Bax meşədi burda, gedmişüg ova. Yolu itirdim. Mən indi bilməliyəm ki, hansı tərəfdən gəlmişəm. Mən necə bunu öyrənə bilərəm?
İt hürən tərəfə getməlisən.
– Yox, it filan yoxdu orda.
Ağajdarın yarpağınnan bilmək olar.
– Yox.
Hə, bəs necə?
Demək, gün dəyən tərəfdə, mamır olmur. O, kölgə tərəfdə mamır olur. Mamırı gördün ki, bu tərəfdə, demək, sən əks tərəfdən gəlmisən.
* * *
Dayım cindardu. Dayım şirinliyə eliyərdi. Uşağ düşəndə, eliyəndə dua yazardı. Məndə iki dənə düşüb.
Didi, sən gəlginən dua yazım, tay sənə zaval olmaz. Onnan o dua yazdı, o qızım qaldı.
Cümə axşamlar ruhlar evə gəlir. Əgər xoş danuşdun, güldün, xoş gedəcək. Vuruşmə oldu, qavğa oldu, söyə-söyə gedəcək.
* * *
Təzə gəlin gətdüy. Mebelin güzgüsü bir az çəkiş vuranda sındı. Mənə dedi, qizə, güzgü sınanda neçə dənə qızın bəxti açıldı. Uşağa nəzər dəgəndə xəmiri yumağ-yumağ eliyib divarlara vururlar. Quru unu da divarlara səpirlər. Uşağa nəzər dəgəndə xəmir divara yapışır, düz çövürürük başına, sancağ yaxasına vururq.
* * *
Bir dənə uşağım var idi. Uşağ balnisadan gəldi, dedi, çatdıyıb ölərəm. Dedim, a kişi, sən get molannın yanına. Kişi dedi ki, bu uşağ nəzərə gəlib. O getdi nəzər duası yazdırdı, uşağ dirildi.
* * *
Uşağın başının altına yumurta qoyardılar. Başına bir sancağ vurardılar. Gözmuncuğu vururdular göz dəyməsin, deyə. Göz var idi, indi də var.
* * *
Nəzər var. Mənim iki qardaşımı nəzər vurdu. Nəzərdən Allahın xəbəri yoxdu. Nəzər mundardı. Nəzərdən qurtarmaq üçün dua yazırlar. Qabağ bizdə seyid çox idi. Üzərliy yandı-rırıq bayramda. Nalı vurarsan pol, bərk olar. Gecə güzgüyə baxarsan şeytan səni azdırar, dəli olarsan. Gecə incil altından keçmək olmaz. Haran ağrıyır, hərəkətin yoxdu, get göy söyüdü qucağla denən ki, düzgünnüyümü verirəm sənə düzgünnüyüvü ver mənə. Üç dəfə o söyüd yanacağ sən diriləcəysən.
* * *
Qabağ oğlan uşağını ocağa tos tutarmışlar, ya səkiyə bir belə üstünə su səpirsən. Yeyərdilər düyünü, bir qırağa tökərdilər. Deyərdilər, onda toyuğun da payı var. Biz yeyərdik həmişə, süfrəni aparıb həyətə çırpardığ. Həyəti süpürüb küncə yığarsan a o, kifirlikdi. Qədimdə deyərdilər, süpürgəynən süpürüb küncə yığma-cinlər yığılar ora.
* * *
Qurban olduğum, övladları, insanları dünyaya gətirəndə deyir, mənim nəzərdən xəbərim yoxdu. Özüzü nəzərdən qoruyun. Nəzər belədi ki, bəzən o körpə uşaqları cox görsətmirlər. Onun başına duz cövürəsən, sora üzərrikdən soğanın qabığından, bir az pambıq yandırırsan ki, uşağın başından getsin bu. Ən cox duz yaxşıdı, duz çox qəşəngdi. Duzu sora oda atma ha, ayağının birini qapının bu tərəfinə qoy, birini bu tərəfinə. Ayağının arasından cillə qoy getsin.
* * *
Caduda ən təsirri yol canavar əlidir. Canavar çəngi var, onnan da su tökə bilərsən başına. Onu lap heç nəyə ümüd gəlmiyənnərə eliyillər. Buna qurd əli də deyillər. Bi də bi şey də var, məsəl, bu qurd əlini iki nəfərin ortasınnan kecirtsən, o iki adam məhv oldu demək. Elə bil yoldaşunnan səən aronnan kecirtsəm, vəssalam məhv oldun. Bu da ancağ pisdiyə eliyənnər də olub.