Söləyicilər:
Həcər Həsənova, doğum tarixi 1950, təhsili orta, Şərəfə kəndi
Ələkbər Ələkbərov, doğum tarixi 1928, təhsili orta-ixtisas, Qızılağac kəndi
Rübabə Ələkbərova, doğum tarixi 1929, təhsili 7-illik, Qızılağac kəndi
Fatma (Pərzad) Tağıyeva, doğum tarixi 1938, təhsili 7-illik, Gəyəçöl kəndi
Şabikə Bəşirova, 75 yaş, təhsili yoxdur, Dadva kəndi
Mədinə Həsənova, doğum tarixi 1941, 7-illik, Xırmandalı kəndi
Rəfayıl Vahabov doğum tarixi 1944, təhsili ali, Göylənni kəndi
Toplayıcılar:
Nuridə Muxtarzadə
Çiçək Əfəndiyeva
11. OYUNLAR
Həyətdə oynuyardıq, yaylığdan qayırardıq burardığ – burardığ yığardığ ağacın dibinə. Götürərdik dolanardıq, kim ki, vurseydi, bu səfər olar girərdi beş dənə, altı dənə qız olurdu.
* * *
Bir dənə də qonşumuz var idi. Yoldaşımın əmisi oğlu idi. Bir də gördüm yoldaşım gəlir. Bazar da bizə yaxındı. Gəldi dedi, ay Mənsurə, dedi, Qüdrət afişa vurub bazara, axundun gəlini top-top oynuyur. Dedim, əcəb eliyirəm oynuyuram. Sənə nə var. Oğlanlarla dədəm evində oynuyardığ. Məsələn, beş nəfər, altı nəfər düzülərdik belə bel atdı oynuyardıq. Hansı ki adam dalda qalıb sürüşsə idi, bu səfəri onun dəstəsi yatardı. Belə-belə oynuyardığ.
* * *
Uşaq vaxtı oynadığımız oyunlardan bayrağgötürdü, gizlənqaç, eşşəkbeli sındırdı vardı.
* * *
Təkməcut, daş-daş, xiyqışdı oynuyurduq.
Novruzda qızdar küp asardı, küpə gedərdüy eeeeeeeeeee. Qızdar göyün üzündə, gedərdi küpdə oyana-biyana. Biri də burda vurardı ki, adaxlının adını de. Deyərdi:
Adaxlımın adı Xorasan,
Gedib gələndə görəsən.
Əlinə dəsmal verəsən,
Üzünnən tərin siləsən.
O biri helə düşərdi, o demiyəndə, onu çubuğnan, vurardılar.
* * *
O vaxtlar biclik-miclik yoxuydu. Hamı bir yerdə aparma vermə oynuyardıq. Hamı məsəlcün düzülərdi, bi dənə oğlanın dalına. Bi on beş, iyirmi adam düzülərdi məsələn, o aparır, bu da vermir. Diyir aparıram, bu da diyir vermərəm.
* * *
Qayışgötürdüdə cızı belə çəkirdilər dənə, yerə belə cız cəkib qayışı qatdıyıb qoyursan ora. Hamı durur qayışın üstündə. 3 dənə də adam çöldə əlin uzadır qayışa aparsın, əlin uzadanda təpigi vurursan belə. Qayışı vermirsən də, versən yandırıb tökəcək axı səni.
* * *
Əzzəlxan oynıyanda əyilirdük aşağı, oğlan, qız fərqi yoxdu, hamısı hoppanırdı bir-birinin üstünnən.
* * *
Bu oyuna ya mollaxan, ya da üşdəbalac deyirdilər. Üşdəbalaca deyəndə atdananda götün vururdu əyilənin kürəyinə, gupp, ya yıxılırdı, ya qalırdı
* * *
Keçmişdə oynadığımız oyunnan biri də qızılquş oyunu idi. Kruqnan belə, qızlar oturardı hamısı, dəsmalı yumurruyardılar, gəzərdilər, dəsmalı bir nəfərin arxasında qoyardılar. Onnan sora deyərdilər, axı bu görmür, qabaga baxıllar, heç kim görmür də hara atdılar dəsmalı. Hə, deyərdilər ki, kim tapmasa o, çıxacağ oyunnan. Tapan qalacağ.
* * *
Belə bir cız çəkərdilər. Oğlannar oynuyardı kənddə. Biri qayışı götürərdi, başdıyardı o birini qayışnan vırmağa. O da çalışırdı ki, qaçsın o tərəfə, bu tərəfə ki, onu vuran olmasın.
Dostları ilə paylaş: |