Masalli folkloru 2



Yüklə 1,65 Mb.
səhifə25/188
tarix01.01.2022
ölçüsü1,65 Mb.
#102812
1   ...   21   22   23   24   25   26   27   28   ...   188

Duz əhvalatı



Rəhmətdik Mürsəl kişi özü Ərdəbildə oxumuşdu. Təbib idi. Amma ilk təhsilini o, xalasından almışdı. Xalası Kəbleyi Zeynəbin övladı olmuyub, mükəmməl ərəb, fars dillərini bi­lir­miş. Babamın da ata anası olmadığından o saxlayıb böyü­düb. Təhsili də o verib ona.

Mürsəl kişi deer, o vaxt bizdə duz qıt olarmış. Bi Həsən varmış – onun qonşusu, onnan gedillər Neftçaladan duz gətir­məyə. Öküz arabeynan. Xırmandalıdan arabeynan qamışdığ­dan keçəndə gecə Həsən deer:

– Mürsəl dayı, mən qorxuram eeeee.

– Ə, nədən qorxursan otur.

Öküz də yavaş-yavaş gedir. Ə, ayın işığıdı qorxma, deeb:

– Həsən sən arabanı yavaş-yavaş sür, mən su başına cı­xıram.

Elə qamışlığa keçir, bi köynəkdi, bi şalvar soyunur, sancır arabanın başına. Qamışdığın içinnən firranır gəlir o yannan düz yolun ortasında oturur lüt. Həsən çatır baxir gö­rür, ə, bi nəfər lüt alarvadı oturub yolun üstündə. Çox bis­millah-bismillah deyir, bu getmir. Qayıdır a Mürsəl dayı, hə, hə, hə kəkələyir tarap ürəyi gedir. Babam gəlir o yan, bu yan, bunu nəsə ayıldır. Deer:

– Ə, Həsən, nooolub?

Deer:

– A Mürsəl dayı, sən getmişdin, alarvadı gəlib otur­muş­du yolun üstündə. Amma Allah rəhm elədi məni aparmadı.


Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   188




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin