Masalli folkloru 2



Yüklə 1,65 Mb.
səhifə149/188
tarix01.01.2022
ölçüsü1,65 Mb.
#102812
1   ...   145   146   147   148   149   150   151   152   ...   188

Kişi gülləsiynən öldü



O vaxtı Qərbi Azərbaycanda qaçax Kərəm olub. Bu da çox adlı-sanlı və cəsarətli bir adam olub. Bunun bir Bağır bəy adlı düşməni varmış. Qan düşməni imişlər. Bir-birlərini axta­rır­mışdar ki, kim kimin əlinə birinci düşsə, o onu vuracağ. O yerə qədər düşmən imişlər. Bir günnərim bu 70 nəfər dəlisiy­nən, qaçağıynan gedirmiş. Bu qabağda atnan gedər, o 70 nəfər də bunun dalısıycan, o durna qatarı kimi gələrmiş. Gəlib çıxır bi yerə, qaçaq Kərəm görür ki, aaa, Bağır bəy dəsmalın çı­xa­rıb bağlıyıb başına, ağ köynəyinin də belinə bağlıyıb, əlində çin, biçin biçir. Tüfəngi çıxardır buna atsın, deyir, yoox, bu ki­şiligdən döör. Mənim əlimdə tüfəng var, onun əlində çin var. Bunu burda vursam, nakişiligdi. Gəlir deyir, Bağır bəy, sa­laməleyküm. O da bunu görən kimi bir həyəcan keçirir ki, in­di bunu vuracağ. Bu da heç özünü biruzə də vermir. Deer:

– Əleyküməsalam.

Deer:

– Bərəkətdi olsun.

Atın sürür gedir, bu 70 nəfər də bunun ardınca. Bu qa­çax­ların içində bir dənə Tat Əhməd varmış. Lap axırdaymış Tat Əhməd, dalda gəlirmiş. Gəlir görür, aa, Bağır bəy burda biçin biçir. Yəqin ki, qoçu bunu görmüyüb. Çıxardır tüfəngini tarapp, bi güllə buna. Bu da 70 atlıynan hardasa bir 700-800 metrə o yana uzağlaşıbmış. Həmən güllə səsinə qayıdır. Qo­vur atı, görür ki, Bağır bəy qan içindədi. Tez gəlir bunu qu­cağ­lıyır, deer:

– Ə, bunu kim vurdu belə?

Tat Əhməd deyir:

– Qoçu, mən vurdum.

Deer:

– Ə, namərd, adam da adamı çörəy üstə vurar? Çıxardır mozerini bi güllə ona. Əhmədi oldürür. Bağır bəy də görür ki, məni vuranı öldürdü. Sora götürür onu qucağına deyir:

– Bağır bəy, mən səni nə Tiflisə çatdıra bilərəm, nə də Gəncəyə, bə neyniyim?

Bağır bəy deyir:

– Mən sənin mərdliyüvü gördüm, sən mənə orda Allah qüvvət versin, deyib getdün. Məni öldürəni də gözümün qaba­ğın­da öldürdün. Sən çıxart o mozeri bi dənə də mənə vur. Qoy mən Tat Əhmədin gülləsiynən ölmiyim. Qoy desinnər ki, Qo­cu Kərəmin gülləsiynən öldü. Kişi gülləsiynən öldü, de­sinnər.

O da çıxardır bi güllə vurur bına.

Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   145   146   147   148   149   150   151   152   ...   188




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin