Güləsər Dadaşova, doğum tarixi 1942, təhsili orta, Musaküçə kəndi
Toplayıcılar:
Füzuli Bayat
Nuridə Muxtarzadə
15. ALQIŞ-QARĞIŞLAR
Alqışlar
Bir də görürsən gəlirlər nəsə istiyirlər bizdən. Başuva dönüm, qadavı alım, belə çörəyin çox olsun, canın salamat olsun, üzün xoş olsun. Belə dualar eliyirik.
* * *
Dəssəmazuu alırsan, üzüvü tutursan qibləyə. Özü də ya axşamçağı, ya da namazdan qabağ, ya gecə saat 3-4 arası, ya sübdən, ya da yağış yağan vaxtı, kimsəsiz, yiyəsiz yerlərdə dualar müstəcəb olur. Əllərü qalxızırsan Allahın dərgahına, mütləq başun bağlı olmalıdı. Əlləri tut üzüvə. Deyirsən:
Kəlbi asanən tuəm yari mədəd – 3 dəfə
* * *
Ya Əli köməklik elə, darda qalmışam, müşküldə qalmışam. Diləgüvi diliyirsən. O qabul olur. Allah-tala onu qabul eliyir.
* * *
İlahi birəbbim. And verirəm sənə bir səən birrigüə. Tək səən təkligüə. Səni and verirəm öz yaratdığua. Öz bəndöə. Cəhi cəlalua ki, özün balalarımnan təsibhal olginən, xatadan-baladan uzağ eləginən.
* * *
Cəmi Əli şiəsinin balasını saxlaginən, bizimkilər də onun içində. Oğul varsa, gəlin də var, ev də var, mal da var, mülk də var. Allah günüvüzü xoş eləsin, çörəyüvüzü bol eləsin. Bəxtəvərlər sırasında olun. İşdərivüz avand olsun. Hər kəsin haqqını Allah-tala versin.
* * *
Bax bizim kənddə bi seyid var idi. Ağir seyid idi, zənən idi. Bi gün yenə qurağlığ olub, o gedib yaylığın açıb axşamcağı şam namazında atıb quyuya. Quyu da qurumuşmuş. Deyib İlahi, səndən əhalimçün ruzi, cörək istiyirəm. Sən bu əhaliyə ruzi ver, əkdiyi yanıb. Həmin günü də o qədər yağış yağıb ki, düzü dünyanı az qalıb su basa. Allah-taala mömin bəndədlərinin sözünü tez eşidər.
* * *
Xudavəndi Kərim Allah, səfərə gedən, çörək dalınca gedənlərın yolunu işıqlı elə, işini ovand elə. Üzü cörəyli elə. Nabud eləməginən. Zəhməti zay olmasın. Hax yoluna gəlsin. Öz cörəyin özüynən gətirsin, fər olsun, bifər olmasın.
* * *
Getdiyin yerdən yarıyasan! Övlatlı, dövlətli olasan! Ağlın, kamalın olsun, xoş sədaların gəlsin!
* * *
Qız qapıdan çıxanda Quran altından keçirdirdilər. Qız evindən çörəy qoyurdular, oğlan evinə çatanda, çörəyi paralıyırdılər. Həmin tikə çörəydən oğlan da yeyirdi.
* * *
Mən arzu edirəm ki, hec bir qız qardaş qoltuğunda qalmasın!
Oğul-qız sahibi olsun!
Tənhəli cörəy yeməsin!
Qardaş da, can salığınnan olsun öz yerində, atanın canı sağ olsun öz yerində, bacı-qardaş da sağ olsun öz yerində, amma üzr istiyirəm, qızım, sizin bi yeriniz ağrısa qardaşıza, bacıza diyə bilməssiz ki, amma yoldaşıza deyərsiz.