116. Özəl brend nədir?
A) Pərakəndə satıcının mülkiyyətində olan brend
B) Topdan satıcının mülkiyyətində olan brend
C) Müştərinin evində olan brend
D) Uzun müddət anbarda qalan brend
E) Satışa daxil olmayan brend
117. Məhsul vahidi nədir?
A) Konkret qiymətə satılan məhsul
B) Aşağı qiymətə satılan məhsul
C) Güzəştli qiymətə satılan məhsul
D) Mübadilə yolu ilə əldə olunan məhsul
E) İstehsal olunmuş məhsulların çeşidi
118. Məhsulun nomenklaturası:
A) Konkret satıcının təklif etdiyi bütün məhsulların məcmusudur
B) Məhsulun qiymətini və dəyərini əks etdirir
C) Məhsulun marka və nişanlanmasını əks etdirir
D) Özəl brendin keyfiyyətini əks etdirir
E) Məhsulların növ müxtəlifliyini əks etdirir
119.Lizinq xidmətinin mahiyyəti:
A) Maşın və avadanlıqların uzun müddət icarəyə götürülməsi
B) İstehsal qurğularının əvəzsiz istifadəçiyə ötürülməsi
C) Nəqliyyat vasitələrinin qiymətləndirilməsi
D) İcarəyə verilmiş nəqliyyatın pulsuz təmir edilməsi
E) Maliyyə əməliyyatlarının auditi
Dostları ilə paylaş: |