Kişilik
Çox namıssı, qiryətdi idi. Muharibə vaxtı Şura hökumətinə qaçaqçılıq etdiyinə görə aparmadılar. Burda qaldı, ona qacağtutanlığ işi verildi. At veriblər, belinə qatar, beşaçılan, tufəng veriblər. Veriblər ki, muharibəyə getməyib qaçan qacağları tutsun. Qağam muharibədən qacıb gizdənənnəri tuturmuş, verirmiş təhvil. 3-nü deer, tutdum, təhvil verdim, bi dənə orden deer vurdular mənə. Deer bi at veriblər mənə qara atdi, vallah, at deer, əlləri üssə qalxır. Biri də deer ailəsinin az qalıbmış doğmağına, gəldim deer, bını güdə-güdə gördüm deer, bı evdədi. Gəldim yavaşca qapını açdım girdim icəri. Deer, dik qalxdı ayağa. Arvadı yaylığını açdı, atdı ayağımın altına ki, sən gəl mənim ailəmi aparma. 3-4 günə azad olacam. Mənim onnan başqa hec kimim yoxdu. Yetim adamam. Mən bına gümannıyam. Baxdım, baxdım deer, dedim, insandı dana. Əgər bı gedərsə, vətəni qorumağa elə bu da vətəninin adamıdı də. Deer, dedim, mən səni ələ vermərəm. Amma biz 2 yoldaşıq, o da mənnəndi. Məəm kəçimdi.
Nəisə, üssünnən 4-5 gün keçdi, səhər-səhərdi, atı minmişəm. Hələ hava tam işıxlaşmıyıb. Gedirəm, deer. Yer də deer, əl naziklikdə buzdu. Atı sürdüm bizdə çay var – Adıgözəldi adı. Helə ora az qalmışdım, gördüm bi dənə atlı, qabağında bi arvad gətirir. Arvad da buracağ tumanının ətəyini, tutub əlində gəlir. Yer buz, deməynən 3-cə gündü azad olubmuş. Mən də deer, ayrı yerə getmişəm qacağ tutmağa. Bılardan xəbərim yoxdu. Hə bi də gördüm atın qabağında həmən mənim kəçim.
– Ayə bu nədi, dedim.
Ağlım başımnan çıxdı. Ayə bı nağayrır? Gəl ha gəl, gəl ha gəl, gördüm, əəəəə, bu həmin qadındı. Suyu keçdim. Dedim:
– Əəəə, bu kişilikdəndi? Bu arvadı neynirsən, sənə deyiblər kişini tut, bu arvadı neynirsən.
Deer dedi:
– Əmi, belə başaa dönüm, ayağıın altında ölüm, sən də məni bağışda, 3 gündü azad olmuşam.
Dedim:
– Ə, sən nə təhər adamsan.
Bunu deer, hərbələdim. Qolumun pencəyini belə elədim ki, əli əlimə dəyməsin. Bala, Allahın da yanında üzüm ağdı, bəndənin də, pencəyimi belə elədim, dedim, bala, yapış mənim əlimnən. Yapışdı burdan deer, götdüm atdım atın tərkinə. Ata bi qırmanc, aman çəkmədi ki, hazır olduğ bunnarın hayatında. Hey deyərdi, bala, o uşaxların səsi mənim qulağımnan getmir. Biri 3 yaşında, biri 3 gündü doğulub. Ikisi də nətəri ağlaşır, mələşir. Uşağın səsi beynimə girdi.
Dedim:
– Tfuuu, nəhlət olsun sənə, sən nə yava adamsan, ə.
Bala, düş atdan, bıni düşürtdüm.
Həmən bu kəççim bunu görəndə:
– Paşa, səni tutduracam, dedi.
Getdim, deer, Masallıya, rayona, gördüm ordadı. Gördüm oturub mənnən döşüyur. Mən əhvalatı olduğu kimi də danışdım böyügümüzə. Danışan kimi bu vayankom qalxdı yerinnən hax-tfuu üzünə. Hec ölürsən? O nədi əəəə, 2 körpənin sən anasını gətirirsən mənə təhvil verməyə, salaq türməyə, o 2 körpəyə kim baxacaq?
Nəisə, qacaxlardan 2-ni tutdum verdim, bunu isə ələ vermirəm. Deer, dedim səni ələ vermirəm, ailəvi, uşağıvı saxla. İnan, deer, az qalır uzana ayağımın altına. Belə oldu ki, o kəççim gedir deer ki, Paşa qacaxları görür, tutmur. Deer dedim:
– Ayə mən 4 qacax tutmuşam, sən hec bir dənə də tutmamısan.
Deer:
– Yox, mən tuta bilmirəm, sən qacırdırsan.
Nəisə, ikimizi də tutdular. İkimizə də iş verdilər. 6 il ona verdilər, 5 il mənə. Getdik türməyə. O, orda öldü. Mən isə türməmi çəkdim qayıtdım gəldim.
Dostları ilə paylaş: |