369. Qiymət təyininə aid qərarlara uyğun gələn variantı seçin:
A) baza qiymətlərinin satış qiymətlərinə uyğunlaşdırılması
B) əsas rəqiblərin qiymət siyasətinə uyğun olaraq qiymətlərin müəyyənləşdirilməsi
C) məhsulun həyat dövrünün müxtəlif mərhələlərinə qiymətlərin təyin edilməsi
D) əsas məhsula yüksək qiymət təyin olunması hesabına müvafiq məhsullara aşağı qiymətin
təyin edilməsi
E) “qiymət-keyfiyyət” nisbətindən yaranan qiymət siyasətinin işlənməsi və mükafat əlavələri
strategiyasından mütləq istifadə olunması
370. Satış siyasətində qəbul olunan strateji qərarlara uyğun gələn variantı seçin:
A) satış kanallarının ətraf mühitin cari şərtlərinə və müəssisənin imkanlarınaadaptasiyası
B) istehsal bazarında istehlakçıların sayının optimallaşdırılması
C) operativ satış fəaliyyətinin həyata keçirilməsi
D) bazar konyukturasının dəyişməsindən asılı olaraq məhsulların qiymətlərinin dəyişməsi
E) logistik marketinq sisteminin yaradılması
371. Paylama kanallarında eyni səviyyəli firmalar arasında yaranan münaqişə belə
adlanır:
A) üfiqi münaqişə
B) kommersiya münaqişəsi
C) perpendikulyar münaqişə
D) şaquli münaqişə
E) istehsal münaqişəsi
Dostları ilə paylaş: |