Masalli folkloru 2



Yüklə 1,65 Mb.
səhifə134/188
tarix01.01.2022
ölçüsü1,65 Mb.
#102812
1   ...   130   131   132   133   134   135   136   137   ...   188

Haq var, divan yox



İki nəfər bir-birinnən sözləşirlər. Gedillər işləməyə. Biri yi­yib-içən olur, biri pulun yığan olur. İki ildən sora bu Talış dağ­­ları tərəfindən gəlirlərmiş üzü bu yana.

Bu yiyib-içən bir azdan o birinə diyir:

– Qardaş, nəyin var, gedirsən?

Diyir:

– Mənim işdəyib yığdığım bütün pulum bax bu taxta ça­madanın içindədi.

Diyir:

– Bəs sənin nəyin var?

Diyir:

– Mənim elə yol pulum var, başqa bir şeyim yoxdu. Mən yedim-içdim, kef elədim.

Gəlib keçirlər bunlar bir az bu tərəfə, o pul aparanı yi­yib-içən vurur öldürür. Görür ki, canı çıxmır, əl atır boğazına boğmağa, bu, bunun əlin belə eliyir, diyir:

– Bi dənə söz diyim, sora məni boğarsan.

Diyir:

– De.

Diyir:

– Mən gələndə yoldaşım hamilə idi. Gedib deyərsən qız da olsa, oğlan da olsa uşağın adın qoysun, Hak var, divan yox.

Diyir:

– Hə, neynək, deyərəm.

Əl atır, bunu boğur, pulunu da götürür, çıxır gəlir evinə. Gəlir bu ölənin evində ağlayır, gözünün yaşını tökür. Diyir:

– Belə burnundan qan axdı, belə öldü, mən də onu orda dəfn elədim. Vallah, heç bir şeyi yox idi. Mən də elə boş gəl­mişəm. Onun da heç zadı yox idi.

Bu görür beşikdə körpə bi uşaq var diyir:

– Uşağın adı nədi?

Diyillər:

– Adın qoymamışıq hələ.

Diyir:

– O, mənə dedi ki, uşağın adını qoysunlar Haq var, divan yox.

Diyir:

– Oğlandı, qız?

Diyillər:

– Oğlan.

Diyir:

– Hə, neynək.

Bu Haq var, divan yox gəlir beş-altı yaşında olur. Bi gün anası çağırır diyir:

– Ay Haq var, divan yox! Gəl evə!

Yoldan da padşah kecirmiş, diyir:

– Vəzir bu nə işdi, bu necə addı? Haq var, divan yox. Ne­cə yəni? Mənim ölkəmdə Haq var, divan yoxdu yəni?! Haq var! Divan da var!

Diyir:

– Get gör kimin əhli-əyalıdı bu?

Vəzir uşaqdan soruşur:

– Sən kimin uşağısan?

Uşaq diyir:

– Bilmirəm.

Vəzir sora ölən kişinin yoldaşından soruşur:

– Bacı, yoldaşın var?

Diyir:

– Yox. Rəhmətə gedib.

Diyir:

– Bu uşağın adını niyə Haq var, divan yox qoyubsuz?

Diyir:

– Qardaş, bunu atası rəhməttik qoyub.

Vəzir gəlir, hər şeyi şaha danışır.

Bunlar gedillər harasa, səfərləri var imiş. Qayıdanda şah bu arvaddan soruşur, diyir:

– Sən niyə uşağın adını Vəli, Pirvəli qoymadın? Haq var, divan yox qoydun?

Diyir:

– Şah sağ olsun, belə-belə yoldaşım getmişdi filan­kəs­nən işləməyə. O qürbət yerdə ölüb. O filankəs də gəlib dedi ki, bəs uşağın atası belə vəsiyyət elədi ki, uşağın adını Haq var, divan yox qoysunlar.

Şah başa düşür ki, burda bir şey var, deyir:

– Gedin o adamı çağırın.

Gedib o adamı çağırırlar.

Şah diyir:

– Doğrusunu de, yoxsa səni tikə-tikə elətdirərəm.

Diyir:

– Öldürmə məni, hamısın diyərəm.

Olduğu kimi danışır hər şeyi.

Şah diyir:

– Mənim qurduğum dövlətdə haq var, divan da var.

Diyir:

– Pul hanı?

Diyir:

– Bir az xərcləmişəm, qalanı da qalır.

Diyir:

– Pulu gətir!

Qadına o pulu qaytarıllar, bunu isə padşah dar ağcından asdırır. Diyir:

– Mənim qurduğum dövlətdə haq da var, divan da var!

Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   130   131   132   133   134   135   136   137   ...   188




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin