayrılır:

A) b və c variantları düzgündür;

B)istehlak mallarına;

C)istehsal mallarına;

D)a və b variantları düzgündür;

E) sərbəst mallara.


188. Dayanıqsız istehlak malları:

A) qida məhsulları;

B)ayaqqabı;

C)qol saatı;

D)avtomobil;

E) paltar.


189. İstehsal prosesində artırılması imkanları olan mallar:

A) b və c variantları düzgündür;

B) kitab, qəzet;

C)geyim;


D)a və b variantları düzgündür;

E)Nizaminin əlyazması.


190. Çoxaldılması mümkün olmayan mallar:

A) tarixi sənət əsərləri;

B)avtomobil;

C)bahalı siqaretlər;

D)kombaynlar;

E) a və d variantları düzgündür.


191. Bir-birini əvəz edən mallar:

A) variantların hamısı düzgündür;

B)ərzaq malları;

C) keyim əşyaları;

D) nəqliyyat vasitələri;

E) b və c variantları düzgündür.


192. Bir-birini əvəz etməyən mallar:

A) variantların hamısı düzgündür;

B)avtomobil-ərzaq;

C)siqaret-çörək;

D)kitab-geyim;

E)geyim-ərzaq.


193. Qarşılıqlı əvəzetmə əlamətinə görə mallar neçə yerə bölünür:

A) 2;


B)3;

C)4;


D) 6;

E) 5.
194. Çoxaldılması mümkün olmayan mallara aid edilir:

A) Xüdafərin körpüsü;

B)“Rolex” qol saatları;

C) maşın və avadanlıqlar;

D)b və c variantları düzgündür;

E) variantları hamısı səhvdir.
195. İnsan ehtiyaclarını dolayı yolla ödəyən mallar:

A) b və d variantları düzgündür;

B)dəzgahlar;

C)məişət əşyaları;

D)avadanlıqlar;

E) variantların hamısı səhvdir.


196. İstehsal prosesinin baş verməsi üçün zəruridir:

A) b, c və d variantları düzgündür;

B)əmək predmetləri;

C) insanlar;

D) əmək alətləri;

E) a və c variantları düzgündür.


197. Alıcılara təklif edilən bütün məhsul çeşidləri və məhsul vahidlərininməcmusu:

A) məhsul nomenklaturası;

B)məhsul çeşidi;

C) istehsal gücü;

D) a və b variantları düzgündür;

E) a və c variantları düzgündür.


198. Məhsul çeşidləri qruplarının ümumi sayı:

A) məhsul nomenklaturasının genişliyi;

B)məhsul nomenklaturasının dərinliyi;

C)məhsul nomenklaturasının harmonikliyi;

D) məhsul nomenklaturasının zənginliyi;

E) variantları hamısı səhvdir.


199. Məhsul nomenklaturasını təşkil edən ayrı-ayrı məhsulların ümumi sayı:

A) məhsul nomenklaturasının zənginliyi;

B) məhsul nomenklaturasının genişliyi;

C) məhsul nomenklaturasının dərinliyi;

D) məhsul nomenklaturasının harmonikliyi;

E) variantların hamısı səhvdir.


200. Məhsul çeşidinin genişləndirilməsinin səbəbləri:

A) b, c və d variantları düzgündür;

B)hərtərəfli çeşidi olan firmaya çevrilmək cəhdləri;

C)istehsal olunmayan istehsal güclərini isə cəlb etmək səyləri;

D)əlavə mənfəət əldə etmək cəhdləri;

E)a və c variantları düzgündür.


Yüklə 481,81 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin