Masalli folkloru 2



Yüklə 1,65 Mb.
səhifə135/188
tarix01.01.2022
ölçüsü1,65 Mb.
#102812
1   ...   131   132   133   134   135   136   137   138   ...   188

Eşiyə yaraqsız cıxma



Bi gün də Məhəmməd peyqumbər salavatullahın dişi ağ­rı­yırdı. Belə bərk dişi ağrıyırdı. Dedi:

– Mənə bi adam tapın ki, peyqumbər kimi heç vaxt dər­man atmıyıb.

Peyqumbər həmmeşə qan aldırardı. Deyir, bir adam ta­pın ki, o, mənə söhbət eləsin, mənim başım qarışsın, bu dişi­min ağrısı dayansın. Əsabəsindən bir şəxs durdu ayağa getdi.

Dedi:

– Mən taparam.

Getdi gördü ki, bi dənə şəxs oturub, getdi onun qapısını döydü.

Dedi:

– Səni aparıram peyqumbərin yanına, onnan söhbət eli­yəcəksən. Onun dişinin ağrısı tutub, ona söhbət eliyəcəksən.

Dedi:

– Baş üstə.

Bu adam mindi atına. Uzaq məsafə idi. Gəldilər. (Pey­qumbər salavatullahın nuru camalına salavat. Əvvəli adəmi sa­­la­vatullah, axırı əhli-beytin nuru camalına salavat!)

Bunnar gəldi çıxdı peyqumbərin yanına.

Dedi:

– Həə, qardaş! Mənə bi söhbət elə ki, mən bu dişimin ağrısını unudum.

Dedi:

– Ya Məhəmməd! Sən Allahın nuru, axırıncı peyqum­bərisən, bilirəm.

Səə bi söhbət eliyəcəm ki, dişinin ağrısın unudacaqsan. Dedi:

– Mən bi gün yatmışdım evdə, bi də gördüm nalımın tax­­tası döyüldü. Durdum ki, buna cavab verəm, arvad yapışdı mənə, öz ayiləm.

Dedi:

– Paltarıvı gey, get.

Dedim:

– Əşi, burda cağırıllar, gedim qoy.

Dedi:

– Yox, qayıt paltarıvı gey, get.

Qayıtdım arvadımın sözünnən libasımı geydim, getdim.

Dedi:

– Qılıncıvı, qalxanıvı götür.

Dedim:

– Əşi, hara gedirəm, bura.

Dedi:

– Qılıncıvı, qalxanıvı götür.

Qılıncımı, qalxanımı götürdüm, getdim.

Gördüm hayatda bir şəxs durub.

Dedi:

– Min atı.

Mindim atı.

– Sür dalımcan!

Sürdüm. O qədər getdim, mənim də bir tazıyanım var, hər kəsin başına vursan, öldürməlidir. O qədər incidim. Bu qa­baxda gedir, nə dinir, nə danışır, heç zad. Daha yoruldum. De­dim, indi buna bir tazıya vuracam, xilas olum, mən öldüm ki! Götürdüm tazıyanı arxadan bunun təpəsinə belə vurdum, qayıtdı belə baxdı!

Dedi:

– Qardaş, zarafatın yeri dəyil!

Dedim:

– Buy, bu nə danışır, mən bu tazıyanı hər kısin başına vursam, başı üzülərdi, bu deyir, zarafatın yeri deyil?! Vay! Bu mənə qalipdi!

Yavaşcalı qollarımı saldım yanıma, dilimi çəkdim, de­dim, həə, mənim tazıyanımdan indiyicən xilas olan olmuyub, bu da deyir, zarafatın yeri deyil. Yaman yerdə axşamladım. Nə isə sürdüm yenə bunun dalıncan. O qədər getdik, axırda cıx­dıq bir meşəliyə. Düşdü atdan mənə də dedi:

– Düş atdan.

Düşdüm atdan, atımı bağlatdırdı, öz atını da verdi mə­nə, dedi:

– Tut buları, birinci nərəm gələndə gəlməzsən dalımca, ikin­ci nərəm gələndə də gəlməzsən dalımca, üçüncü nərəm gə­ləndə, özünü yetirərsən mənə.

Orda dayandım, xeylax dayandım. Əsəbləşdim.

Axırda gördüm birinci nərə gəldi, dedim həə, şükür Allaha, ikinci nərə də gəldi, üçüncü nərə gələndə, atları bura­xıb, getdim nərənin dalınca. Gördüm vay! Burda bi şəxs ölüb, o mənnən gedən şəxs qılıncın qoyub ölənin üstünə. Qılıncın başın soxub ürəginə. Özü də ölüb!

Dedim day evin yıxılsın, kaş ikinci nərədə gedeydim. Vay! Evinən fələk, yanıxa-yanıxa qaldım. Gördum ölub. Belə elədim gördum bu qadınmış. Bunun başı açıldı, gördum bu qadın. Bay Allah! Peşiman oldum. Qumu belə-belə elədim, o ölənin üstünə çəkdim qumu. Bunu da qoydum o ölənin yanı­na, qumu çəkdim üstünə. Baxdım o tərəf, bu tərəfə, gördüm, bir xurma ağacı var, qırılıb, götürdüm onu sancdım buların ba­şının üstünə. Durdum ayağa, atları götürdüm gəldim.

Peyqumbər dedi:

– Sən o səmti yadında saxlıyıbsan?

Dedi:

– Səmti bilərəm, amma orda bi nişanə qoyub gəlmə­mi­şəm. Nə bilim, o qumlar dağıldı, qaldı, onu qurd-quş yedi?! Onu bilə bilmərəm. Ancax səmti billəm.

Dedi:

– Dur ayağa.

– Durdum.

Peyqumbər Səlavatullah dedi:

– Mənnən gedərik o səmtə. Diş ağrım yaddan cıxdı. (Pey­­qumbər Səlavatullahın nuru camalına salavat!)

Buradan getdilər, gördülər, həə, o səmttə, peyqumbərə qur­­ban olum, bilirdi dənə hər şeyi. Getdi elə cıxdı düz ora. Bax­dı gördü bi dənə xurma ağacı nə boyda.

Dedi:

– Ya Peyqumbər! Bu həmin yerdi, ama bu xurma ağa­cını mən burda qoyub getməmişəm. Bu xurma ağacı nə boyda olub, nətəhər yaşıllanıb. Bu xurma ağacını mən qoymamışam. Bunu burda kim tikib axı.

Dedi:

– Həə, yaxşı sən qoymuyubsan, indi dəyan, get bi dənə lapetkə gətir, buları dəfn eliyək.

Buları xurma ağacının dibində dəfn elədilər.

Dedi:

– Bu bilirsən kimdi?

Dedi:

– Yox.

Dedi:

– Bu o qızdı, buna adaxlı idi, əhdi-peyman etmişdilər, nişana vermişdilər. Amma bular gəldi bura, bura sərhəd idi, burda davaları düşdü buların. Nə qız oğlanı görməmişdi, nə oğlan qızı gərməmişdi, ama ayilələri bunnarı nişanlamışdı. Qız üstün gəldi, əmisi oğlunu davada öldürdü. Öldürəndən so­ra bunun üzünü açdı, gördü, bay! Bu, bunun əmisi oğludu. Bil­mədən əmisi oğlunu öldürdü.

Qız dedi:

– Yaşamaram! Mən də onnan ölməliyəm! Xəncəri so­xub ürəyinə özünü öldürdü.

Oları burda qoşa dəfn elədi, peyqumbər səlavatullah.

(Peyqumbər salavatullahın nuru camalına salavat!)


Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   131   132   133   134   135   136   137   138   ...   188




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin