Masalli folkloru 2



Yüklə 1,65 Mb.
səhifə104/188
tarix01.01.2022
ölçüsü1,65 Mb.
#102812
1   ...   100   101   102   103   104   105   106   107   ...   188

Şah qızı



Bir oğlanın atası dünyasını dəyişir. Qalıllar bir ana, bir bala. Bu uşax elə gedərmiş çilədi oynarmış. Oyunu uduzur bir gun, gəlir durur kənarda, dayanır comağına. (Comağ da xak­key ağacı kimi olardı.) Hə, birdən bunun yanında bir nurani kişi peydah olur. Deer:

– Oğlum, sənin atan ölüb, anan da yaxında öləcəy. An­caq darıxmıyasan. Padşahın qızına otuz doqquz elci gedəcək, qırxıncısı sən olacaqsan. O, səni seçəcəy. Xoşbəxt gələcəyin var sənin. Ama yadında saxla, gələcəkdə toy yerinə yarıvı gön­dərsən, ixtiyarı onun özünə verməyəsən. Bu istiyir ki, comağı bu kişinin başına vura, görür hec kim yoxdu. Adətən, uşax eşitdiyini gedər danışar. Bu yüyürür evə. Ana görür ki, bu uşağ belə həyacanlı gəlib. Deyir:

– Ay bala, sənə noolub?

Deer:

– Bi kişi birdən yanımda peyda oldu, belə dedi. Mən qaldırdım ağacı onun başına vuram, gördüm kişi yoxa cıxdı. Ana bu uşağı sakitləşdirir.

Həqiqətən də, rəvayətə görə, ana ölür bir müddət sora. Bu uşağ qalır tək, yetim, bir böyük imarətdə. Bu başdayir ar­tıq böyüyüb də, çayxanalara getməyə. Bir gün bir çayxanada otu­rubmuş, eşidir ki, bu gün şahın qızına otuz doqquzuncu elci getdi. Qız küləfrəngidən baxdı, heç birini bəyənmədi. Bu, bunu eşidir. Gəlir uzanır arxası üstə yatağa. (Adətən, insan ar­xası ustə uzananda yatağa, hər bir şey yadına düşür.) Deer ki, axı mənə bir kişi belə dedi. Yadına salır, gedir qonşuya. İndi əmi imiş, dayi imiş, kimmişsə deer, sən filan kişinin qızına elci gedəcəysən.

Deer:

– Ay oğul, onu sənə verməzdər. Axı o padşah qızıdı, özü də tək qız.

Deer:

– Get də, verər, verər, verməz də ki, olsun.

Nə isə kişi, durur gəlir. Qız küləfirəngidən cavab verir ki, elçlərin 40 nəfərin 40-ı da gəlsin mənim gözümün önün­dən keçsin. Mən hansını bəyənsəm, ona gedəcəm. Bular xəbər ve­rillər, olar da yığılıb 40 nəfər ard-arda, sıraynan ordan ke­çən­də qız deer, mən axırıncını istiyirəm. Padşah bına 40 gün, 40 gecə toy eliyir. Oğlanı da apartdırıllar saraya. Amma oğlan deer:

– Baxma mən fağıram, mən sənin qızını öz evimə apara­cam. Qız razılaşır. Nə deyir qıza, o da razılaşır. Oğlan bi dəst paltar göndərir, al qırmızı, bi yüngül nişan, qızı alır, gətirir.

Adətən təzə gəlini siftə toya göndərəllər. Bir necə gün­nən sora qonşu məhəllədə toy olur. Hə, bu yoldaşın toya gön­dərır, deyir, get, ixtiyar özündədi. Demə, kişinin dediyi söz ya­dınnan cıxar. Qız gedər toya. Oğlan da gələr uzanar, özü də qəşəng saz calmağı var imiş. Arxası üstə uzanar, bütün haqq-hesablar gə­lər gözünün onündən kecər. Deer, o kişi mənə de­miş­di ki, sən ixtiyarı vermə axı yaruva. Sazın götürür yüyürür pələdə. Görür yuxarı məhlədən də bi dəstə qız-gəlin gəlib bur­dan toya gedir. Gəlir qızlara catanda deer olarmı sizə söz demək?

Deellər:

– Olar.

Sazı basır sinəsinə deer:

Toy yerinə gedən qızlar, gəlinnər,

Sifarişim budur: yar oynamasın.

Mən bilirəm yara minnət edərlər,

İxtiyar əlində var, oynamasın.

Bu padşahın qızı da cox gözüaçıq qız olur. Görür mını istiyən oğlannar hamısı qırağda durublar. Bı gəlir dəvət eliyir, oyna mənnən, o gəlir dəvət eliyir oyna mənnən. Bu qızın biri çatcağın, gəlini çəkir bu tərəfə. Bu oğlanın göndərdiyi sözü deyir qıza. Deer, yoldaşın belə bir bayatı dedi.

Oğlan da cox narahatdır axı, gedir-gəlir. Görür yarı gəlir, qırmızı geyimdə. Yarı həyətə daxil olanda birinci sözü bu olur. Çox sağ ol, mənim sevgilim, sənin sözün mənə catdı. Mən oynasaydım, məni ləkəliyəcəydilər. Oğlan durur öpür qı­zın alnınnan. Onlar mehriban ailə olaraq cox xoşbəxt və gözəl ömür yaşayıllar, həm də layiqli valideyn olullar.


Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   188




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin