Söyləyicilər:
Həcər Həsənova, doğum tarixi 1950, təhsili orta, Şərəfə kəndi
Rübabə Ələkbərov, doğum tarixi 1929, təhsili 7-illik, Qızılağac
kəndi
Nazilə Hüseynova, doğum tarixi 1959, təhsili ali, Həsənli kəndi
Toplayıcılar:
Füzuli Bayat
Vüsalə Kərimova
14. VÜCUDNAMƏ
Uç yaşından beş yaşına gələndə,
Bir qız gözəllikdə əcəb qız olar.
Həddi bulığ on yaşına
çatanda
Açılar laləsi bir gözəl olar.
On birində kətan örtər başına,
On ikidə vəsmə yaxar qaşına,
Elə ki qız doldu on üç yaşına,
Qoyma qonşulara, yaman söz olar.
On dördündə gözəllərə qatılar,
On beşində müştəriyə satılar,
On altıda toy məclisi tutular,
Gözəllər icində bir gözəl olar.
On yedddidə hələm gərdən qurular,
On səkkizdə hər bir sözlə durular,
On doqquzda şux məmələr qırılar,
Onu əmən körpə özü məst olar.
İgirmidə
gəlib dönər gəlinə,
Igirmi birdə siqal verər telinə,
Igirmi ikidə düşər eşqin gölünə,
Gəlinnər içində bir gəlin olar.
Otuzunda minər biçər bişirər,
Otuz birdə hər bir işə alışar,
Otuz ikidə hər bir işə qarışar,
Analar içində bir ana olar.
Qırx yaşında arvad olub oturar,
Qırx birində hər bir işə qatılar,
Qırx
ikidə oğul, uşaq yetirər,
Nənələr içində bir nənə olar.
Əllisində gələr düşər ayağa,
Altımışda dönər ayrana, bala,
Yetmişdə gələr qabaq-qabağa
Qocalar icində bir qoca olar.
Səksənində
gələr vaqif sözünə,
Doxsanında əlin atar dizinə,
Yuz yaşında taqət enməz dizinə,
Ocaqlar başında tək yalqız qalar.