|
|
səhifə | 166/188 | tarix | 01.01.2022 | ölçüsü | 1,65 Mb. | | #102812 |
|
Bi kişi gəlir diyir ki:
– Ya Peyğəmbər, mənim əmlakım o qədər boldu, mən onu xərcdəyib qutara bilmirəm. Mən neyniyim ki, o, bir az azalsın?
Diyir:
– Çörəy yeyəndə əlini altına tutkinən. Qoy o tikələrdən yerə düşməsin.
Bu da hamının qabağına bir torba tikdirir, diyir ki, çörəy tikələri yerə tökülməsin. Çörəyin ruzusu həmən ruzudan da beş dəfədə yuxarı olur.
Gəlir yenə Peyğımbərin qarşısına diyir:
– Ya Peyğəmbər, mənim çörəyim azalmağ əvəzinə bir azda artdı.
Diyir:
– Sən çörəyi necə yedin?
Diyir:
– Əlimi onun altına tutmadım, çünki əlimdən qırıntılar yerə düşdü. Torba tikdim torbaya töküldü.
Diyir:
– Getginən, sən çörəyin qədrin bilən insansan. Sənin çörəyinə Allah-taala heç vaxtı ziyan gətirməz.
Dostları ilə paylaş: |
|
|