Masalli folkloru 2



Yüklə 1,65 Mb.
səhifə177/188
tarix01.01.2022
ölçüsü1,65 Mb.
#102812
1   ...   173   174   175   176   177   178   179   180   ...   188

Söyləyicilər:


Güləsər Dadaşova, doğum tarixi 1942, təhsili 7 illik, Musaküçə kəndi

Musarza Mirzəyev, doğum tarixi 1958, təhsili ali, Mahmu­davar kəndi

Südabə İsayeva, doğum tarixi 1952, təhsili orta, Ərkivan kəndi

Səmərrux Süleymanova, doğum tarixi 1924, təhsili orta ixti­sas, Xırmandalı kəndi

Rəxşəndə Məmmədova, doğum tarixi 1936, təhsili 7 illik, Şə­rə­fə kəndi

Rübabə Məmmədova, doğum tarixi 1908, təhsili 7 illik, Köhnə Alvadı kəndi

Toplayıcılar:


Füzuli Bayat

Nuridə Muxtarzadə

Vüsalə Kərimova

19. ÇOBAN NƏĞMƏLƏRİ



Aşığ:

Sənə qurban olum gül üzlü çoban,

Sənə qismət olsun çöllü-biyaban.

Ayağım yalındı, çörəyim yavan,

Çoban qardaş, mənə bir doğramac ver.
Çoban görək cavabında nə deyir buna:
Sənə qurban olum yolnan gedən aşığ,

Könlüm olubdur könülə sarmaşığ.

Nə camım yoxdu, nə qaşığım,

Bi cam yondur mənə, bi də qaşığ.
Alabaş şişək qoyun,

Yunu bir döşək qoyun,

Bulamanı bol elə,

Çobannan barış, qoyun.
Nənəm ay kürdü qoyun,

Otdadı, durdu qoyun.

Qarannığ gecələrdə,

Görürdü qurdu qoyun.
Nənəm, ay narınc qoyun,

Yunu bi qarış qoyun.

Sən tükünü bol eylə,

Çobannan barış, qoyun.

Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   173   174   175   176   177   178   179   180   ...   188




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin