Şah Abbasın bağı olur. Şah Abbas nökəri ilə gedir bağa. Orda bağban qoca olur, öyladı yoxuymuş. Şah Abbas gedir köhnə paltarnan, gedir bir nökəriynən başqa kəndə gəzməyə. Hansı qapıya gedir, bunu qonağ saxlamırlar. Bir qapıya yanaşır, çıxır arvad qırağa, deyir:
– Ay bacı, bizi bu gecə qonağ saxla.
Deyir:
– Allaha da qurban olum, qonağına da, gəlin.
Bunnan qabağda naxırçıya süd verərmişlər, fətir verərmişlər. Gedir kişinin qabağına deyir:
– Ələsgər əmi, qonağımız gəlib.
Deyir:
– Get, gəlləm.
Kişi gəlir Şah Abbas bir tərəfdə, nökər bi tərəfdə.
Tezdən duranda görürlər, içəridən bir hündür adam çıxdı.
Deyir:
– Kimsən?
Deyir:
– Mən gəlmişəm Şah Abbasın qızın bunun atasının, oğlunun adına yazmışam. Talehində yazım.
Şah Abbasa deyir:
– Əh gedərəm çıxaram, pozaram indi mən.
Şah Abbas gedir çıxır taxta. Çağırtdırır uşağı, gətizdirir uşağı. Nökər deyir:
– Öldürmə, ver mənə, aparım meşədə başın kəsim, gətirim.
Bu gedəndən sonra Allah tərəfindən döşü süddü ceyran uşağı əmizdirir. Qoca bağban da gəlir gəzir bilmir, görmür. Ayılır görür hə, bir dənə bağda ceyran bir uşağı əmizdirir, nəsə nişan alır, ceyran qaçır. Gəlir görür gözəl-göyçək oğlan uşağı, aparır evə. Aparır nağada saxlıyır bilmirəm, uşağ on beş yaşına gələndə Şah Abbas nökəriynən gəlir bağa. Görür bi dənə cavan oğlan. Salam verir. Qoca bağban bunu qonağ eliyir evinə. Gəlirlər əvə nökər deyir şaha, bilirsən həmin oğlandı, mən barmağın kəsmişdim.
Deyir:
– Bu saat mən onu göndərrəm, boynun vurdurram.
Deyir:
– Vurdura bilmərsən.
Yazır namə, verir oğlana deer:
– Apar bunu ver mənim yerimdə oturan sərkərdiyə.
Minir ata aparır, gedəndə görür çöldə Şah Abbasın çərhözü var, bu orda atı qovland edir, uzanır çərhözün başında. Qız da qırx incə qıznan çölə çıxıbmış. Gəlir görür oğlanı, cibində atanın möhürü, peçatı, çatan saat bunun boynun vurun. Götürür onu cırır atır. Özü yazır peçatdıyır qoyur cibinə. Oğlan durur gedir, qız da gedir.
Gəlir hamı baxır at Şah Abbasındı, ancağ Şah Abbas dəyil. Çığartır kağızı verir, deyir:
– Vallah, mənim savadım yoxdu.
Deyir:
– Hə?
Baxırlar bir-birinə, vəzir buna, bu buna. Toy eliyirlər, qızı köçürdürlər. Beş gün, üç gün, on gün, deyir:
– Həə, indi getmək lazımdı. Olar tərpənirlər, minirlər ata, gələndə, qız da çıxıbmış oğlanla deyir:
– Şah sağ olsun, görürsən, o yeznəndi, o da qızındı.
Deyir:
– Düşən saat boynun vuracam.
Düşür atdan, ancağ bu dəfə şah tacın götürür qoyur oğlanın başına.
Deyir:
– Qələmnən yazılan, paltaynan pozulmaz! Bu gündən mənim yerimdə şahsan.