Hadı, Hudu
Hadeydı, Hudiydi, Budiydi, Koroğlu, kotançı, zurnaçı Əlilqasım və Bəndi çıxmışdılar dağın başına ceyran ovlamağa ceyranı vurdular. İndi Ceyranın başın kəsməy istiyillər, dedi:
– Hadı, bıçaq var? Koroğlu, Kotançı, Zurnaçı, Əbil Qasım dedi: Bəndidə bir buçaq var, sağanağı var, tiyəsi yoxdur. Ceyranın başın kəsdilər.İndi deyirlər ki, qazan tapaq, lazımdır, bunu bişirməyə:
– Hadı, qazan var, Hudu, qazan var, Budi, Koroğlu, kotançı, zurnaçı Əbilqasım var?
Dedilər:
– Yoxdur.
Bəndi dedi:
– Məndə bir qazan var. Sağanağı var, altı yoxdur. Ceyranı bu altı yox qazanda bişirdilər yedilər. Burda da nağıl bitər.
Dostları ilə paylaş: |